Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
22 Sentyabr 13:11
1 Şərh
2196

Eyni işi görən hər iki nəfər cənnətə gedəcəklər, amma…

Dua dini ədəbiyyatımızda ən çox işlək və ən çox dərin mənaya malik məfhumlardandır ki, həm Quran – Kərimdə və həm də hədislərdə dəfələrlə və müxtəlif cəhətlərdən, zərurət, təsirlər və s… izah olunmuşdur. (Shabestan)

Necə ki, Allahın Rəsulu (s) buyurur: “Dua möminin silahıdır. Dua dinin sütunudur, səmanın və yerin nurudur.”

Peyğəmbər (s) digər bir hədisdə buyurur: “Allah yanında duadan əziz bir iş və qiymətli bir şey yoxdur.”

Həmçinin Allahın Rəsulu (s) buyurur: Eyni işi görən hər iki nəfər cənnətə gedəcəklər, amma o ikisindən biri o dünyada digərinin işini özünkündən üstün görərkən deyəcək: “İlahi, bizim hər ikimizin əməli o dünyada bərabər idi axı, bəs nə üçün onun məqamı mənimkindən yuxarıdır?!” Allah – Taala cavabında buyurar: “O məndən istədi, dua etdi, amma sən dua etmədin!”

İmam Əli (ə) buyurur: Allahı ən çox o insanlar tanıyırlar ki, digərlərindən daha çox dua edirlər və Allah dərgahına istək əli açırlar.

İmam digər bir hədisdə buyurur: Dua bəla ilə üzləşməyə gedər və Qiyamət gününədək bəlanın qarşısında dayanar.

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

Bəşir ibn Əmr əl-Həzrəmi Bəşir Yəmənin Həzrəmut vilayətindəndir

Bəşir ibn Əmr əl-Həzrəmi Bəşir Yəmənin Həzrəmut vilayətindəndir. Kərbəlada şəhid oldu. Adı Kərbəla şəhidlərinə məxsus Rəcəbiyyə ziyarətində də keçir. O, əshabdan ən... Davamı..

“Səlvətul-Həzin” Qəmliləri xoşhal edən

“Səlvətul-Həzin” Qəmliləri xoşhal edən İmam Zeynülabidin Əli ibn Hüseyn əs-Səccad (ə) buyurub: Aşura günü atam (ə) bədəninin yaralarından qan gəldiyi halda məni... Davamı..

“Allahın bəndəyə vacib etdiyi ilk iş namazdır

“Allahın bəndəyə vacib etdiyi ilk iş namazdır. Ölüncəyədək öz qüvvəsində qalan iş – (və ölüm zamanı insan üçün qalan son ümid də)... Davamı..

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi Əhli-Sünnənin böyük hədis alimi, fəqih və məzhəb imamı Əhməd ibn Hənbəl özünün “əl-Müsnəd” adlı... Davamı..

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu “Sanki dünya heç yox imiş və sanki axirət əzəldən var imiş” İmam Baqirdən (ə) rəvayət olunan... Davamı..

Aşura gününün əməlləri

İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinə əzadarlıq etmək. İmam Rza (ə) buyurur: “Allah-Taala, “Aşura” günü işlərini tərk edən şəxsin dünya və axirət... Davamı..

Tasua Gününün Əməlləri

1. Namazlar Gecənin sonunda 4 rükət namaz Hər rükətdə “Həmd” surəsindən sonra: Ayətül-kürsü – 10 dəfə “İxlas” surəsi – 10 dəfə “Fələq”... Davamı..

Məhərrəm ayının birinci gününün əməlləri

“Məhərrəm” – Əhli-beytin və şiələrinin matəm ayıdır. İmam Rzadan (ə) nəql olunur ki, Məhərrəm ayı daxil olanda, heç kim atam imam Kazimi... Davamı..