Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
27 Fevral 13:06
Şərh Yoxdur
3165

Cənnətin qadınlarından biri gecənin zülmətində zahir olsa…

Həzrət Peyğəmbərin (s) Əbuzərə nəsihətlərindən

Peyğəmbər (s) cənnəti vəsf edərək belə anladır:

“Ey Əbuzər! Əgər cənnətin qadınlarından biri gecənin zülmətində göydə zahir olsa, nuru yerə on dörd gecəlik aydan daha çox işıq salar. Saçlarını oynatdıqda, zülfündən ətrafa yayılan ətrin iyi bütün yer əhlini bihuş edər. Cənnət əhlinin libaslarından birini bu dünyada açıb sərsələr, onu görən bihuş olar və ona baxmağa insan gözü tab gətirə bilməz”.

Həzrətin (s) bu bölümdə dediklərindən belə anlaşılır ki, qiyamət günü insanın gözünün gücü, bu dünyada olduğundan daha güclü olacaqdır. İnsanlar bu dünyada o qədər zəifdirlər, dərrakələri, dözümləri o qədər azdır ki, əgər cənnətin libaslarından birini onlara göstərsələr, ona baxmağa taqətləri çatmayıb, bihuş olarlar. Halbuki, cənnət əhli üçün o libası geyinmək, ona baxmaq adi bir şeydir.

Qiyamətin özünəməxsus fəzasında hər bir şey şüur və danışmaq qabiliyyətinə malikdir. Buna görə də, hətta ağac və daşlar belə danışacaqlar:

“Bu dünya həyatı oyun-oyuncaqdan, əyləncədən başqa bir şey deyildir. Axirət yurdu isə, şübhəsiz ki, əbədi həyatdır. Kaş biləydilər! (Əgər bilsəydilər, axirəti dünyaya dəyişməzdilər)”[1].

Təbiidir ki, hər şey həyata malik olarsa, hətta otlar, daşlar da danışarsa, insanlar da bu sırada olacaqlar və insanın bədən üzvləri ayrı-ayrılıqda dil açıb danışacaqdır. Bu cəhətinə görə cəhənnəmdə qulaqlar, gözlər, insanın dərisi onların gördükləri günahlara şəhadət verəcəklər. Onlar deyəcəklər:

Bizim əməllərimizə necə şəhadət verdiniz? Bədən üzvləri cavabında deyərlər: “…Hər şeyi dilə gətirən Allah bizi danışdırdı…”[2].

 

www.ahliman.info

[1] «Ənkəbut» surəsi, ayə 64.

[2] «Fussilət» surəsi, ayə 21.

Digər “Əhli-Beyt ” Xəbərləri

Xanım Zeynəb (s.ə) – Müsibətlər anası

15 Rəcəb – Xanım Zeynəbin (s.ə) vəfat günüdür. Xanım Zeynəb (s.ə.) qəhrəman, şücaətli, müqavimətli və yorulmaz bir qadın olub. Dünyada şücaətli qəhrəmanlar... Davamı..

İmam Əlinin (ə) həyatına qısa bir baxış

İmam Əmirəlmöminin Əli (ə) “amul-fil”in (fil ili) 30-cu ilində, Peyğəmbərin (s) hicrətindən, təqribən, 24 il əvvəl, Rəcəb ayının 13-ü Kəbə evində dünyaya... Davamı..

İMAM CAVADIN (Ə) HƏYATINA QISA BİR BAXIŞ

“Cavadul-Əimmə” ləqəbi ilə tanınan doqquzuncu imamımız həzrət Muhəmmədtəqi (ə) 195-ci hicri-qəməri ilinin Rəcəb ayının 10-da Mədinə şəhərində dünyaya göz açmışdır. Atası imam... Davamı..

İmam Hadinin (ə) həyatı

İmam Əli ibn Mühəmməd (ə) şiələrin onuncu imamıdır və o həzrətin ləqəbi Hadidir. O həzrət 212-ci hicri-qəməri ilinin Zil-həccə ayının 15-də dünyaya... Davamı..

1 Rəcəb – İmam Muhəmməd Baqirin (ə) mövlud günüdür

Beşinci imam “Baqir” ləqəbilə tanınan Mühəmməd ibn Əli ibn Hüseyn (ə) 57-ci (və yaxud 58-ci) hicri-qəməri ilində dünyaya göz açmışdır. Yəqubi o... Davamı..

Cəmadius-sani ayının 20-ci günü – Xanım Fatimeyi- Zəhranın (s.ə) mövludu

Cəmadius-sani ayının 20-ci günü bir neçə əməlin yerinə yetirilməsi müstəhəbdir:   Cəmadius-sani ayının 20-i  İslam Peyğəmbərinin (s) sevimli qızı və İmam Əlinin... Davamı..

İmam Əli (ə) Xanım Fatimeyi-Zəhranı (s.ə.) dəfn edərkən…

İmam Hüseyn (ə) buyurur: لَمّا قُبِضَت فاطِمَةُ (س) دَفَنَها أميرُ المُؤمِنينَ سِرًّا وعَفا عَلى مَوضِعِ قَبرِها، ثُمَّ قامَ فَحَوَّلَ وَجهَهُ إلى قَبرِ... Davamı..