Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
17 İyul 21:41
Şərh Yoxdur
5938

Fitr bayramınız mübarək olsun – Bayram gecəsinin və gününün əməlləri

Bu gün İslam təqvimi ilə Ramazan ayının 30-cu günüdür. Şəvval ayının 1-i isə İyul ayının 18-nə düşür. Yəni İyul ayının 18-i Fitr bayramıdır.

Fitr bayramı İslamın ən böyük və ən möhtəşəm bayramlarındandır. Bu gözəl bayram münasibəti ilə bütün müsəlmanları təbrik edirik. Allah – Təala  bütün ibadərlərinizi qəbul etsin. Özünüzə və ailənizə böyük Yaradandan səadət, xoşbəxtlik və müvəffəqiyyətlər arzulayırıq. Bayramınız mübarək olsun!

Qeyd edək ki, Sabah “Hacı Cavad” məscidində saat 09:00 – da bayram namazı qılınacaq.

 

Bayram gecəsinin və gününün  mühüm əməlləri aşağıdakılardır:

1. Bayram namazı qılınanadək fitrə zəkatının ayrılıb verilməsi; bayram namazını qılmamış şəxs, bu zəkatı zöhr azanınadək verməlidir. İmkanı olan şəxs üçün, fitrə zəkatının verilməsi təkid olunmuş vacib əməllərdəndir. Bu, ictimai, iqtisadi faydalarla bərabər, orucun qəbul olunmasına, bədənin və canın 1 il ərzində xoşagəlməz hadisələrdən sığortalanmasına səbəb olan amillərdən sayılır;

2. Bayram qüslünü almaq, yeni paltar geyinmək, ətirlənmək;

3. Bayram namazından qabaq iftar açmaq.

 

1. Bayram gecəsi.

Mübarək Ramazan ayından Şəvval ayına keçən gecə (Şəvvalın 1-nin gecəsi) çox bərəkətli və olduqca fəzilətli gecələrdəndir. Bu gecəni əhya saxlamaq (oyaq qalmaq) və ibadət etmək əziz dinimiz tərəfindən çox bəyənilmiş əməllərdəndir. Bu gecə aşağıdakı əməlləri həyata keçirmək tövsiyyə edilir:

1. Müstəhəb qüsl almaq;

2. Sübhə qədər əhya saxlayıb, ibadət etmək;

3. Məğrib, işa, sübh namazlarından, eləcə də bayram namazından sonra bu duanı oxumaq:

«Əllahu əkbər, Əllahu əkbər. Lə iləhə illəllah. Vəllahu əkbər, Əllahu əkbər və lilləhil həmd. Əlhəmdulilləhi alə mə hədənə və ləhuş-şukru alə mə əvlənə».

4. İmam Hüseynin (ə) ziyarətnaməsini oxumaq;

5. 10 dəfə bu duanı oxumaq:

«Yə dəiməl-fəzli aləl-bəriyyəti yə bəsital-yədeyni bil-ə’tiyyəti yə sahibəl-məvahibis-səniyyəti salli alə Muhəmmədin və əlihi xayril-vəra səciyyətən vəğfir lənə yə zəl-alə fi həzihil-ə’şiyyəti».

(Qeyd: Bü duanı eləcə də il boyu, hər cümə axşamı oxumaq müstəhəbdir).

 

2. Fitrə zəkatı.

Fitr bayramının axşamı qürub (günbatan) vaxtı, həddi-büluğa çatmış, aqil (psixi cəhətdən normal vəziyyətdə) olan, ehtiyaclı olmayan şəxslərə fitrə zəkatı ayırmaq vacibdir. Fitrə zəkatı ayırmalı olan şəxs, özünün və Fitr bayramı axşamı qürub çağında onun çörəkyeyəni olan şəxslərin fitrə zəkatını verməlidir. Fitrə zəkatını verməli olan şəxsin çörəkyeyənlərinin kiçik və ya böyük, müsəlman və ya qeyri-müsəlman, xərclərinin bu şəxsə vacib olub-olmamasından, öz şəhərində yaşayıb-yaşamasından asılı olmayaraq, onların fitrə zəkatlarını verməlidir. Ev sahibinin razılığı ilə qürubdan qabaq qonaq gələn şəxslərin də fitrə zəkatı ev sahibinin üzərindədir.

Fitrə zəkatının: Miqdarı: –  3 kq;

Cinsi: – arpa, buğda, düyü, xurma və bu kimi ərzaq məhsulları və ya bunların müqabilində pul (bu il üçün adambaşı fitrə zəkatı ən azı 1 manat  hüdudunda götürülə bilər);

Verilmə vaxtı: – bayram axşamı şam namazından bayram günü zöhr namazı vaxtınadək.

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi Əhli-Sünnənin böyük hədis alimi, fəqih və məzhəb imamı Əhməd ibn Hənbəl özünün “əl-Müsnəd” adlı... Davamı..

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu “Sanki dünya heç yox imiş və sanki axirət əzəldən var imiş” İmam Baqirdən (ə) rəvayət olunan... Davamı..

Aşura gününün əməlləri

İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinə əzadarlıq etmək. İmam Rza (ə) buyurur: “Allah-Taala, “Aşura” günü işlərini tərk edən şəxsin dünya və axirət... Davamı..

Tasua Gününün Əməlləri

1. Namazlar Gecənin sonunda 4 rükət namaz Hər rükətdə “Həmd” surəsindən sonra: Ayətül-kürsü – 10 dəfə “İxlas” surəsi – 10 dəfə “Fələq”... Davamı..

Məhərrəm ayının birinci gününün əməlləri

“Məhərrəm” – Əhli-beytin və şiələrinin matəm ayıdır. İmam Rzadan (ə) nəql olunur ki, Məhərrəm ayı daxil olanda, heç kim atam imam Kazimi... Davamı..

Qədir-Xum gününün əməlləri

Zil-hiccə ayının 18-i  “Qədir-Xum” gündür və İslamda ən böyük bayramlardan biridir. Bir rəvayətdə imam Sadiqdən (ə): “Müsəlmanların cümə günü, “Fitr” və “Qurban”... Davamı..

Qurban bayramının əməlləri

Zilhiccə ayının 10-cu günü  Qurban bayramıdır və çox şərəfli bir gündür. Həmin günün bir neçə əməli vardır. 1. Qüsl etmək; 2. Bayram... Davamı..

ƏRƏFƏ GÜNÜ – DUA GÜNÜ

Ərəfə” günü bütün rəmz və sirləri ilə birgə yenə gəlib çatmaqdadır. Mərifət günü, elə bir gün ki, qəlblərin baxışı səmaya dikəlib! “Ərəfat”... Davamı..