Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
13 Sentyabr 11:39
Şərh Yoxdur
15636

Ey Əbuzər! Sizə verilən ömür gecə və gündüzün keçməsi ilə əlaqədar daim azalmaqdadır

Həzrət Peyğəmbərin (s) Əbuzərə nəsihətlərindən

“Ey Əbuzər! Sizə verilən ömür gecə və gündüzün keçməsi ilə əlaqədar daim azalmaqdadır. Bu ömürdən isə sizin yalnız əməliniz qorunub saxlanılır. Qəfil ölüm gəlib çatdığı zaman yaxşı əməl sahibləri öz xeyirli əməllərinin nəticəsini alarlar. Pis əməl sahiblərinin ələ gətirdikləri isə, ancaq peşmançılıq olar. Hər kəs əkdiyini biçər”.

İnsanı iş və fəaliyyətə sövq etdirən, onda ilahi təkliflərə qarşı maraq oyadan məsələlərdən biri də, ömrün keçici olmasına edilən diqqətdir. İstəsək də, istəməsək də alıb-verdiyimiz hər nəfəsdə ömrümüz bir miqdar azalır. Fələyin çarxını öz gərdişindən saxlamaq olmaz. Əmirəl-möminin Əli ibni Əbi Talibin (ə) sözləri ilə desək, “İnsanın çəkdiyi hər nəfəs, onun ölümünə qarşı atdığı bir addımdır”[1].

Diqqətli olmaq lazımdır ki, ixtiyarımızda olan bu sərmayə əlimizdən çıxmasın. Bu elə bir sərmayədir ki, daim azalıb, solmağa doğru irəliləyir və son nöqtəsi insanın əlindən qurtara bilməyəcəyi ölümdür. İmam Əli (ə) buyurur: “Ölümdən qorxan kəs (bilsin ki,) ondan qurtula bilməyəcək, yaşayıb sağ qalmağı sevən kəs də (bilsin ki,) həmişəlik sağ qalmayacaqdır”[2].

Ömrün hədər getməməsi üçün tənha çıxış yolu faydalı müamilədir. Bundan daha yaxşı müamilə nə ola bilər ki, insan ömrünün müqabilində behişti qazansın. Çünki behişt insan ömrünün qiyməti olacaq yeganə sərvətdir. İmam Əli (ə) buyurur: “Hanı elə bir azad insan ki, çeynənilib tüpürülmüş bu artığı (bu dünyanı) dünya əhli üçün saxlasın? Cənnət, sizin canınızın yeganə qiymətidir. Elə isə onu (ömrünüzü) ondan başqa heç nəyə satmayın”[3].

Ömrün böyük sərmayəsini Allahın qəzəb atəşi ilə müamilə edənlər necə də ziyankar insanlardır! Ömürlərini batil yolda sərf edənlər, bəlkə də, fikirləşirlər ki, ömür getdikcə onların əməlləri də itib batır. Necə də batil bir xəyal! Düzdür ki, bu həyat keçicidir, əbədi qalan isə axirət həyatıdır. Lakin insanın bu həyatdakı əməlləri əbədi qalacaqdır, çünki əməlin insan ruhu və Allah-təala ilə əlaqəsi vardır. Bizim keçici və fani olan bir zamanda yaşamağımıza baxmayaraq, həm də əbədiyyət aləmi ilə rabitəmiz vardır və əməllərimiz orada əbədi qalır.

 

www.ahliman.info

[1] «Nəhcül-bəlağə», Feyzül-islam, səh. 1117.

[2] «Nəhcül-bəlağə», Feyzül-islam, xütbə 38, səh. 122.

[3] «Nəhcül-bəlağə», Feyzül-islam, hikmət 448, səh. 1295.

Digər “Əhli-Beyt ” Xəbərləri

 İmam Rzanın (ə) şəhadət günüdür

 İmam Rzanın (ə) şəhadət günüdür İmam Rza (ə) 148-ci hicri-qəməri ilinin Zil-qədə ayında anadan olmuşdur. O Həzrətin künyəsi Əbülhəsən, ləqəbi Rzadır və... Davamı..

İmam Həsənin (ə) həyatına qısa bir baxış

Səfər ayının 28-i  İslam Peyğəmbərinin (s) rehləti və imam Həsənin (ə) şəhadət günüdür. Elə bu münasibətlə əziz oxucularımıza başsağlığı verir və İslam... Davamı..

İSLAM PEYĞƏMBƏRİNİN (S) HƏYATI

Səfər ayının 28-i  İslam Peyğəmbərinin (s) rehləti və o həzrətin böyük nəvəsi imam Həsənin (ə) şəhadət günüdür. Bu münasibətlə əziz oxucularımıza başsağlığı verir və... Davamı..

Həzrət Rüqəyyənİn (ə) şəhadətİ

İmam Hüseynin (ə) kiçik qızı həzrət Rüqəyyənin (ə) anasının adı Ümmü-İshaqdır. O, 59-cu hicri-qəməri ilində Mədinə şəhərində dünyaya gəlmiş və 61-ci ilində... Davamı..

Əlidən (ə) itaət etmək Allah və Peyğəmbərindən (s) itaət etməkdir

Əlidən (ə) itaət etmək Allah və Peyğəmbərindən (s) itaət etməkdir Allah-Taala Qurani-Kərimin mübarək Nisa surəsinin 59-cu ayəsində buyurur: یَا أَیُّهَا الَّذِینَ آمَنُوا... Davamı..

İMAM ZEYNƏLABİDİN (Ə)-IN AĞLAR GÖZLƏRİ

İMAM ZEYNƏLABİDİN (Ə)-IN AĞLAR GÖZLƏRİ   Rəvayət olunur ki, İmam Zeynəlabidin (ə) yüksək helm və səbr məqamına malik olmasıyla yanaşı bu müsibətdə... Davamı..

MƏDİNƏ ŞƏHƏRİNİN SİMASI

Müəllif deyir: «Sonra İmam Zeynəlabidin (ə) əhli-beytlə Mədinəyə daxil oldu. Onlar öz qohum-əqrabasının evlərinə baxırdılar. Elə bil ki, evlər də şəhid olmuş... Davamı..

İMAM SƏCCAD (Ə)-IN MƏDİNƏ ƏHALİSİNƏ SÖYLƏDİYİ XÜTBƏ

İMAM SƏCCAD (Ə)-IN MƏDİNƏ ƏHALİSİNƏ SÖYLƏDİYİ XÜTBƏ   Bu vaxt İmam Zeynəlabidin (ə) əli iləişarə edib camaatı sakitləşdirdi və dedi:   فَقَالَ... Davamı..