Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
12 Yanvar 09:03
Şərh Yoxdur
10059

Bu gün Xanım Fatimeyi Zəhranın (s.ə) mövlud günüdür

Həzrət Fatimə (s.ə) besətin 5-ci ilində cəmadius-sani ayının 20-si dünyaya gəlib. Dünya və axirət xanımlarının seyyidəsi, Həzrət Rəsulullahın (s) gözünün işığı xanım Fatimeyi-Zəhranın (s.ə.) mübarək mövlud günü İslam aləmində Xanımlar bayramı kimi də qeyd edilir.
Xanım Fatimənin (s.ə.) dünyaya gəldiyi gün – İslam aləmində ən əzəmətli günlərdən biri hesab edilir. Bu günün müqəddəsliyinə dəlil olaraq Allah Təala Rəsuli-Əkrəmə (s) müjdə verir, bu münasibətlə Qurani-Kərimin «Kövsər» surəsini nazil edir.

Hələ ana bətnində olarkən belə Peyğəmbər xanım Xədicənin kiminləsə danışdığını və bunun sirrini soruşarkən xanım Xədicə bətnindəki körpənin ona həmsöhbət olduğunu bildirmiş, bunu eşidən Peyğəmbər(s): “Ey Xədicə, Cəbrayil (ə) indicə nazil oldu və sənin bətnindəki körpənin qız olduğunu və bizim mübarək, pak nəslimizin də bu uşaqdan olacağını bildirdi. Allah-təala tezliklə mənim nəslimi onun vasitəsilə dünyaya gətirəcək və məsum İmamlar onun nəslindən olacaqlar. Allah-təala mənə olunan vəhy kəsildikdən sonra (mənim vəfatımdan sonra) onları yer üzündə mənim canişinim və xəlifələrim qərar verəcəkdir. Allah onun övladlarını ümmətin imamları və yer üzərində öz xəlifəsi qərar verdi”.

Əziz İslam Peyğəmbəri Hz. Muhhəmməd (s) dəfələrlə mühacir və ənsarların qarşısında Fatiməni (s.ə) “Yaranışdan bu günə qədər dünya qadınlarının zinəti“, “Dünyanın ən fəzilətli xanımı” və “Cənnətin ən  üstün qadını” kimi tərif etmişdi.

Rəvayətlərdə buyurur ki,hələ uşaq vaxtlarından Fətimə (s.ə) nə zaman Peyğəmbərin (s) yanına gələrdisə o həzrət ehtiramla qalxar, onun əlindən, üzündən öpərdi və onu öz yerində əyləşdirərdi.

Allahın rəsulu (s) buyurub: “Nə zaman cənnəti yad etmək istəsəm – Cənnətin ətrini Fatimədən (s.ə) alıram.

Xanım Fatimə öz fəziləti  ilə insanlığın bütün həqiqətini, kamilliyini bir qadına verilə biləcək ən ali dəyərləri özündə ehtiva etmişdi. Məhz buna görə də Peyğəmbər (s) buyurub: “Allah Fatimənin (s.ə) qəzəbi ilə qəzəblənir, onun sevinci ilə sevinir“. “Fatimə (s.ə) mənim bədənimin bir parçasıdır. Kim Fatiməni (s.ə) incitsə, məni incidir, onunla düşmənçilik edən mənimlə düşmənçilik edir”. “Fatimə (s.ə) mənim qəlbimdir, ruhumdur“.

Fatimeyi-Zəhra (ə) İslam dinində ideal qadın və həyatda xoşbəxliyi axtaran hər bir qadın üçün ən gözəl nümunə hesab olunur. O, xanımlar xanımı, vəhy və Quranla tərbiyə alan Peygəmbər məktəbinin yetirməsidir. Fatimə (ə) əzəmət və dərəcədə elə bir uca zirvəyə çatmışdır.Xanım Fatimə bütün xeyirlərin mənbəyidir və onun həyatından dərs alan hər bir qadın xoşbəxtdir.Müsəlman qadınlar iffət, fədakarlıq, insanlara və ailəyə qayğı, evdarlıq və övladın düzgün tərbiyəsində Həzrəti Zəhradan ( s ) örnək götürməlidirlər.Bu baxımdan dünyada olan hər bir qadın səadət və xoşbəxtlik yolunu bu əzəmətli xanımın parlaq nuru ilə işıqlandırmalıdır.

Bu mübarək mövlud günü münasibəti ilə bütün Həzrəti Fatimeyi-Zəhra (s.ə) sevərləri  təbrik edirik.

 

www.ahliman.info

Digər “Əhli-Beyt ” Xəbərləri

PEYĞƏMBƏRİN (S) HƏYATI

Peyğəmbərin adı Mühəmməd (s), məşhur künyəsi Əbülqasim, məşhur ləqəbləri Əhməd və Mustafa, bərəkətli ömrü isə 63 ildən ibarət olmuşdur. O həzrət “amul-fil”in... Davamı..

İmam Həsən Əskəri (ə.s)-ın Şəhadəti

Abbasi xəlifələri və Abbasi iqtidarının nümayəndələri, Əhli-Beyt İmamlarının (ə) on iki nəfər olduğunu və on ikincisinin qeybətdən sonra zühur edib zalımların batil... Davamı..

 İmam Rzanın (ə) şəhadət günüdür

 İmam Rzanın (ə) şəhadət günüdür İmam Rza (ə) 148-ci hicri-qəməri ilinin Zil-qədə ayında anadan olmuşdur. O Həzrətin künyəsi Əbülhəsən, ləqəbi Rzadır və... Davamı..

İmam Həsənin (ə) həyatına qısa bir baxış

Səfər ayının 28-i  İslam Peyğəmbərinin (s) rehləti və imam Həsənin (ə) şəhadət günüdür. Elə bu münasibətlə əziz oxucularımıza başsağlığı verir və İslam... Davamı..

İSLAM PEYĞƏMBƏRİNİN (S) HƏYATI

Səfər ayının 28-i  İslam Peyğəmbərinin (s) rehləti və o həzrətin böyük nəvəsi imam Həsənin (ə) şəhadət günüdür. Bu münasibətlə əziz oxucularımıza başsağlığı verir və... Davamı..

Həzrət Rüqəyyənİn (ə) şəhadətİ

İmam Hüseynin (ə) kiçik qızı həzrət Rüqəyyənin (ə) anasının adı Ümmü-İshaqdır. O, 59-cu hicri-qəməri ilində Mədinə şəhərində dünyaya gəlmiş və 61-ci ilində... Davamı..

Əlidən (ə) itaət etmək Allah və Peyğəmbərindən (s) itaət etməkdir

Əlidən (ə) itaət etmək Allah və Peyğəmbərindən (s) itaət etməkdir Allah-Taala Qurani-Kərimin mübarək Nisa surəsinin 59-cu ayəsində buyurur: یَا أَیُّهَا الَّذِینَ آمَنُوا... Davamı..

İMAM ZEYNƏLABİDİN (Ə)-IN AĞLAR GÖZLƏRİ

İMAM ZEYNƏLABİDİN (Ə)-IN AĞLAR GÖZLƏRİ   Rəvayət olunur ki, İmam Zeynəlabidin (ə) yüksək helm və səbr məqamına malik olmasıyla yanaşı bu müsibətdə... Davamı..