Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
25 Dekabr 09:11
Şərh Yoxdur
6597

Gözəl ailəyə malik olmaq üçün Məsumların (ə) 10 tövsiyəsi

Evlilik – insanın ruhi ehtiyacını təmin edər və insan da bu ehtiyacın təmin olunmasına görə hüzur içində yaşayar.

“Onların yanında aramlıq tapasınız deyə sizin üçün (mələklərdən, cinlərdən və başqa məxluqlardan deyil) öz cinsinizdən zövcələr yaratmağı və sizin aranızda (ər-arvadın, yaxud insanların arasında)dostluq əlaqəsi, batini mehr-məhəbbət yaratması onun nişanələrindəndir, həqiqətən, bunda düşünən bir qövm üçün (Allahın tovhidi, qüdrəti və hikmətinə dair) nişanələr vardır”. (“Rum” 21).

Gözəl ailəyə malik olmaq istəyən hər bir kəs ailədə sevgi, dostluq, qarşılıqlı anlaşma, hörmət, bir-birinin haqqına riayət etmək kimi mövzulara xüsusi əhəmiyyət verməlidir. İslam dini hər bir müsəlman qadın və kişinin xoşbəxt yaşaması üçün qanunlar təyin etmişdir ki, hər biri onu yerinə yetirməlidir.

1. Həzrət Peyğəmbər (s) buyurur: “Bəndənin imanı hər nə qədər çox olarsa, xanımına olan sevgisi də çox olar”.

2. İmam Sadiq (ə) buyurur: “Hər kim bizi daha çox sevər, xanımı ilə daha çox dostluq edər”.

3. Əmirəl-möminin Əli (ə) buyurur: “Həyat yoldaşınla həmişə mehriban ol və onunla yaxşı yoldaş ol ki, həyatın səfalı olsun”.

4. Həzrət Peyğəmbər (s) buyurur: “Mənim ümmətimin ən yaxşı insanı o kəsdir ki, ailəsinə qarşı kobud və təkəbbürlü olmasın. Onlara rəhm etsin və onlara nəvaziş etsin. Onlara əziyyət verməsin”.

5. Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim xanımının üzünə sillə vurar, Allah cəhənnəm atəşinin gözətçisinə əmr edər ki, cəhənnəm atəşində üzünə yetmiş sillə vursun”.

6. Həzrət Peyğəmbər (s) buyurur: “Kişinin həyat yoldaşına dediyi bu söz: “Mən səni sevirəm”, heç bir zaman qadının ürəyindən çıxmaz”.

7. Həzrət Peyğəmbər (s) buyurur: “Qadının əri üzərindəki haqqı budur ki, onu doyuzdursun, paltar geyindirsin, namazı, orucu və zəkatı ona öyrətsin. Qadın da bu məsələlərdə onunla müxalifətlik etməsin”.

8. İmam Rza (ə) buyurur: “Hər kim halal yolla ailəsinin rifahını təmin etməyə səy göstərərsə, Allah yolunda cihad edən mücahid kimi olar”.

9. Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim bazara gedər və ailəsi üçün hədiyyə alarsa, (mükafatı) o kəs kimidir ki, yoxsullara sədəqə aparar. (Hədiyyəni evə aparan zaman) oğlanlardan əvvəl gərək qızlara versin. Çünki o kəs ki, qızını sevindirər, ona bənzəyir ki, İsmayil övladlarından olan bir qulu azad etmişdir. Hər kəs oğlunun gözünü aydın edər, sanki Allah qorxusundan ağlamışdır. Nə zaman Allah qorxusundan ağlasa, Allah onu behişt nemətlərinə daxil edər”.

10. İmam Baqir (ə) buyurur: “Necə ki, kişilər xanımlarını bəzənmiş və zinətdə görməyi sevirlər, qadınlar da istəyirlər ki, həyat yoldaşlarını bəzənmiş və zinətdə görsünlər”.

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

Bəşir ibn Əmr əl-Həzrəmi Bəşir Yəmənin Həzrəmut vilayətindəndir

Bəşir ibn Əmr əl-Həzrəmi Bəşir Yəmənin Həzrəmut vilayətindəndir. Kərbəlada şəhid oldu. Adı Kərbəla şəhidlərinə məxsus Rəcəbiyyə ziyarətində də keçir. O, əshabdan ən... Davamı..

“Səlvətul-Həzin” Qəmliləri xoşhal edən

“Səlvətul-Həzin” Qəmliləri xoşhal edən İmam Zeynülabidin Əli ibn Hüseyn əs-Səccad (ə) buyurub: Aşura günü atam (ə) bədəninin yaralarından qan gəldiyi halda məni... Davamı..

“Allahın bəndəyə vacib etdiyi ilk iş namazdır

“Allahın bəndəyə vacib etdiyi ilk iş namazdır. Ölüncəyədək öz qüvvəsində qalan iş – (və ölüm zamanı insan üçün qalan son ümid də)... Davamı..

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi Əhli-Sünnənin böyük hədis alimi, fəqih və məzhəb imamı Əhməd ibn Hənbəl özünün “əl-Müsnəd” adlı... Davamı..

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu “Sanki dünya heç yox imiş və sanki axirət əzəldən var imiş” İmam Baqirdən (ə) rəvayət olunan... Davamı..

Aşura gününün əməlləri

İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinə əzadarlıq etmək. İmam Rza (ə) buyurur: “Allah-Taala, “Aşura” günü işlərini tərk edən şəxsin dünya və axirət... Davamı..

Tasua Gününün Əməlləri

1. Namazlar Gecənin sonunda 4 rükət namaz Hər rükətdə “Həmd” surəsindən sonra: Ayətül-kürsü – 10 dəfə “İxlas” surəsi – 10 dəfə “Fələq”... Davamı..

Məhərrəm ayının birinci gününün əməlləri

“Məhərrəm” – Əhli-beytin və şiələrinin matəm ayıdır. İmam Rzadan (ə) nəql olunur ki, Məhərrəm ayı daxil olanda, heç kim atam imam Kazimi... Davamı..