Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
1 Aprel 09:28
Şərh Yoxdur
3849

Ey Əbuzər! Bugünkü gün sənin əlindədir, sabah isə səninlə deyil

Həzrət Peyğəmbərin (s) Əbuzərə nəsihətlərindən

Peyğəmbər (s) səhlənkarlıqdan çəkinmək haqqında buyurur:

“Bugünkü gün sənin əlindədir, sabah isə səninlə deyil”.

Peyğəmbər (s) Əbuzərə nəsihətində bu günün işini sabaha saxlamamasını tapşırır. Çünki sabahın gələcəyinə bel bağlamaq olmaz. Sabahın gələcəyini fərz etsək belə, onun da öz işləri vardır. Əgər sən bu günkü vəzifələrinə əməl etmiş olsan, sabahın olmaması səndə peşmançılıq doğurmaz. Amma əgər bu günün vəzifəsini təxirə salsan və sabah da gəlməsə, bu həsrəti əbədi olaraq o dünyaya aparacaqsan.

Deməli, indiki an üçün düşünməli və əlimizdə olan hər anı qənimət bilib, işlərimizi sabahın ümidi ilə sonraya saxlamaqdan, səhlənkarlıqdan pəhriz etməliyik. Mütaliə və təhqiq zamanı özümüzə “vaxt çoxdur, sabah mütaliə edərəm” deməməliyik. Gələcəyin də öz işləri var.

Əgər yeni bir sabahın olarsa, onda da hər gün olduğu kimi, öz gündəlik işlərinlə məşğul ol və əgər sabahın olmayacaqsa, bu günün üçün də (öz gündəlik vəzifəni yerinə yetirmədiyin üçün) peşman olmayacaqsan.

Ola bilər ki, insan gündəlik vəzifələrini yerinə yetirməsinə baxmayaraq, əksər işlərində müvəffəqiyyət əldə edə bilmədiyi üçün məyus olsun. Lakin insan gücünün məhdudluğunu, hər kəsin öz gücü və imkanları daxilində iş görə biləcəyini nəzərə almaqla, ümidini kəsib, peşman olmamalıdır.

Peyğəmbər (s) əvvəlki sözünün təkidi və davamı olaraq buyurur:

“Ey Əbuzər! O qədər adamlar var ki, səhərlərini axşama çıxara bilmirlər və o qədər adamlar da var ki, sabahın gəlməsini gözləyərlər, lakin sabaha çıxmırlar”.

Görün, Peyğəmbər (s) öz təlimləri ilə insanların zehnini ömrünün hər anından düzgün bəhrələnə bilməsi üçün necə hazırlayır. Əvvəl onu sabahı və bu sabaha nə qədər bel bağlaya biləcəyi haqqında düşünməyə vadar edir. Əgər öz gələcəyinə güvənə bilmirsə, niyə işlərini sonraya saxlamalıdır? Zöhr namazının vaxtı günortanın əvvəlidirsə, bir saat sonra ölməyib diri qalacağını haradan bilir ki, namazını sonraya saxlayır? Aydındır ki, əgər namazını ilkin vaxtda qılsa, sonraya peşmançılıq da qalmayacaq və əlavə olaraq, başqa işlərini görməyə də vaxtı olacaqdır.

 

www.ahliman.info

Digər “Əhli-Beyt ” Xəbərləri

‘Mübahilə’ gününün əməlləri

Zil-hiccə ayının 24-ü  “Mübahilə” günüdür. (Mübahilə – iki nəfərin bir-birinə qarşı nifrin və qarğış etməsi.) Peyğəmbəri-Əkrəmin (s) həzrət İsanın (ə) allahlıq məqamında... Davamı..

İmam Kazimin (ə) həyatına qısa bir baxış

İmam Kazimin (ə) mövludu və dünyaya gəlişi münasibəti ilə əziz həmvətənlərimizi və oxucularımızı təbrik edir və o həzrətin həyatı ilə bağlı qısa... Davamı..

İMAM ƏLİYYƏN-NƏQİNİN (Ə) HƏYATINA QISA BİR BAXIŞ

Şiələrin onuncu imamının adı Əli, ən məşhur ləqəbləri Nəqi və Hadi, mübarək künyəsi “Əbülhəsən”dir. İmam Kazim (ə) və imam Rzanın (ə) künyəsi... Davamı..

Qədir-Xum hadisəsinin əhəmiyyəti

Qədir-Xum bayramını “Allahın böyük bayramı” adlandırmışlar; bu bayram İslam təqvimindəki bütün bayramlardan yüksəkdə duran bir bayramdır. Qədir-Xum bayramı daha dolğun bir mahiyyətə... Davamı..

İmam Baqir (ə) və zahidin nəsihəti

Yay fəslinin qızmar istisi bir qədər şiddətlənmişdi. Mədinə və ətraf əkin yerləri qızmar Günəş hərarətinə bürünmüşdü. Özünü zahid və abid hesab edən... Davamı..

İMAM CAVADIN (Ə) HƏYATI

İMAM CAVADIN (Ə) HƏYATI Doqquzuncu imamın adı Mühəmməd, künyəsi Əbu Cəfər, ləqəbi Təqi və Cavaddın. O həzrət 195-ci hicri-qəməri ilində Mədinə şəhərində... Davamı..

Həzrət Məsumənin (ə.s.) həyatı ilə bağlı 7 maraqlı məqam

Həzrət Məsumənin (ə.s.) həyatı ilə bağlı 7 maraqlı məqam Biz burada “Əhli-beyt kəriməsi” ləqəbi ilə tanınan Həzrət Məsumənin (ə.s.) vəfatı münasibətilə o... Davamı..

İMAM SADİQİN (Ə) HƏYATI

İMAM SADİQİN (Ə) HƏYATI İmam Sadiq (ə) 83-cü hicri-qəməri ilinin Rəbiül-əvvəl ayının on yeddisi Mədinə şəhərində dünyaya göz açmış və 148-ci hicri... Davamı..