Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
28 Yanvar 09:12
Şərh Yoxdur
3698

“Elm, əxlaq olmadan tədris edilərsə, cəmiyyətdə çox sayda problemlər meydana çıxar” – Ayətullah Məkarim Şirazi

Ayətullah Məkarim Şirazi buyurur: “İslam dinində elm və biliyə aid çox sayda hədislər mövcuddur. Ailə və valideynlər hər bir insan üçün ilk məktəbdir. Ondan sonra məktəb, ali məktəb və cəmiyyət insan üçün təlim mərkəzləri hesab olunur. Əgər onların hər biri öz işini düzgün yerinə yetirərsə cəmiyyət sağlam, tərəqqi etmiş olar.

Bu gün elə bir şəraitdə yaşayırıq ki, fəsad qapıdan və bacadan girir. Peyk antenaları və internet İslam düşmənlərinin nüfuz etdiyi vasitələdir. Belə bir mühitdə qərar tutmaq müəllimlərin, valideynlərin və cəmiyyətin məsuliyyətini artırır və onlar gərək fəsadı təhsil ocaqlarından uzaq saxlaya bilsinlər. Ona görə də yeni nəsildə iman gücünü artırmaq lazımdır. Əgər cavanlarımızın imanı güclü olarsa, fəsad amilləri qarşısında daha çox müqavimət göstərəcəkdir.

Əgər elmi, əxlaq olmadan tədris edərlərsə cəmiyyətdə çox sayda problemlər meydana çıxar. Şagirdlər müəllimlərin əlində olan İlahi əmanətlərdirlər. Ona görə də hər bir müəllim bu əmanəti saxlamaq üçün səy etməli və elm və imanın güclənməsi üçün daha çox fəaliyyət göstərməlidir.

Amerika Konqresinin nümayəndələrinin təsili ali səviyyədədir.Amma bu insanlar Qəzza döyüşləri zamanı sionistlərə yardım edirdilər. Bu da o həqiqəti göstərir ki, elm və bilik əxlaq və dini tərbiyə olmadan bir yerə gedib çıxa bilməz.

Ona görə də hər bir müsəlman çalışmalıdır ki, elmi öyrənməklə yanaşı, əxlaqına və dini tərbiyəsinə də diqqət göstərsin. Əgər əxlaq olarsa, elmin faydası olar. Əks halda bu cür elm dəyərsiz və təhlükəlidir”.

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi Əhli-Sünnənin böyük hədis alimi, fəqih və məzhəb imamı Əhməd ibn Hənbəl özünün “əl-Müsnəd” adlı... Davamı..

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu “Sanki dünya heç yox imiş və sanki axirət əzəldən var imiş” İmam Baqirdən (ə) rəvayət olunan... Davamı..

Aşura gününün əməlləri

İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinə əzadarlıq etmək. İmam Rza (ə) buyurur: “Allah-Taala, “Aşura” günü işlərini tərk edən şəxsin dünya və axirət... Davamı..

Tasua Gününün Əməlləri

1. Namazlar Gecənin sonunda 4 rükət namaz Hər rükətdə “Həmd” surəsindən sonra: Ayətül-kürsü – 10 dəfə “İxlas” surəsi – 10 dəfə “Fələq”... Davamı..

Məhərrəm ayının birinci gününün əməlləri

“Məhərrəm” – Əhli-beytin və şiələrinin matəm ayıdır. İmam Rzadan (ə) nəql olunur ki, Məhərrəm ayı daxil olanda, heç kim atam imam Kazimi... Davamı..

Qədir-Xum gününün əməlləri

Zil-hiccə ayının 18-i  “Qədir-Xum” gündür və İslamda ən böyük bayramlardan biridir. Bir rəvayətdə imam Sadiqdən (ə): “Müsəlmanların cümə günü, “Fitr” və “Qurban”... Davamı..

Qurban bayramının əməlləri

Zilhiccə ayının 10-cu günü  Qurban bayramıdır və çox şərəfli bir gündür. Həmin günün bir neçə əməli vardır. 1. Qüsl etmək; 2. Bayram... Davamı..

ƏRƏFƏ GÜNÜ – DUA GÜNÜ

Ərəfə” günü bütün rəmz və sirləri ilə birgə yenə gəlib çatmaqdadır. Mərifət günü, elə bir gün ki, qəlblərin baxışı səmaya dikəlib! “Ərəfat”... Davamı..