Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
29 May 14:00
Şərh Yoxdur
5892

Bu ibadət insana ruzi gətirər, qəlbi nurlandırar, ömrü uzadar

Mərhum Qazi, Əllamə Təbatəbaiyə deyib: ”Övladım, dünyanı istəyirsənsə gecə namazı qıl, axirəti istəyirsənsə gecə namazı qıl!”.

 

İnsanı xoşəxlaq edər.

İmam Sadiq (ə) buyurur: “Gecə namazı insanı xoşəxlaq edər”.

 

Xəstəlikləri uzaq edər.

Həzrət Peyğəmbər (s) buyurur: “Gecə namazı sızın Peyğəmbərinizin (ə) sünnəti və sizdən əvvəldəki salehlərin yoludur. Bədəndən dərdi və xəstəliyi uzaq edəndir”.

 

Bədən sağlam olar.

İmam Əli (ə) buyurur: “Gecə oyaq qalmaq bədəni sağlam edər”.

Həzrət Peyğəmbər (s) buyurur: “Gecə namazı bədənin rahat olmasına səbəb olur”.

 

Ömrü uzadır.

İmam Rza (ə) buyurur: “Elə bəndə yoxdur ki, gecənin sonunda ayılar, 8 rükət gecə namazı, 2 rükət şəf namazı və bir rükət vitr namazı qılar, qunutunda 70 dəfə istiğfar edər, məgər Allah ona qəbir əzabından və atəşdən pənah verər, ömrünü uzadar və həyatına sahman verər”.

 

Bədən xoş ətirli olar.

İmm Sadiq (ə) buyurur: “Gecə namazı insanı xoş ətirli edər”.

 

Gözün aydınlığı artar.

İmam Sadiq (ə) buyurur: “Gecə namazı insanın görməyini nurani edər”.

 

Siması nurani olar.

Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim gecə namazını çox qılar gündüz gözəl və xoş sima olar”.

İmam Sadiq (ə) buyurur: “Gecə namazı insanın üzünü gözəl edər”.

 

Qəlbi nurani edər.

Həzrət Peyğəmbər (s) buyurur: “O zaman ki, bəndə gecənin qaranlığında xəlvət edər və Allahla münacat edər Allah qəlbini nurani edər”.

 

Çirkin işlərdən çəkindirər.

Həzrət Peyğəmbər (s) buyurur: “Gecə namazı insanı günahdan saxlayar”.

 

Düşmən qarşısında silahdır.

Həzrət Peyğəmbər (s) buyurur: “Gecə namazı düşmən qarşısında silahdır”.

 

Günahlar məhv olur.

“Və namazı günün iki tərəfində və gecənin gündüzə yaxın əvvəllərində qıl (sübh namazını günün birinci yarısında, zöhr və əsr namazlarını günün ikinci yarısında, məğrib və işa namazlarını isə gecənin əvvələrində qıl) ki, həqiqətən (namaz başda olmaqla) yaxşılıqlar günahları aradan aparır”. (“Hud” 114).

Allah Təala bizlərə bu bərəkətli əməli qismət etsin.

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

Peyğəmbəri-Əkrəmin (s) uzaqdan ziyarəti (oxunuşu və tərcüməsi)

Əllamə Məclisi “Zadul-məad” kitabında yazır ki, Şeyx Müfid, Şeyx Şəhid və Seyid ibn Tavusun qeydlərinə əsasən, Peyğəmbəri-Əkrəmi (s) Mədinədən başqa yerlərdən (uzaqdan)... Davamı..

MƏRİFƏTİN YEGANƏ YOLU-TƏCRÜBƏ

MƏRİFƏTİN YEGANƏ YOLU-TƏCRÜBƏ Ümumi bir anlayış olan təcrübi düşüncə elmi-tədqiqat sahəsində bir vasitə kimi ortaya çıxanda, mütəfəkkirlər təkcə bu düşüncə ilə təbiətin... Davamı..

ALLAHA İMAN 1

ALLAHA İMAN Qədim zamanlardan bəri, insanlar tam fəlsəfi-mücərrəd təfəkkür, yaxud dəlil-sübut metodu ilə əldə olunan düşüncə mərhələsinə yetişməmişdən əvvəl Allaha inanıb, iman... Davamı..

Ayət namazı necə qılınır? – QAYDA

2026-cı ilin ikinci və sonuncu Günəş tutulması bu gün – avqustun 12-də baş verəcək.  Bakı vaxtı ilə Günəş tutulması saat 19:34-də başlayacaq... Davamı..

Ərbəin’ gününün əməlləri

İmam Hüseynin (ə) ərbəinində o həzrəti yaxından ziyarət etmək müstəhəbdir və o həzrəti həmin gün ziyarət edən birinci şəxs Cabir ibn Abdullah... Davamı..

Bəşir ibn Əmr əl-Həzrəmi Bəşir Yəmənin Həzrəmut vilayətindəndir

Bəşir ibn Əmr əl-Həzrəmi Bəşir Yəmənin Həzrəmut vilayətindəndir. Kərbəlada şəhid oldu. Adı Kərbəla şəhidlərinə məxsus Rəcəbiyyə ziyarətində də keçir. O, əshabdan ən... Davamı..

“Səlvətul-Həzin” Qəmliləri xoşhal edən

“Səlvətul-Həzin” Qəmliləri xoşhal edən İmam Zeynülabidin Əli ibn Hüseyn əs-Səccad (ə) buyurub: Aşura günü atam (ə) bədəninin yaralarından qan gəldiyi halda məni... Davamı..

“Allahın bəndəyə vacib etdiyi ilk iş namazdır

“Allahın bəndəyə vacib etdiyi ilk iş namazdır. Ölüncəyədək öz qüvvəsində qalan iş – (və ölüm zamanı insan üçün qalan son ümid də)... Davamı..