Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
7 Fevral 13:28
Şərh Yoxdur
2953

Dualarımız niyə qəbul olunmur? – İmam Səccadın (ə) tövsiyələri

Bizlərdən bir çoxu şikayət edir ki, hər gün Allaha tərəf əllərimizi açmağımıza və o cümlədən, ziyarətlərə getməyimizə, Ərbəin yürüşündə iştirak etməyimizə baxmayaraq, dualarımız qəbul olmur.

 

İmam Səccada (ə) sual verirlər ki, necə olur ki, dualarımız qəbul olunmur? Həzrət (ə) buyurur: “Duanın yerinə yetməsinə mane olan günahlar ibarətdirlər:

–       niyyətin pis olması,

–       batinin napak olması,

–       Allah tərəfindən həmin duanın yerinə yetməsinə ümidin olmaması,

–       vacib namazı təxirə salmaq,

–       danışan zaman söyüşdən və pis sözlərdən istifadə etmək”.

 

Niyyətin pis olması.

Əgər insan niyyət edən zaman nəfsi ona qalib gələrsə, belə dualar İlahi hədəf daşımazsa – o zaman yerinə yetməsində maneələr yaranar. İmam Əli (ə) buyurur: “Hər kimin niyyəti yaxşı olarsa, tövfiq ona yardım edəcəkdir”.

 

Batinin napak olması.

Yəni, bu insan – bilərəkdən və ya bilməyərəkdən şeytanın (lən) quludur və insanların xeyirini istəmir. O, insanlara həsəd aparır və onların qəminə sevinir.

Duanın yerinə yetəcəyinə ümidsiz olmaq.

İnsan dua edən zaman gərək onu yerinə yetəcəyinə görə şəkki və şübhəsi olmasın, sanki duasının həyata keçməsi qapı arxasındadır və onu gözləyir.

Vacib namazları təxirə salmaq.

O zaman ki, Həzrət Zəhra (s.ə) Peyğəmbərə (s) sual verir ki, namazı yüngül hesab edənləri nə gözləyir? Həzrət (s) cavab verir ki, 15 əzaba düçar olarlar. 6-sı dünyada, 3-ü ölən zaman, 3- qəbirdə və 3-ü Qiyamətdə.

Danışan zaman nalayiq sözlərdən istifadə etmək.

İmam Sadiq (ə) dostlarından birinə üzünü tutub buyurur: “Bəni-İsrayildə bir kişi yaşayırdı ki, davamlı olaraq Allah Təalaya dua edərdi ki, ona övlad əta etsin. Ancaq duası yerinə yetmirdi. O, yuxu görür və carçı ona deyir: “Şübhəsiz ki, sən Allaha 3 il dalbadal ixlassız dua edirsən, bundan başqa söyüş söyən, pis söz deyən və təqvasız qəlbə maliksən. Söyüş söyməyi və pis söz deməyi özündən uzaqlaşdır. Təqvalı ol və niyyətini islah et”.

O, kişi tövsiyə olunanlara əməl edir və duası yerinə yetir. Allah Təala ona övlad əta edir”. (Tebyan/Deyerler)

 

Bunu qeyd etmək lazımdır ki, hər kim duasının yerinə yetməsini istəyirsə, gərək hər gün istiğfar etsin və günahlarına görə bağışlanma istəsin. Çünki məhz günah – duaların yuxarı qalxmasına mane olan ən mühüm amildir.

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

İMAM ƏLİ (Ə) İLƏ XANIM ZƏHRANIN (S) EVLƏNMƏSİ

Zilhəccə ayının 1-ci günü  imam Əmirəlmöminin Əli (ə) ilə xanım Fatimeyi-Zəhranın (s) evləndiyi gündür. Elə bu məqsədlə, onların evlənməsi ilə bağlı qısa... Davamı..

Zilhiccə ayının 1-ci gününün məxsus əməlləri

Zilhiccə ayının birinci günü çox mübarək gündür və həmin gün bir neçə əməlin yerinə yetirilməsi tövsiyə olunur: 1. Oruc tutmaq;birinci günün orucu səksən... Davamı..

İmam Rzanın (ə) İmam Cavada (ə) məktubu

Əhməd ibn Məhəmməd ibn Əbu Nəsr Bəzənti belə  nəql edir: قَرَأتُ كِتابَ أبِي الحَسَنِ الرِّضا إلى أبي جَعفَرٍ‘: ياأبا جَعفَرٍ، بَلَغَني أنَّ... Davamı..

Sevgi ilə qəzəbin və ya əzəmətlə gözəlliyin vəhdəti

Allah bəsit həqiqətdir, heç bir çoxluğa malik deyil. Bu səbəbdən də substansional atributları elə Onun substansiyasından ibarətdir. Deməli, Allahın gözəl adları tək... Davamı..

Namaz vaxtlarını qoruyun

Həzrət İmam Rza (ə): “Namaz vaxtlarını qoruyun – (namazlarınızı vaxtında qılın), çünki insan başına gələcək hadisələrdən amanda deyil. Hər kəs namazın əvvəl... Davamı..

Hansı imamın ziyarəti daha fəzilətlidir?

Hansı imamın ziyarəti daha fəzilətlidir? Bəzi hədislərə əsasən İmam Rzanın (ə) ziyarəti İmam Hüseynin (ə) ziyarətindən daha fəzilətlidir. Bu hədisləri eşidən bir... Davamı..

QOHUMLUQ ƏLAQƏLƏRİNİN KƏSİLMƏSİ

QOHUMLUQ ƏLAQƏLƏRİNİN KƏSİLMƏSİ Artıq məlum oldu ki, qohum-əqrəba ilə gözəl münasibətdə olmaq, onların dərd-qəminə şərik çıxmaq, qarşılaşdıqları çətinliklərdə onlara köməklik etmək hər... Davamı..

QOHUM-ƏQRƏBA İLƏ GÖZƏL ÜNSİYYƏT

QOHUM-ƏQRƏBA İLƏ GÖZƏL ÜNSİYYƏT Hər bir müsəlmanın üzərinə düşən digər ictimai vəzifələrdən biri də qohum-əqraba ilə sıx ünsiyyətdə olması və onlarla gözəl... Davamı..