Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
31 Mart 17:19
Şərh Yoxdur
3580

Darda qalan bir kimsə Onu çağırdığı zaman, Ona cavab verən şəxs kimdir?

“(O şəriklərmi yaxşıdır) yoxsa darda qalan bir kimsə Onu çağırdığı (dua etdiyi) zaman ona cavab verən, onun zərər və çətinliyini aradan qaldıran, sizi yer (üzünün) canişinləri (Allahın yer üzündə canişinləri və gedənlərin yerində qalanları) edən kəs? Məgər tək olan Allahla yanaşı, başqa bir tanrımı var?! Çox az öyüd-nəsihət alırsınız!”. (“Nəml” 62).

O zaman ki, bütün dünyanın qapıları insanın üzünə bağlanar və insan çarəsiz qalar, onu bu çətinliklərdən xilas edə biləcək tək varlıq – Allahdır. İnsan etdiyi duası ilə qəlbini ümid nuru ilə aydınlandırar və Allahın rəhmətinə inanar. (Həvzəh/Deyerler)

Allah insanı yerdə olan nemətlərin ixtiyar sahibi qərar vermişdir. Onun üçün rifah vasitəsiləni hazır etmişdir. Canişin deyildikdə, insanın yer üzündə Allahın canişini olması nəzərdə tutulur.

İmam Baqir (ə) buyurur: “Bu ayədə adı çəkilən darda qalan kəs Ali-Muhəmmədin (ə) Qaimidir (ə.f) ki, Allah onun duasını yerinə yetirər və çətinliklərini aradan aparar və onu yer üzünün xəlifəsi edər”.

Rəhmətlik İmam (r) bu haqda yazır: “Yaxşı olar ki, Allah yolunun saliki suluk ayağını sındırsın. (Yəni, bu yolda əziyyət çəksin). Fəna olduğunu həmişə nəzərə alsın ki, inayət ola bilsin. Yüzillik yolu rübubiyyətin cazibəsi ilə bir gecədə başa vura bilsin. Batin dili ilə aciz və ehtiyaclı halda desin: “(O şəriklərmi yaxşıdır) yoxsa darda qalan bir kimsə Onu çağırdığı (dua etdiyi) zaman ona cavab verən!””.

Bu mübarək ayədən çıxartdığımız nəticələr:

1. Dualar yerinə yetən zaman və müsibət aradan gedən zaman Allahın nişanələrinə diqqət etmək lazımdır.

2. Şirkin yaranmasının səbəblərindən biri – qəflət və nəsihətdən öyüd götürməməkdir.

 

www.ahliman.info

Digər “Əhli-Beyt ” Xəbərləri

İmam Kazimin (ə) şəhadəti

 İmam Kazimin (ə) şəhadət günüdür.  İmam Kazimin (ə) şəhadəti münasibəti ilə əziz həmvətənlərimizə və oxucularımıza başsağlığı verir və o həzrətin həyatı ilə... Davamı..

Xanım Zeynəb (s.ə) – Müsibətlər anası

15 Rəcəb – Xanım Zeynəbin (s.ə) vəfat günüdür. Xanım Zeynəb (s.ə.) qəhrəman, şücaətli, müqavimətli və yorulmaz bir qadın olub. Dünyada şücaətli qəhrəmanlar... Davamı..

İmam Əlinin (ə) həyatına qısa bir baxış

İmam Əmirəlmöminin Əli (ə) “amul-fil”in (fil ili) 30-cu ilində, Peyğəmbərin (s) hicrətindən, təqribən, 24 il əvvəl, Rəcəb ayının 13-ü Kəbə evində dünyaya... Davamı..

İMAM CAVADIN (Ə) HƏYATINA QISA BİR BAXIŞ

“Cavadul-Əimmə” ləqəbi ilə tanınan doqquzuncu imamımız həzrət Muhəmmədtəqi (ə) 195-ci hicri-qəməri ilinin Rəcəb ayının 10-da Mədinə şəhərində dünyaya göz açmışdır. Atası imam... Davamı..

İmam Hadinin (ə) həyatı

İmam Əli ibn Mühəmməd (ə) şiələrin onuncu imamıdır və o həzrətin ləqəbi Hadidir. O həzrət 212-ci hicri-qəməri ilinin Zil-həccə ayının 15-də dünyaya... Davamı..

1 Rəcəb – İmam Muhəmməd Baqirin (ə) mövlud günüdür

Beşinci imam “Baqir” ləqəbilə tanınan Mühəmməd ibn Əli ibn Hüseyn (ə) 57-ci (və yaxud 58-ci) hicri-qəməri ilində dünyaya göz açmışdır. Yəqubi o... Davamı..