Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim bu surəni oxusa, Allah ona yəqin və afiyət verər. Hər kim onu sinə ağrısı üçün oxuyarsa və bu ağrıya görə onu yazarsa, Allah ona şəfa verər”. Burada söhbət “Şərh” surəsindən gedir.
Həzrət (s) başqa yerdə buyurur: “Hər kəs “Şərh” surəsini qiraət edər, o kəs kimi olar ki, Həzrət Muhəmmədlə (s) görüşmüşdür. Əgər qəmgin və narahat olsa, Allah narahatlığını aradan qaldırar”.
İmam Sadiq (ə) buyurur: “Hər kim “Şərh” surəsini gecə və gündüz çox oxuyarsa, elə bir bədən üzvü olmaz ki, Qiyamət günü onun faydasına şəhadət verməsin”.
İmam Baqir (ə) buyurur: “Hər kim “Şərh” surəsini gecə və gündüz tilavət edərsə, dünyadan şəhid gedər. Şəhid dirildilər və o elə kəs kimidir ki, qılıncı ilə Həzrət Peyğəmbərin (s) yanında Allah yolunda mübarizə aparar”.
Təbərsi deyir: “Ürək sıxıntısını aparmaq üçün hər gün iki dəfə həm səhər və həm də əsr vaxtı “Şərh” surəsini 17 dəfə oxumaq lazımdır”.
Hər kim dəniz səyahətinə çıxarsa, “Şərh” surəsini oxuyarsa onu qorxu və dərdlərindən amanda saxlayar. O zamana qədər ki, gəmidən düşər.
Səfər ayının son çərşənbə günü “Şərh”, “Tin”, “Nəsr” və “Tövhid” surəsini 7 dəfə oxumaq insana sərvət qazandırar.
“Şərh” surəsi ərəbcə.
“Şərh” surəsinin tərcüməsi.