Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
11 İyun 18:17
Şərh Yoxdur
3010

Ey Əbuzər! Dünyada qəriblər və ya müvəqqəti qonaqlar kimi yaşamağa çalış

Həzrət Peyğəmbərin (s) Əbuzərə nəsihətlərindən

“Ey Əbuzər! Dünyada qəriblər və ya müvəqqəti qonaqlar kimi yaşamağa çalış və özünü dünyadan getmiş insanların sırasında hesab et”.

Peyğəmbər (s) nəsihətində qəriblər kimi dolanmağı buyurur. Qərib bir insanın tanımadığı bir şəhərə daxil olanda onun dostu, tanışı olmadığı üçün necə yaşamasına diqqət et. Heç kəslə ünsiyyət tapa bilmədiyi halda, eyş-işrətə baş qoşa bilərmi? Möminin vətəni axirətdir və dünyada bir yolçu, müsafir kimidir. Heç vaxt da düşünmür ki, özünə cah-cəlal düzəldib eyş-işrətə qapılsın. Həmçinin, Peyğəmbər (s) səfər zamanı dayanmağa fürsəti olmayan yolçu kimi olmağı tapşırır.

Mümkündür, yuxarıdakı cümlələrin zahirinə diqqət edərkən insan səhv nəticə çıxartsın ki, cəmiyyətdən kənarlaşıb, dünya nemətlərindən əlini üzməli, insanın əbədi mənzili olan axirət barəsində düşünməlidir. Şübhəsiz, bu cür yanlış fikirlər İslamın əsasları ilə uzlaşmır. Mümkündür, insanın özünə dost seçməsi, ailə qurması, mülk alıb, mal toplaması – hamısı axirət mehvəri əsasında olsun və dünya məhəbbətinin bu arada heç bir rolu olmasın. Əksinə, insanı bu işə təşviq edən əsas amil, axirətə diqqət və Allaha itaət olsun. Əslində insanın ruhi kamala çatması və Allaha yaxınlaşması yolu bu dünyadan keçib onun ləzzətlərindən, imkanlarından düzgün bəhrələndiyi halda mümkün olur. Həqiqətdə, axirəti özünə əsas hədəf seçmiş insan dünyanı, onu öz hədəfinə qovuşduracaq vasitə qərar verir.

Peyğəmbərin (s) “özünü ölülər sırasında gör” cümləsi, məna dərinliyinə görə buyurduğu ən ali təbirlərdən biridir. Lakin mümkündür, bəziləri bu cümlənin mənasını da səhv anlasınlar. Onun zahirindən belə anlaşılır ki, ölülər hərəkətsiz olub dünyanın zahiri mənalarından məhrum və xəbərsiz olduqları kimi, sən də özünü dünya ləzzətlərindən məhrum et. Halbuki, Peyğəmbərin (s) bu sözü söyləməkdən məqsədi, insanın diqqətini onun əbədi mənzilinə yönəltməkdir. Dünya keçid yeri olub axirətə aparan bir körpüdürsə, sənin də diqqətin əsas məqsədə – əbədi mənzilə olmalıdır və səy edib özünü o gün üçün hazırlamalısan; keçidləri, dayanacaqları çətin və qorxulu olan bu yolda kifayət qədər azuqən olmalıdır ki, sabah üzüqara olmayasan. Deməli, Peyğəmbər (s) heç də demək istəmir ki, əlini birdəfəlik dünyadan üz, öz məişətin və gələcək asayişinin təmini barədə düşünmə.

Yuxarıda dediklərimizi nəzərə alaraq bunu əlavə etmək lazımdır ki, mümkündür, insan dünyada bütün maddi imkanlarla təmin edilmiş olduğu halda dünyaya bağlı olmasın. Çünki insan bütün maddi işlərini haqqa aparan yolda vasitə kimi istifadə edə bilər.

 

İmam Əli (ə) Peyğəmbərin (s) vəsfində buyurur: “Peyğəmbərin (s) qəlbi dünyaya uymadı. Onun adı və yadını öz nəfsindən uzaqlaşdırmışdı”.

 

Rəsuləllah nəsihətlərinin davamında buyurur:

“Ey Əbuzər! Səhərə salamat çıxdınsa “axşama da salamat qalaram”, axşam vaxtı da “səhərə salamat çıxaram” demə”.

Nəsihətin bu hissəsi əvvəldə işarə olunan mətləblərə təkid olub, insanın öz gələcəyinə bel bağlaya bilməyəcəyini anladır:

“Elə indi bir xəstəliyə düçar olmamış sağlamlığından və ölüm səni yaxalamamış, həyatından bəhrələnməyə çalış. Çünki sabah başına nə gələcəyini bilmirsən”.

 

www.ahliman.info

Digər “Əhli-Beyt ” Xəbərləri

XANIM FATİMEYİ-ZƏHRANIN (S.Ə.) ŞƏHADƏTİ

Şiə və sünni tariхçiləri Əbu Rafеnin həyat yoldaşı Səlmaya istinadən bеlə nəql еdirlər: “Mən həzrət Fatimədən (s.ə.) ömrünün aхırlarında bəzi məsələlər haqda... Davamı..

XANIM FATİMEYİ-ZƏHRANIN (S.Ə.) MƏQAMI

1. Xanım Fatimeyi-Zəhra (s.ə.) – qadınların ən üstünü: Məşhur əhli-sünnə mənbələrində nəql olunan bir çox rəvayətlərdə aşkar şəkildə göstərilir ki, xanım Fatimeyi-Zəhra... Davamı..

HƏZRƏT ZEYNƏBİN (S.Ə.) HƏYATINA QISA BİR BAXIŞ

Cəmadiul-əvvəl ayının 5-i  iffət və müqavimət nümunəsi xanım Zeynəbin (s.ə.) doğum günüdür. Bu münasibətlə əziz həmvətənlərimizi və oxucularımızı təbrik edir, o xanımın... Davamı..

10 Rəbius-sani Xanım Fatimeyi-Məsumənin (s) vəfat günüdür.

Biz burada “Əhli-beyt kəriməsi” ləqəbi ilə tanınan Həzrət Məsumənin (ə.s.) vəfatı münasibətilə o Xanımın bir sıra xüsusiyyətlərinə toxunacağıq ki, onun şəxsiyyəti və... Davamı..

 İmam Həsən Əskərinin (ə) mövlud günüdür.

 İmam Həsən Əskərinin (ə) mövlud günüdür.   İmamət və vilayət səmasının 11-ci ulduzu imam Həsən Əskərinin (ə) mövludu münasibəti ilə əziz həmvətənlərimizi... Davamı..

İmam Həsən Əskərinin (ə) şiələrə vəsiyyəti

İmam Həsən Əskərinin (ə) şiələrə vəsiyyəti ✅1). Sizlərə tövsiyə edirəm ki, təqvalı olun və Allahdan qorxun; Quran baxımından insanların bir-birindən təkcə üstün... Davamı..

PEYĞƏMBƏRİN (S) HƏYATI

Peyğəmbərin adı Mühəmməd (s), məşhur künyəsi Əbülqasim, məşhur ləqəbləri Əhməd və Mustafa, bərəkətli ömrü isə 63 ildən ibarət olmuşdur. O həzrət “amul-fil”in... Davamı..

İmam Həsən Əskəri (ə.s)-ın Şəhadəti

Abbasi xəlifələri və Abbasi iqtidarının nümayəndələri, Əhli-Beyt İmamlarının (ə) on iki nəfər olduğunu və on ikincisinin qeybətdən sonra zühur edib zalımların batil... Davamı..