Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
17 Avqust 13:03
Şərh Yoxdur
1977

Bu keyfiyyət, insanı Peyğəmbərimizin (s) ən sevimlisi edər

Məsumlarımız (ə) buyurur ki, gözəl əxlaq vasitəsilə dünya və axirət xeyirini əldə et. Əgər dünyada yaxşı yaşamaq istəyirsənsə, gözəl əxlaq nümayiş etdir. Gözəl əxlaq vasitəsilə həm dünya rifahını qazanarsan və həm də axirətdə hüzura çatarsan.

Qiyamət günü Həzrət Peyğəmbərə (s) yaxın olarsan ki, ən əziz məqam olacaqdır.

 

Həzrət Peyğəmbər (s) buyurur: “Mənim üçün sizlərin ən məhbubu və Qiyamət günü mənə ən yaxın məqamı olan – sizlərin ən xoş əxlaqa malik olanlarınızdır”.

 

Xoş əxlaq insana bu dünyada da hüzur gətirər. İnsanlar bu cür əxlaqa malik olan şəxsləri sevərlər. Onunla dost olmaqdan ləzzət alarlar. Çünki bir-birinə rahatlıq hissi verərlər.

Allah bu cür insanın ruzisini bol edər və ömrünü uzadar.

 

Həzrət Peyğəmbər (s) buyurur: “Qiyamət günü mömin insanın əməl tərəzisinə gözəl əxlaqdan fəzilətli heç nə qoyulmaz”.

Hər kimin gözəl əxlaqı olarsa, Allah onu namazqılan olmadığı halda namaza tərəf meyil etdirər və həmin dərəcəyə çatdırar. Yəni, gözəl əxlaqı sayəsində Allahın sevimlisi olar və Allah onu namazqılanlardan edər.

 

Həzrət Peyğəmbər (s) pis əxlaqa malik olanlar haqqında buyurur: “Pis əxlaq – xəcalətdir. Sizlərin ən şər insanı – sizlərin ən pis əxlaqa malik olanlarınızdır”. (Beytutə/Deyerler)

 

Allah bizləri pis əxlaqdan uzaq etsin və bizi gözəl əxlaq ilə bəzəsin.

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

Bəşir ibn Əmr əl-Həzrəmi Bəşir Yəmənin Həzrəmut vilayətindəndir

Bəşir ibn Əmr əl-Həzrəmi Bəşir Yəmənin Həzrəmut vilayətindəndir. Kərbəlada şəhid oldu. Adı Kərbəla şəhidlərinə məxsus Rəcəbiyyə ziyarətində də keçir. O, əshabdan ən... Davamı..

“Səlvətul-Həzin” Qəmliləri xoşhal edən

“Səlvətul-Həzin” Qəmliləri xoşhal edən İmam Zeynülabidin Əli ibn Hüseyn əs-Səccad (ə) buyurub: Aşura günü atam (ə) bədəninin yaralarından qan gəldiyi halda məni... Davamı..

“Allahın bəndəyə vacib etdiyi ilk iş namazdır

“Allahın bəndəyə vacib etdiyi ilk iş namazdır. Ölüncəyədək öz qüvvəsində qalan iş – (və ölüm zamanı insan üçün qalan son ümid də)... Davamı..

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi Əhli-Sünnənin böyük hədis alimi, fəqih və məzhəb imamı Əhməd ibn Hənbəl özünün “əl-Müsnəd” adlı... Davamı..

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu “Sanki dünya heç yox imiş və sanki axirət əzəldən var imiş” İmam Baqirdən (ə) rəvayət olunan... Davamı..

Aşura gününün əməlləri

İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinə əzadarlıq etmək. İmam Rza (ə) buyurur: “Allah-Taala, “Aşura” günü işlərini tərk edən şəxsin dünya və axirət... Davamı..

Tasua Gününün Əməlləri

1. Namazlar Gecənin sonunda 4 rükət namaz Hər rükətdə “Həmd” surəsindən sonra: Ayətül-kürsü – 10 dəfə “İxlas” surəsi – 10 dəfə “Fələq”... Davamı..

Məhərrəm ayının birinci gününün əməlləri

“Məhərrəm” – Əhli-beytin və şiələrinin matəm ayıdır. İmam Rzadan (ə) nəql olunur ki, Məhərrəm ayı daxil olanda, heç kim atam imam Kazimi... Davamı..