Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
15 Noyabr 12:19
Şərh Yoxdur
5439

Gecə namazı qılmaq üzü gözəl, əxlaqı yaxşı, insanı ətirli edir

Gecə namazının fəzilətləri

Nafilələrin arasında gecə namazı daha artıq fəzilətə malikdir. Belə ki, Quranda və hədislərdə onun barəsində çoxlu təkid və tövsiyələr gözə dəyir. Mütəal Allah Peyğəmbəri-Əkrəmə (s) buyurur: Gecənin bir qismini qalxıb namaza məşğul ol. Bu, sənin üçün müstəhəbdir. Bununla Allah səni bəyənilmiş bir məqama məbus edəcək.”[1]

Allah Öz xalis bəndələrini tərif edərkən buyurur: O kəslər ki, gecəni Pərvərdigarları üçün səcdə qiyam halında keçirirlər.”[2]

Möminlərin vəsfində buyurulur: Gecə yataqlarından dururlar. Həm qorxu, həm ümidlə Allahı çağırırlar. Onlara verdiyimizdən infaq edirlər. Heç kəs bilmir ki, əməlləri müqabilində onları necə nemətlər gözləyir!”[3]

Peyğəmbəri-Əkrəm (s) buyurur: Mütəal Allah dünyaya vəhy etdi ki, sənə xidmət edənləri çətinliyə sal, səni tərk edənlərə xidmət et. Allahın bəndəsi gecə qaranlığında Pərvərdigarı ilə xəlvətdə münacat edərkən Allah onun qəlbini nurani edir. O, “ey mənim Rəbbimdeyərkən Allah tərəfindən belə nida olunur: “Bəli, ey Mənim bəndəm! istəyirsənsə istə, əta edəcəyəm. Mənə təvəkkül et ki, sənə kifayət edim.” Sonra Allah mələklərinə buyurar: Baxın bəndəmə, görün gecə qaranlığında Mənimlə necə münacat edir, halbuki, dünya əhli bihudə boşboş işlərlə məşğuldurlar, qafillər yuxudadırlar. Siz şahid olun ki, Mən bu bəndəmi bağışladım.”[4]

Peyğəmbəri-Əkrəm (s) yenə buyurur: Mənim ümmətimin ən şərəfliləri Quranı öyrənənlər gecəni oyaq qalanlardır (ibadətlə keçirənlərdir).” [5]

O Həzrət (s) yenə buyurur: Cəbrail gecə namazı barəsində o qədər tövsiyə etdi ki, ümmətimin yaxşılarının gecəni yatmayacağını güman etdim.” [6]

Başqa bir hədisdə isə belə buyurur:Gecə yarısı qılınan iki rəkət namaz mənim üçün dünya onda olanlardan daha sevimlidir.”[7]

İmam Cəfər Sadiq (ə) buyurur: Gecə namazı qılmaq üzü gözəl, əxlaqı yaxşı, insanı ətirli edir. Ruzini artırır, borcu əda edir, qəmqüssəni aradan qaldırır gözə nuranilik verir.” [8]

Peyğəmbəri-Əkrəm (s) buyurur: Gecə namazı Allahın razılığını, mələklərin məhəbbətini qazanmaq üçün bir vasitədir. Gecə namazı peyğəmbərlərin sünnəsi, rifət nuru, imanın köküdür (çünki iman gecə namazı vasitəsilə güclənir). O, bədəni aramlaşdırır, şeytanı qəzəbləndirir. O, düşmənlər əleyhinə çəkilən bir silah, duaların əməllərin qəbul olunması üçün bir vasitədir. İnsanın ruzisinə bərəkət verir, Ölüm mələyi ilə namaz qılan arasında şəfaətçi olur. O, qəbrin çırağı döşəməsi, Münkərlə Nəkirin cavabıdır, qiyamətə qədər qəbirdə namaz qılanın ziyarətçisi munisi olacaqdır. Qiyamət bərpa olan zaman namaz onun başına kölgə salacaqdır. Onun başında bir tac, bədənində bir paltar olacaqdır, onun qarşısındakı bir nur onunla cəhənnəm atəşi arasında bir pərdə salacaqdır. min üçün Allahın yanında bir höccət, əməl tərəzisinin ağırlaşma vasitəsi, siratdan keçmə hökmü, behiştin açarıdır. Çünki namaz təkbir, həmd, təsbih, təqdis, zim, qiraət duadan ibarətdir. Həqiqətən vaxtında qılınan namaz əməllərin ən fəzilətlisidir.”[9]

