Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
16 Mart 18:35
Şərh Yoxdur
5560

Düşünmək – ən üstün ibadətdir. Sevinən, qəzəblənən, qüdrətlənən zaman insanı gözləyən 3 təhlükə

Həzrət Peyğəmbər (s) buyurur: “Ey Əli! Heç bir sərvət ağıl kimi faydalı deyildir, nadanlıq kimi yoxsulluq mövcud deyildir. Bil ki, heç bir əməl xudbinlik kimi təhlükəli deyildir. İnsan üçün məsləhətdən daha yaxşısı yoxdur və ən üstün ibadət – fikirləşmək və düşünməkdir”.

Bu nurani hədis bizləri iki aləmdə olan xeyir və yaxşılıqlar haqqında düşünməyə vadar edir.

Həzrət Peyğəmbərin (s) İmam Əliyə (ə) etdiyi vəsiyyətdə oxuyuruq ki, buyurub: “Ey Əli! Allah yanında 3 əməl daha üstün və daha ucadır:

1. Vacibatlara əməl etmək – hər kim belə etsə, ən abid insan olar.

2. Günahı tərk etmək ki, bu, təvqa əhlinin əməlidir.

3. Qənaətdir ki, qane olan insanlara məxsusdur”.

Hədislərimizdə oxuyuruq ki, 3 əməl bizim Qiyamətimizi nurani edə bilər. Bu əməllərlə tanış olaq:

1. Din qardaşlarının görüşünə getmək, xüsusilə də o zaman ki, xəstədirlər və ya çətinliyə düşüblər.

2. O kəs ki, namazın intizarında olar, namazı əvvəl vaxtda qılmağa, camaata və məscidə hörmət qoyar. Allah qonaqlarındandır.

3. O kəs ki, Allahın evini ziyarət edər.

Kamil iman 3 şeylə əldə oluna bilər və İmam Səccad (ə) bu haqda buyurur:

“1. Sevinən zaman günah və batil etməyin.

2. Qəzəblənən zaman haqq yolundan ayrılmayın.

3. Nə zaman qüdrətə çatsanız, haqqı zay etməyin”.

Həzrət Peyğəmbər (s) minbərə çıxan zaman buyurur: “Məgər bilirsinizmi ki, Ruqub, Suluk, Sərə kimlərdir? Ruqub – o kəsə deyərlər ki, Allah onu saleh övladdan ki, qalıcı saleh əməl sayılır, məhrum etmişdir. Suluk o kəsə deyirlər ki, sərvətinin olmasına baxmayaraq, özündən qabağa heç bir şey göndərməmişdir, çətin Qiyamət günü üçün azuqə yığmamışdır. Sərə o pəhləvana və qəhrəmana deyərlər ki, şeytanın qəlbinə yumruq vurar. Allahı yada salaraq, qəzəb şöləsinə həlimlik və səbirlə qələbə çalar”.

Allahdan pak qəlb, kamil iman diləyir və dua edərik ki, bizləri ibadət və müsibətlərdə sabirlərindən qərar versin və Əhli-beytin (ə) yaxın dostlarından etsin. İnşəallah!

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

Məhərrəm ayının birinci gününün əməlləri

“Məhərrəm” – Əhli-beytin və şiələrinin matəm ayıdır. İmam Rzadan (ə) nəql olunur ki, Məhərrəm ayı daxil olanda, heç kim atam imam Kazimi... Davamı..

Qədir-Xum gününün əməlləri

Zil-hiccə ayının 18-i  “Qədir-Xum” gündür və İslamda ən böyük bayramlardan biridir. Bir rəvayətdə imam Sadiqdən (ə): “Müsəlmanların cümə günü, “Fitr” və “Qurban”... Davamı..

Qurban bayramının əməlləri

Zilhiccə ayının 10-cu günü  Qurban bayramıdır və çox şərəfli bir gündür. Həmin günün bir neçə əməli vardır. 1. Qüsl etmək; 2. Bayram... Davamı..

ƏRƏFƏ GÜNÜ – DUA GÜNÜ

Ərəfə” günü bütün rəmz və sirləri ilə birgə yenə gəlib çatmaqdadır. Mərifət günü, elə bir gün ki, qəlblərin baxışı səmaya dikəlib! “Ərəfat”... Davamı..

Ərəfə’ gününün əməlləri

Zilhiccə ayının 9-cu günü “Ərəfə” günüdür. “Ərəfə” günü bayram kimi tanınmasa da, böyük bayramlardan biridir. Allah-Taala həmin gün öz bəndələrini ibadət və... Davamı..

İMAM ƏLİ (Ə) İLƏ XANIM ZƏHRANIN (S) EVLƏNMƏSİ

Zilhəccə ayının 1-ci günü  imam Əmirəlmöminin Əli (ə) ilə xanım Fatimeyi-Zəhranın (s) evləndiyi gündür. Elə bu məqsədlə, onların evlənməsi ilə bağlı qısa... Davamı..

Zilhiccə ayının 1-ci gününün məxsus əməlləri

Zilhiccə ayının birinci günü çox mübarək gündür və həmin gün bir neçə əməlin yerinə yetirilməsi tövsiyə olunur: 1. Oruc tutmaq;birinci günün orucu səksən... Davamı..

İmam Rzanın (ə) İmam Cavada (ə) məktubu

Əhməd ibn Məhəmməd ibn Əbu Nəsr Bəzənti belə  nəql edir: قَرَأتُ كِتابَ أبِي الحَسَنِ الرِّضا إلى أبي جَعفَرٍ‘: ياأبا جَعفَرٍ، بَلَغَني أنَّ... Davamı..