Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
24 Avqust 14:07
Şərh Yoxdur
16504

Cümə gününün ən üstün əməli

Günahlarımızı yuyub aradan aparacağımız zamanlardan biri də cümə günüdür. Cümə günü Allahın şərəfli hesabetdiyi günlərdən biridir ki, bu gündə bəndələrin duaları qəbul olar və tövbə edənlərin əlləri boş qayıtmaz.

 

İmam Sadiq (ə) buyurur: “Cümə axşamında Peyğəmbər (s) və Ali-Peyğəmbərə (ə) salavat göndərmək min saleh əmələ bərabərdir və min günahı məhv edər. İnsanın məqamını min dərəcə qaldırar. Müstəhəbdir ki, cümə axşamı gününün əsrindən başlayaraq cümə gününün sonuna qədər Peyğəmbərə (s) çoxlu salavat göndərəsiniz”.

 

Həzrət Sadiq (ə) başqa yerdə buyurur: “Cümə axşamı gününün əsrində mələklər səmadan qızıl qələm və gümüş səhifə ilə yerə enərlər. Cümə axşamının əsrində, cümə axşamında və günəş batana qədər cümə günündə Peyğəmbər (s) və nəslinə salavatdan başqa bir şeyi yazmazlar”.

 

İmam Kazım (ə) buyurur: “Ancaq o günü ki, (Həzrət) Məryəm (s.ə) (İsaya) hamilə oldu, cümə günü günəş batan zaman idi. O, həmin gündür ki, Ruhul-əmin yerə enmişdir. Müsəlmanlar üçün cümə günündən üstün bayram yoxdur. Allah və Muhəmməd (s) onu böyük hesab etmişdilər. Çünki Allah, Muhəmmədə (s) əmr etmişdir ki, həmin günü bayram qərar versin”.

 

İmam Sadiq (ə) buyurur: “Cümə, müsəlmanların bayram günüdür. Bubayram Fitr və Qurban (bayramından) üstündür. (Ancaq) Qədir-Xum günü bayramların ən üstünüdür ki, Zilhiccə ayının 18-də baş vermişdir”.

 

Cümə günü yəvmul-məziddir, çünki həmin gündə Allah rəhmətini bəndələrinə qarşı çoxaldar. (Tebyan/Deyerler)

 

Bu günün ən üstün iki əməli.

İmam Sadiq (ə) buyurur: “Cümə axşamında sədəqə vermək və həmçinin Peyğəmbərə (s) və Ali-Peyğəmbərə (ə) cümə axşamı və cümə günündə salavat göndərmək – min həsənəyə bərabərdir. Min günah onunvasitəsilə aradan gedər. İnsanın məqamı min dərəcə artar”.

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

Bəşir ibn Əmr əl-Həzrəmi Bəşir Yəmənin Həzrəmut vilayətindəndir

Bəşir ibn Əmr əl-Həzrəmi Bəşir Yəmənin Həzrəmut vilayətindəndir. Kərbəlada şəhid oldu. Adı Kərbəla şəhidlərinə məxsus Rəcəbiyyə ziyarətində də keçir. O, əshabdan ən... Davamı..

“Səlvətul-Həzin” Qəmliləri xoşhal edən

“Səlvətul-Həzin” Qəmliləri xoşhal edən İmam Zeynülabidin Əli ibn Hüseyn əs-Səccad (ə) buyurub: Aşura günü atam (ə) bədəninin yaralarından qan gəldiyi halda məni... Davamı..

“Allahın bəndəyə vacib etdiyi ilk iş namazdır

“Allahın bəndəyə vacib etdiyi ilk iş namazdır. Ölüncəyədək öz qüvvəsində qalan iş – (və ölüm zamanı insan üçün qalan son ümid də)... Davamı..

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi Əhli-Sünnənin böyük hədis alimi, fəqih və məzhəb imamı Əhməd ibn Hənbəl özünün “əl-Müsnəd” adlı... Davamı..

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu “Sanki dünya heç yox imiş və sanki axirət əzəldən var imiş” İmam Baqirdən (ə) rəvayət olunan... Davamı..

Aşura gününün əməlləri

İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinə əzadarlıq etmək. İmam Rza (ə) buyurur: “Allah-Taala, “Aşura” günü işlərini tərk edən şəxsin dünya və axirət... Davamı..

Tasua Gününün Əməlləri

1. Namazlar Gecənin sonunda 4 rükət namaz Hər rükətdə “Həmd” surəsindən sonra: Ayətül-kürsü – 10 dəfə “İxlas” surəsi – 10 dəfə “Fələq”... Davamı..

Məhərrəm ayının birinci gününün əməlləri

“Məhərrəm” – Əhli-beytin və şiələrinin matəm ayıdır. İmam Rzadan (ə) nəql olunur ki, Məhərrəm ayı daxil olanda, heç kim atam imam Kazimi... Davamı..