Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
23 Oktyabr 09:00
Şərh Yoxdur
6732

“Dünyada bir xüsusiyyət vardır ki, axirət ilə müqayisə edilə bilməz…” – Ayətullah Misbah Yəzdidən dərslər

Ayətullah Muhəmmədtəqi Misbah Yəzdi buyurur: “Havayi-nəfsin amillərindən biri – dünya sevgisidir. Bəziləri açıq şəkildə axirət həyatını inkar edirlər və deyirlər ki, ölümlə hər şey sona çatır. Ancaq Quran bu insanların qarşısnda buyurur ki, axirəti inkar etmək üçün dəliliniz nədir? Deyirlər ki, başqa bir həyat mövcud deyildir. Bəs siz necə buna əminsiniz? Bu insanlar dediklərinə görə dəlil gətirə bilmirlər.

İkinci dəstə isə axirəti inkar etmirlər. Ancaq deyirlər ki, biz tanımadığımıza görə axirəti qəbul edə bilmirik. Onlar inkar etməsələr də, elə yaşayırlar ki, sanki başqa bir həyat olmayacaqdır.

Bəziləri isə iddia edir ki, əgər başqa bir həyat vardırsa, o da elə bu dünya kimi olacaqdır. Yəni, necə ki, biz bu dünyaya gəlirik və böyüyürük və özümüz üçün imkanlar yaratmışıq – axirətdə də elə olacaqdır. Bu mərhələni keçəcəyik.

Ona görə də insan bu üsullara etiqad etməlidir. Birincisi budur ki, başqa bir həyat vardır, ikincisi budur ki, o dünyanın səadətini bu dünyada yaratmaq lazımdır. Bura əkin yeridir.

Dünya həyatında insan sabahı düşünən zaman onun üçün hazırlıqlar görər. Bəs o kəs ki, axirətə inanır, onun üçün hazırlaşmamalıdır? Bəziləri deyir ki, bu dünya nağddır, ona görə də onun dadına baxmaq lazımdır.

Dünyada bir xüsusiyyət vardır ki, axirət ilə müqayisə edilə bilməz. Əgər dünyada heç bir əziyyət olmasaydı belə, bu dünya məhduddur. Ləzzətlərini axirətdə olanlarla müqayisə etmək olmaz. Bu dünyanın 100 ili, axirət üçün bir an kimidir. Əslində dünya həyatına, həyat adını vermək olmaz.

Qurani-Kərim buyurur ki, bu dünya həyatı oyun-oyuncaqdan və əyləncədən başqa bir şey deyildir. Heç həyat deyildir. Həqiqi həyat – axirətdədir. Quran dilində dünya həyatı əyləncə, lovğalanmaq, mal və övlad artırmaqdır.

Əgər dünya ləzzəti ən ali hədəflərin müqəddiməsi olarsa, özü məqsəd olar. Cavan özünü bəzəyər ki, başqaları onu görən zaman xoşları gəlsin və ona görə də bu ləzzət ardınca olar. Bundan ali hədəfləri yoxdur. Əgər qadınla kişi axirət hədəfi üçün bəzənərsə, o zaman axirət hədəfinə malik olar.

Mala, həyat yoldaşına, evə və maşına görə lovğalanmaq – o problemlərdəndir ki, xüsusilə xanımlar arasında yayılmışdır. Ancaq bu qədər maldan kim faydalanıb ki? İnsan yediyindən artığından məgər bəhrələnə bilərmi? O qədər yoxsul insan vardır ki, həyatları zənginlərin həyatından daha ləzzətlidir.

Ona görə də deyə bilərik ki, axirətin həqiqəti zehnimizdən uzaqdır. Qurani-Kərim misal çəkir ki, göydən nazil olar və su torpağa can verər və onu göyərdər. Ancaq payız fəsli yenə gələr və həmin gözəlliyi qurudar. Bu yaşıllıq saralıb kül kimi ətrafa yayılar. Ona görə də əgər dünyanın zahirinə nəzər salsanız – oyun-oyuncaqdır.

Bu əyləncələrlə oynayırsınız, bir-birinizlə lovğalanırsınız, bütün bunlar sizi əsil hədəfdən yayındırır, sizi aldadır. Ancaq əgər axirət hədəfi üçün istifadə etsəniz, ömrünüzün hər anından axirət üçün bəhrələnə bilərsiniz”.

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

Namaz vaxtlarını qoruyun

Həzrət İmam Rza (ə): “Namaz vaxtlarını qoruyun – (namazlarınızı vaxtında qılın), çünki insan başına gələcək hadisələrdən amanda deyil. Hər kəs namazın əvvəl... Davamı..

Hansı imamın ziyarəti daha fəzilətlidir?

Hansı imamın ziyarəti daha fəzilətlidir? Bəzi hədislərə əsasən İmam Rzanın (ə) ziyarəti İmam Hüseynin (ə) ziyarətindən daha fəzilətlidir. Bu hədisləri eşidən bir... Davamı..

QOHUMLUQ ƏLAQƏLƏRİNİN KƏSİLMƏSİ

QOHUMLUQ ƏLAQƏLƏRİNİN KƏSİLMƏSİ Artıq məlum oldu ki, qohum-əqrəba ilə gözəl münasibətdə olmaq, onların dərd-qəminə şərik çıxmaq, qarşılaşdıqları çətinliklərdə onlara köməklik etmək hər... Davamı..

QOHUM-ƏQRƏBA İLƏ GÖZƏL ÜNSİYYƏT

QOHUM-ƏQRƏBA İLƏ GÖZƏL ÜNSİYYƏT Hər bir müsəlmanın üzərinə düşən digər ictimai vəzifələrdən biri də qohum-əqraba ilə sıx ünsiyyətdə olması və onlarla gözəl... Davamı..

XOŞA GƏLMƏZ RƏFTARLARDAN ÇƏKİNMƏK

XOŞA GƏLMƏZ RƏFTARLARDAN ÇƏKİNMƏK Allah-taala Maidə surəsinin 23-cü ayəsində insanlara ata-ana ilə gözəl rəftar etməyin vacib olmasını xatırlatdıqdan sonra onlarla kobud rəftar... Davamı..

Sevgi ilə qəzəbin və ya əzəmətlə gözəlliyin vəhdəti

Allah bəsit həqiqətdir, heç bir çoxluğa malik deyil. Bu səbəbdən də substansional atributları elə Onun substansiyasından ibarətdir. Deməli, Allahın gözəl adları tək... Davamı..

 Həzrət Xədicənin vəfatı ili və günü barədə fərqli fikirlər var.

Lakin daha çox məqbul edilən fikir budur ki, o həzrət Məhəmməd Peyğəmbərin (s) peyğəmbərlik məqamına çatmasından yəni “besət” hadisəsindən 10 il sonra... Davamı..

Mübarək Ramazan ayının birinci gecəsinin əməlləri və duaları

Mübarək Ramazan ayının birinci gecəsinə məxsus əməllər və dualar aşağıdakılardan ibarətdir: 1. Ayın çıxmasını izləmək və gözləmək; 2. Ayı gördükdə üzü qibləyə dayanıb əlləri... Davamı..