Dünya alimlərinin Quran barəsində söylədikləri:
1. Doctor Henry Corbin, tanınmış fransalı islamşünasın Quran barəsində çox
maraqlı bir sözü vardır. O deyir:
“Əgər Quran xürafat olsaydı, Allah tərəfindən göndərilmiş olmaz və heç vaxt
bəşəriyyəti elmə və düşüncəyə dəvət etməyə cürət edə bilməzdi. Heç bir düşüncə
Məhəmmədin Quranı qədər insanı elmə dəvət etməmişdir, Quranda 950-yə yaxın
ayədə yalnız elm, ağıl və fikir barələrində söz açılmışdır.”
2. Ernest Renan, tanınmış fransalı filosof yazır:
“Mənim kitabxanamda siyasi, ictimai, ədəbi və.s. müxtəlif mövzularda
minlərlə kitab var və onların hər birini bir dəfədən artıq oxumamışam. Amma bir
kitab vardır ki, həmişə mənim munisimdir, hər dəfə nədənsə sıxıldıqda və ya
mənəviyyat, kamal qapılarının üzümə açılmasını istədikdə, o kitabı oxuyuram və o
kitab Quran – müsəlmanların səmavi kitabıdır.”
3. Mahatma Gandhi, Hindistanın mərhum liderı yazırdı:
“Quran elmlərini öyrənməklə, ictimai mövqeyindən asılı olmayaraq hər bir
şəxs vəhyin sirlərini, dinin hikmət və fəlsəfəsini dərk edə bilər. Quranda insanların
din və məzhəblərini dəyişmələrinə dair heç bir məcburiyyət görülməmişdir, əksinə
olaraq Quran aşkarcasına elan edir:
“Dində (İslamda) hər hansı bir zorakılıq və icbar yoxdur.”8
4. Vil Dyurant, amerikalı şərqşünas alim yazır:
“Quranda qanunla əxlaq ayrılmazdır. Quran baxımından dini davranışlar
dünyəvi davranışları da əhatə edir. Bütün bunlar Allah tərəfindən vəhy vasitəsi ilə
göndərilmişdir. Quran, hər hansı bir adət-ənənəyə tabe olmayan azad və ən sadə
insanların belə asanlıqla dərk edə biləcəkləri ideologiyanı vücuda gətirir.”
7
“Məcməul-bəyan” təfsiri, Təbərsi, c. 1, səh. 82.
8
“Bəqərə” surəsi, ayə 256