Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
28 Sentyabr 09:10
Şərh Yoxdur
5663

Ey Əbuzər, bil ki, Allaha ibadətin birinci mərhələsi Onu tanımaqdır

Həzrət Peyğəmbərin (s) Əbuzərə nəsihətlərindən

Həzrət (s) ibadətin mərhələlərini bəyan edərək buyurur:

Ey Əbuzər, bil ki, Allaha ibadətin birinci mərhələsi Onu tanımaqdır. O, hər şeydən əvvəldir. Ondan əvvəl heç bir şey yoxdur, yeganə və təkdir, bənzərsizdir, əbədidir, sonu yoxdur. Yeri və göyləri, onlarda və onların arasında olan hər şeyi O yaradıb. Allah mehriban olub, hər şeyi biləndir və hər bir işə qadirdir[1].

Hədisin bu hissəsində ibadət və Allahı tanımağın ilkin mərhələsi haqqında söhbət edilir. Allaha mərifətin müxtəlif mərhələləri vardır, lakin Allaha bəndəçilikdə zəruri hesab olunan ilkin şey,  Allahı icmali olaraq tanımaqdır. İnsan bilməlidir ki, Allah vardır və O, dünyanın və insanın yaradıcısıdır. Əgər insan bu tanışlığı əldə edə bilməsə, Allaha ibadət mərhələsinə yüksələ bilməz. Başqa sözlə desək, Allaha tərəf gedən yolda Allahı tanımaq ibadətdən öndə durur. Əlbəttə, son təkamül nöqtəsinə yetişmək istəyən insan, özünün bu seyrində mərifətin ən yüksək dərəcələrinə nail olur. Allahı tanımağın bu həddi Allah övliyalarına məxsus olub, böyük imtahanlar tələb edir. Bizim həmin həqiqətə yol tapmaq imkanımız yoxdur. İcmali olaraq bilirik ki, son mərifət nöqtəsi olduqca dəyərli və ali bir məqamdır və Allah övliyaları, mərifətə aparan yolun sonunda həmin dayanacağa çatırlar. Bu, Allaha ibadətin son mərhələsidir.

İbadətin ilkin mərhələsinə qədəm qoyumuş insan üçün Allahın varlığı sabit olduqdan sonra Onun sifətləri və yaratdıqları barədə təfəkkür edilməlidir ki, həmin tanışlıq onun ürəyində möhkəm yer tutub, ancaq zehni tanışlıq həddində qalmasın. Daha doğrusu, həmin zehni tanışlıq canlı və fəal tanışlığa çevrilib, insanın rəftarına təsir göstərməlidir. Təfəkkürlə yanaşı olan tanışlığın bu mərhələsi “orta mərifət” adlandırılır. Orta mərifət öz növbəsində müxtəlif dərəcələrə və geniş üfüqlərə malikdir. İnsan ilahi ayələr üzərində təhlil aparıb təfəkkür etməklə və həmçinin, əməli ibadət yolu ilə bu mərtəbələrə yüksələ bilər.

Deyilənlərdən belə aydın oldu ki, Allahın sifətləri və yaratdıqları üzərində dərindən düşünmək və həmçinin, Onu daha dəqiq tanımağa səy göstərmək, insanın ixtiyari ibadət və işlərindən sayılır. Bu gedişlə insanın əldə etdiyi tanışlıq, ibadətin müqəddimə və başlanğıcı hesab olunur. İnsanın ilahi ayələr üzərində təfəkkür edib düşünməsi Allahı tanımağın “yaxın müqəddimə“si, bu barədə kitabları mütaliə edib dərs almaq isə “uzaq müqəddimə“si adlanır.

 

www.ahliman.info

[1] Nüsxənin belə bir şəkildə olması da ehtimal verilir: “O kəs ki, yeri və göyləri heç bir şeydən istifadə etmədən yaratdı“.

Digər “Əhli-Beyt ” Xəbərləri

İMAM ƏLİNİN (Ə) HƏYATI

Adı Əli (ə), atasının adı Əbu Talib, anası Fatimə binti Əsəd, doğulduğu yer Məkkədə yerləşən Kəbə evi, doğulduğu tarix Peyğəmbərin (s) hicrətindən,... Davamı..

İmam Mehdinin (ə) həyatı

İmam Mehdinin (ə) doğum günü münasibəti ilə əziz həmvətənlərimizi və oxucularımızı təbrik edir və o həzrətin həyatı ilə bağlı qısa məlumatı nəzərinizə... Davamı..

11 Şəban – İmam Hüseynin (ə) oğlu Həzrət Əli Əkbərin (ə) mövlud günüdür.

11 Şəban – İmam Hüseynin (ə) oğlu Həzrət Əli Əkbərin (ə) mövlud günüdür.   Bəzi tarixçilərin qeydlərinə əsasən, həzrət Əli Əkbər 33-cü... Davamı..

İMAM SƏCCADIN (Ə) HƏYATINA QISA BİR BAXIŞ

Şəhidlər sərvəri imam Hüseynin oğlu imam Səccad (ə) şiələrin dördüncü imamıdır. Adı Əli, anası Şəhrəbanu, ən məşhur ləqəbi Zeynəlabidin və Səccaddır. O... Davamı..

Həzrət Əbülfəzl-Abbasın (ə) həyatına qısa bir baxış

Şəban ayının 4-ü  Həzrət  Əbəlfəzl Abbasın (ə) doğum günüdür. Elə bu münasibətlə əziz oxucularımızı təbrik edir və o həzrətin təvəllüdü ilə bağlı... Davamı..

İMAM HÜSEYNİN (Ə) HƏYATI

Şəban ayının 3-ü İmam Hüseynin (ə) doğum günüdür. Elə bu münasibətlə əziz oxucularımızı təbrik edir və o həzrətin təvəllüdü ilə bağlı bəzi... Davamı..