Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
5 Fevral 14:27
Şərh Yoxdur
4346

Bunları bildikdən sonra şükür səcdəsini tərk etməyəcəksiniz

Şükür səcdəsi də namaz namazdan sonrakı əməllərdən biridir. Allahın sonsuz və saysız nemətlərinə şükür əlaməti olaraq namazdan sonra alnı torpağa qoyaraq Onun nemət­lərini xatırlamaq, şükür və həmd etmək, həm insanın qəlbində Allah sevgisini artırır, həm də Allah yanında insanı daha sevimli və yaxın edir, eləcə də nemətlərin artmasına səbəb olur.

Bir çox hədislərdə şükür səcdəsinin əhə­miyyəti vurğulanır. Məsələn Biharul-ənvar kitabının 83-cü cildində şükür səcdəsi barədə məsum imamlar (ə) tərəfindən 63 hədis qeyd olunub. Hətta heç bir söz deməsək də, nemətlərə görə şükür etmək və ibadət və bəndəliyə nail olduğumuza görə təşəkkür əlaməti olaraq torpağa alnımızı və üzümüzü qoyaraq minnətdarlıq etmək şükür deməkdir. Lakin “Şükrən lillah” və ya “Həmdən lillah”  və s. deyilməsi daha yaxşıdır.

Hədisdə deyilir ki, əgər insan birnəfəsə, yəni ardıcıl olaraq “Ya Rəbb, ya Rəbb…” deyərsə, Allah səslənər: “Ləbbeyk, nədir diləyin ki, yerinə yetirim?”[1]

İmam Sadiqin (ə) buyurduğu kimi, namaz­dan sonra şükür səcdəsi etmək, namazın tamamlanmasına, Allahın razılığına, mələk­lərin heyrətlənməsinə və sevinməsinə səbəb olar. Allah onlardan soruşar: “Şükür edən bu bəndənin mükafatı nədir?” Deyərlər: “Sənin mərhəmətin, sənin cənnətin, onun problemlərinin həlli.” Allah-təala buyurar: “O, mənə şükür etdiyi kimi, mən də ona təşəkkür edirəm.” Bu cümlə onu bildirir ki, ilahi razılıq və təşəkkür bütün nemətlərdən üstündür.[2]

 

www.ahliman.info

[1] Biharul-ənvar, 83-cü cild, səh.205.

[2] Vəsailuş-şiə, 4-cü cild, səh.1071.

Digər “Mənəviyyat ” Xəbərləri

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi Əhli-Sünnənin böyük hədis alimi, fəqih və məzhəb imamı Əhməd ibn Hənbəl özünün “əl-Müsnəd” adlı... Davamı..

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu “Sanki dünya heç yox imiş və sanki axirət əzəldən var imiş” İmam Baqirdən (ə) rəvayət olunan... Davamı..

Aşura gününün əməlləri

İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinə əzadarlıq etmək. İmam Rza (ə) buyurur: “Allah-Taala, “Aşura” günü işlərini tərk edən şəxsin dünya və axirət... Davamı..

Tasua Gününün Əməlləri

1. Namazlar Gecənin sonunda 4 rükət namaz Hər rükətdə “Həmd” surəsindən sonra: Ayətül-kürsü – 10 dəfə “İxlas” surəsi – 10 dəfə “Fələq”... Davamı..

Məhərrəm ayının birinci gününün əməlləri

“Məhərrəm” – Əhli-beytin və şiələrinin matəm ayıdır. İmam Rzadan (ə) nəql olunur ki, Məhərrəm ayı daxil olanda, heç kim atam imam Kazimi... Davamı..

Qədir-Xum gününün əməlləri

Zil-hiccə ayının 18-i  “Qədir-Xum” gündür və İslamda ən böyük bayramlardan biridir. Bir rəvayətdə imam Sadiqdən (ə): “Müsəlmanların cümə günü, “Fitr” və “Qurban”... Davamı..

Qurban bayramının əməlləri

Zilhiccə ayının 10-cu günü  Qurban bayramıdır və çox şərəfli bir gündür. Həmin günün bir neçə əməli vardır. 1. Qüsl etmək; 2. Bayram... Davamı..

ƏRƏFƏ GÜNÜ – DUA GÜNÜ

Ərəfə” günü bütün rəmz və sirləri ilə birgə yenə gəlib çatmaqdadır. Mərifət günü, elə bir gün ki, qəlblərin baxışı səmaya dikəlib! “Ərəfat”... Davamı..