Gecə namazının fəziləti barəsində çoxlu ayə və rəvayətlər vardır. Gecə namazını qılmaq peyğəmbərlərin və Allah övliyalarının adətidir. Peyğəmbəri-Əkrəm (s) və onun Əhli beytindən olan məsum imamlar (ə) gecə namazına xüsusi diqqət və əhəmiyyət vermişlər. Allah övliyaları və ariflər gecə namazına davamiyyət vasitəsilə, səhər sübh namazından qabaq zikr və duaya məşğul olduqlarından ali məqamlara çatmışlar. Allahın bəndəsinin sübh namazından qabaq yuxudan duraraq özünün yumşaq yorğan döşəyini tərk edib dəstəmaz alaraq gecə qaranlığında gözlər yuxuda olan zaman Pərvərdigari-Aləmin hüzurunda dayanması, Onunla raz-niyaz etməsi necə də çox gözəl bir işdir. O, bu merac vasitəsilə yüksək aləmlərə seyr edir, asimanların mələkləri ilə yoldaş olur, Allaha təsbih, təqdis  deməyə məşğul olur. Belə bir halda onun qəlbi Allah nurunun saçma mərkəzinə çevrilir, ilahi cazibələrlə qürb məqamına doğru yüksəlir.

 

www.ahliman.info

[1] “İsra” surəsi, ayə: 79

[2] “Furqan” surəsi, ayə64

[3] “Səcdə” surəsi, ayə:16

[4] “Biharul-ənvar”, 87-ci cild, səh.139

[5] “Biharul-ənvar”, 87-ci cild, səh.138

[6] “Biharul-ənvar”, 87-ci cild, səh.148

[7] “Biharul-ənvar”, 87-ci cild, səh.148

[8] “Biharul-ənvar”, 87-ci cild, səh.153

[9] “Biharul-ənvar”, 78-ci cild, səh.161

Digər “Mənəviyyat ” Xəbərləri

Mübarək Şəban ayının 15-ci gününün gecəsinə məxsus əməl və dualar

Mübarək Şəban ayının 15-ci gününün gecəsi çox mübarək bir gecədir. İmam Sadiq (ə) atası imam Baqirdən (ə) nəql edir ki, o həzrətdən... Davamı..

Mübarək Şəban ayının müştərək əməlləri

Mübarək Şəban ayının müştərək əməlləri dedikdə, ayın müəyyən bir gününə deyil, bütün günlərinə məxsus əməllər nəzərdə tutulur və aşağıda göstərilən əməllərin yerinə... Davamı..

Rəcəb ayının 27-ci günü – Məbəs bayramının əməlləri

Rəcəb ayının 27-ci günü  İslam Peyğəmbərinin (s) peyğəmbərliyə seçildiyi gündür və İslamın ən böyük bayramlardan biridir. Bu bayram münasibətilə əziz oxucularımızı təbrik... Davamı..

Başqalarını dua etmək…

Başqalarını dua etmək… “Əli ibn İbrahim Quminin atası İbrahim ibn Haşim deyir: Bir dəfə Həcc mərasimi zamanı Abdullah ibn Cündəbi Ərəfatda çox... Davamı..

Ləylətur-Rəğaib’ (İstəklər gecəsi) və məxsus əməllər

Rəcəb ayının ilk cümə axşamı“Leylətur-rəğaib” (istəklər gecəsi) adlanır və Rəcəb ayının əzəmətli, fəzilətli gecələrindəndir. Onun fəzilətlərindən biri də günahların bağışlanmasıdır. Hədislərə əsasən,... Davamı..

Rəcəb ayında oxunulan dualar

Əvvəl deyirsən: ”Ya mən ərcuhu likulli xəyrin və amənə səxətəhu ində kulli şərr, ya mən yu`til kəsirə bil-qəlil, ya mən yu`ti mən səələhu,... Davamı..

Mübarək Rəcəb ayının birinci gününün ƏMƏLLƏRİ

1. “İstiğfar” etmək: İmam Sadiqdən (ə) Peyğəmbəri-Əkrəmin (s) belə buyurduğu nəql olunur: “Rəcəb ayı ümmətimin “istiğfar” ayıdır. Bu ayda çoxlu istiğfar edin (və... Davamı..

Rəcəb ayının ilk gecəsinin duası

– Ayın hilalı göründüyü zaman oxunur: اللَّهُمَّ أَهِلَّهُ عَلَيْنَا بِالْأَمْنِ وَ الْإِيمَانِ وَ السَّلاَمَةِ وَ الْإِسْلاَمِ رَبِّي وَ رَبُّكَ اللَّهُ عَزَّ وَ... Davamı..