Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
15 İyun 12:02
Şərh Yoxdur
1250

Dünyanın şeytansifətlərini iyirmi ildir ki, mübahisəyə çağırırıq

Ayətullah Məhəmmədtəqi Misbah Yəzdi buyurur: Münafiqlər və biganələrlə əyləşənlər onların təsiri altına düşürlər. Belələri zahirən müsəlman kimi tanınsalar da, qəlbləri nifaqa bulaşmışdır. Münafiqlər və din düşmənlərilə mübahisəyə girmək istəyən şəxs öncə öz etiqad əsaslarını möhkəmləndirməli, yetərincə dini maarifə yiyələnməlidir. Söhbət zamanı mübahisə üsullarını bilmək, dəlillərə malik olmaq lazımdır. Yalnız bu yolla etiqadların müdafiəsinə qalxmaq olar. Güləş fəndlərilə tanış olmayan insan peşəkar güləşçi ilə meydana çıxa bilməz. Əgər meydana çıxsa ilk addımda məğlub olar. Dini etiqadlar haqqında xülasə məlumata malik olanlar da şübhələri cavablandırmaq imkanında deyillər. Onlar dini etiqadlarla bağlı suallarla rastlaşdıqda istər-istəməz təsir altına düşür, sonda imanlarını əldən verirlər.

Münafiqlər və fitnəkar biganələr etiqadlı insanlar qarşısında dayanmaq gücündə deyillər. Bu səbəbdən də onlar dini biliklərə malik insanlara yox, bu sahədə biliyi zəif olan gənclərə üz tuturlar. Gənclərin düşüncəsinə demokratiya, azadlıq şüarları ilə hakim olurlar. Gənclərə deyirlər ki, siz sözləri dinləyin və onun yaxşısını seçin! Biz də bu qəbil azadlığın tərəfdarıyıq. Amma peşəkar şeytansifətin təcrübəsiz gənclərlə üzbəüz əyləşməsi yolverilməzdir. Peşəkar şeytansifətlər aldadıcı fəndlərə yiyələnmişlər və lazımınca biliyi olmayanları tovlamaq onlar üçün çətin deyil. Dünyanın şeytansifətlərini iyirmi ildir ki, mübahisəyə çağırırıq. Hər dəfə bir bəhanə ilə bu mübahisədən qaçırlar. Onlar yaxşı bilirlər ki, İslam alimləri ilə üzbəüz oturmaq gücündə deyillər. Bu səbəbdən də alimlərdən yayınıb gənclərə üz tuturlar.

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi Əhli-Sünnənin böyük hədis alimi, fəqih və məzhəb imamı Əhməd ibn Hənbəl özünün “əl-Müsnəd” adlı... Davamı..

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu “Sanki dünya heç yox imiş və sanki axirət əzəldən var imiş” İmam Baqirdən (ə) rəvayət olunan... Davamı..

Aşura gününün əməlləri

İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinə əzadarlıq etmək. İmam Rza (ə) buyurur: “Allah-Taala, “Aşura” günü işlərini tərk edən şəxsin dünya və axirət... Davamı..

Tasua Gününün Əməlləri

1. Namazlar Gecənin sonunda 4 rükət namaz Hər rükətdə “Həmd” surəsindən sonra: Ayətül-kürsü – 10 dəfə “İxlas” surəsi – 10 dəfə “Fələq”... Davamı..

Məhərrəm ayının birinci gününün əməlləri

“Məhərrəm” – Əhli-beytin və şiələrinin matəm ayıdır. İmam Rzadan (ə) nəql olunur ki, Məhərrəm ayı daxil olanda, heç kim atam imam Kazimi... Davamı..

Qədir-Xum gününün əməlləri

Zil-hiccə ayının 18-i  “Qədir-Xum” gündür və İslamda ən böyük bayramlardan biridir. Bir rəvayətdə imam Sadiqdən (ə): “Müsəlmanların cümə günü, “Fitr” və “Qurban”... Davamı..

Qurban bayramının əməlləri

Zilhiccə ayının 10-cu günü  Qurban bayramıdır və çox şərəfli bir gündür. Həmin günün bir neçə əməli vardır. 1. Qüsl etmək; 2. Bayram... Davamı..

ƏRƏFƏ GÜNÜ – DUA GÜNÜ

Ərəfə” günü bütün rəmz və sirləri ilə birgə yenə gəlib çatmaqdadır. Mərifət günü, elə bir gün ki, qəlblərin baxışı səmaya dikəlib! “Ərəfat”... Davamı..