Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
12 May 12:15
2 Şərh
8581

Bu surənin oxuyanın bədən üzvləri yaxşı əməllərinə şəhadət verərlər – “Ləyl” surəsinin fəzilətləri

“Ləyl” surəsi Quranın 92-ci surəsidir, Məkkədə nazil olmuşdur və 21 ayəsi vardır.

Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim “Ləyl” surəsini oxuyar, Allah ona o qədər nemət əta edər ki, razı qalar. Ona çətinlikdən salamatlıq verər və işlərini asan edər”. (Tebyan/Deyerler)

İmam Sadiq (ə) buyurur: “Hər kim “Ləyl” surəsini gecə və ya gündüz oxuyarsa, bütün bədən üzvləri yaxşı əməllərinə şəhadət verərlər. Allah onların şəhadətini qəbul edər və behiştə yollayar”.

Bu surənin bərəkətləri.

1. Pis yuxunun qarşısını alar. Hər kim yatan zaman “Ləyl” surəsini 11 dəfə oxuyarsa, yuxuda xeyirdən savayı başqasını görməz. Hər kim işa namazında onu oxuyarsa, o kəs kimi olar ki, Quranın dördə birini oxumuşdur. Namazı Allah tərəfindən qəbul olar.

2. Qızdırmanı müalicə etməyə kömək edər. Hər kimin qızdırması olarsa, “Ləyl” surəsini yazsın və yusun və onu içsin – şəfa verəcəkdir.

 

www.ahliman.info

Digər “Qurani Kərim ” Xəbərləri

Qurani-Kərimdə xeyir və yaxşı işlər

Qurani-Kərimdə xeyir və yaxşı işlər üçün müxtəlif nümunələr göstərilmişdir: 1-Oruc: وَأَن تَصُومُواْ خَيْرٌ لَّكُمْ إِن كُنتُمْ تَعْلَمُونَ “…Oruc tutmaq (çətin və məşəqqətli... Davamı..

“Quran” sözü lüğətdə

Bu barədə Quran və lüğət alimləri tərəfindən müxtəlif fikirlər irəli sürülmüşdür: “Quran” sözü, əslində “qərəə”  kökündən olub, “tilavət” (oxumaq) mənası daşıyır. Şeyx... Davamı..

“Bəqərə” surəsi

“Bəqərə” surəsi Rəhman və Rəhim Allahın adı ilə! Əlif, Lam, Mim. (Bu əzəmətli kitabı sadə əlifba hərflərindən ərsəyə gətirən Allah böyükdür.) Bu,... Davamı..

“Fatihə” surəsi

Rəhman və Rəhim Allahın adı ilə! Həmd aləmlərin Rəbbi Allaha məxsusdur. Rəhman və Rəhim olana (ümumi və xüsusi rəhməti hamını əhatə edən... Davamı..

Quran ayələrinə əsasən SƏDƏQƏ aşağıdakı şərtlərlə verilməlidir:

1). Sədəqə malın halalından, yaxşısından, sağlamından və pakından olmalıdır. (Bəqərə/267). 2). Allah yolunda və xalis niyyətlə verilməlidir. (Bəqərə/265). 3). Gizli verilməsi daha... Davamı..

Eyni ayədə saleh əməlin, namazın və zəkatın bir yerdə bəyan olmasının səbəbi

“Həqiqətən iman gətirib yaxşı işlər görən və namaz qılıb zəkat verən kəslərin Rəbbi yanında məqamlarına uyğun mükafatları vardır və (axirətdə) onlar üçün... Davamı..

“Yasin” surəsinin misilsiz fəzilətləri

Hədilsərdə oxuyuruq ki: “Hər bir şeyin qəlbi vardır və Quranın qəlbi isə “Yasin” surəsidir”. Bu hədisin mənası budur ki, əgər insan İlahi... Davamı..

Allah-təala özünü Qurani-kərimdə göstərmişdir

İmam Sadiqdən (ə) elə bir kəlam vardır ki, əgər onun dərinliyinə diqqət yetirə bilsək, lərzəyə düşərik! Həzrət buyurur: “Həqiqətən də Allah-təala bəndələrə... Davamı..