Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
14 İyun 14:07
Şərh Yoxdur
3282

Dil zikr edəndə, insana nə kimi bərəkətlər gətirir?

Allahın insana əta etdiyi ən böyük nemətlərdən biri – dildir. Əgər bu dil Allahı zikr edərsə, öz vəzifəsini yerinə yetirmiş olar. Zikr edən dil, öz sahibinə çox sayda faydalar və bərəkətlər gətirər.

 

Dil qəlbin aynasıdır. Zikr o zaman dəyərli olar ki, qəlbdən gələr.

 

Maddi bərəkətlər:

1. Bəsirət. O kəsin ki, zikr edən dili olar, Allah onun qəlbini nurani edər. Ona bəsirət əta edər. O, Allah nuru ilə doğru yola hidayət olar.

 

2. Halal ruzi qazanar. Dünya nemətləri insanın ehtiyaclarını təmin etmək üçün zəruri olsa da, onunla çox məşğul olmaq insanı qəflətə sala bilər. Allah o insanları sevir ki, hər bir halda Allahı yada salarlar, hətta ruzi qazanan zaman belə. Yəni, bütün səyləri ruzinin halal qazanılması yönündə olar. İmam Əli (ə) buyurur: “O zaman ki, bazara daxil olursunuz, Allahı çoxlu yada salın”.

 

Mənəvi bərəkətlər:

1. Allahla yoldaş olar. Quran ayələri buyurur ki, hər kim Allahı yada salar – Allah da onu yada salar. Qüdsi hədisdə oxuyuruq ki, Allah Təala Musaya (ə) buyurur: “Mən o kəsin yoldaşıyam ki, Məni yada salar”.

 

2. Nəfsinin pak olması. İnsan dünyaya gələn zaman nəfsi pak və pakizə olar. Ancaq tədricən dünya ilə tanış olduqca, rəzil sifətlər onun nəfsini çirkləndirər. Qəlbi daş bağlayar və qəflətə düşər. İnsanın nəfsini pak saxlayan amillərdən ən mühümlərindən biri – Allahı yada salmaqdır. Çünki Allah – paklıq məzhəridir. Allahı zikr etmək insanı həm müalicə edər və həm də çirkinliklərdən qoruyar.

 

3. Daxili rahatlıq. Allahı zikr etmək insanı rahatladar və gündəlik gərginliklərin aradan getməsinə səbəb olar. Çünki möminlərin qəlbi həmişə Allahladır və Onu zikr edərək, aramlıq tapar. (Hədənə/Deyerler)

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

Bəşir ibn Əmr əl-Həzrəmi Bəşir Yəmənin Həzrəmut vilayətindəndir

Bəşir ibn Əmr əl-Həzrəmi Bəşir Yəmənin Həzrəmut vilayətindəndir. Kərbəlada şəhid oldu. Adı Kərbəla şəhidlərinə məxsus Rəcəbiyyə ziyarətində də keçir. O, əshabdan ən... Davamı..

“Səlvətul-Həzin” Qəmliləri xoşhal edən

“Səlvətul-Həzin” Qəmliləri xoşhal edən İmam Zeynülabidin Əli ibn Hüseyn əs-Səccad (ə) buyurub: Aşura günü atam (ə) bədəninin yaralarından qan gəldiyi halda məni... Davamı..

“Allahın bəndəyə vacib etdiyi ilk iş namazdır

“Allahın bəndəyə vacib etdiyi ilk iş namazdır. Ölüncəyədək öz qüvvəsində qalan iş – (və ölüm zamanı insan üçün qalan son ümid də)... Davamı..

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi Əhli-Sünnənin böyük hədis alimi, fəqih və məzhəb imamı Əhməd ibn Hənbəl özünün “əl-Müsnəd” adlı... Davamı..

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu “Sanki dünya heç yox imiş və sanki axirət əzəldən var imiş” İmam Baqirdən (ə) rəvayət olunan... Davamı..

Aşura gününün əməlləri

İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinə əzadarlıq etmək. İmam Rza (ə) buyurur: “Allah-Taala, “Aşura” günü işlərini tərk edən şəxsin dünya və axirət... Davamı..

Tasua Gününün Əməlləri

1. Namazlar Gecənin sonunda 4 rükət namaz Hər rükətdə “Həmd” surəsindən sonra: Ayətül-kürsü – 10 dəfə “İxlas” surəsi – 10 dəfə “Fələq”... Davamı..

Məhərrəm ayının birinci gününün əməlləri

“Məhərrəm” – Əhli-beytin və şiələrinin matəm ayıdır. İmam Rzadan (ə) nəql olunur ki, Məhərrəm ayı daxil olanda, heç kim atam imam Kazimi... Davamı..