Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
16 Aprel 15:06
Şərh Yoxdur
2438

Bu gün Muxtar Səqəfinin şəhadət günüdür

Ramazan ayının 14-ü Muxtar Səqəfinin şəhadəti günüdür.

 

İmam Əlinin (ə) şagirdlərindən olan Əsbəğ ibni Nəbatə nəql edir: “Bir gün Əmirəl-möminini (ə) gördüm ki, (kiçik uşaq olan) Muxtarı dizinin üzərində otuzdurmuş və (nəvazişlə) başını sığallayır və buyurur: “Ya Keys! Ya Keys!””.

 

İslam tarixində bir çox qiyamların adı çəkilmişdir ki, onlardan biri də Muxtar Səqəfinin qiyamıdır. O, İmam Hüseynin (ə) intiqamını almaq üçün qalxmışdı. Onun qiyamı 66-cı hicri ilində Rəbiül-əvvəlin 14-də başlamışdı.

Bu qiyamı İmam Əli (ə) əvvəlcədən xəbər vermişdi. O, buyurub: “Tezliklə oğlum Hüseyn (ə) öldürüləcəkdir, ancaq çox keçməyəcəkdir ki, Səqəf qəbiləsindən bir cavan qiyam edəcəkdir. Bu zalımlardan intiqam alacaqdır. Onların qətl edilmişlərinin sayı 383 min nəfər olacaqdır”.

 

Muxtar Səqəfinin həyat hekayəsi.
Onun adı Muxtar ibni Əbi Ubeyd ibni Məsuddur. Onun qəbiləsinin adı Səqifdir. Taif məntəqəsində yerləşir. Muxtarın künyəsi Əbu İshaq və ləqəbi Keysandır. Mənası “zirək” deməkdir.

Belə ehtimal olunur ki, onun ləqəbini İmam Əli (ə) qoymuşdur. İslamın böyük alimlərindən olan Əllamə ibni Nəma və Ayətullah Huyi bu fikirdə idi.
Onun dostlarından birinin adı da Keysan idi və o, Muxtarı bu qiyama həvəsləndirirdi. Keysanın ləqəbi isə Əbu Umrə idi.

 

Muxtarın atası.
Muxtarın atasının adı Əbu Ubeyd idi və Məsud Səqəfinin oğlu idi. Ömərin xəlifə olduğu dövrdə Taifdən Mədinəyə gəlir. Orada sakin olur. Ömərin xəlifə olmasından dörd gün keçmişdi ki, əmr edir ki, ordu İran və İraq sərhədinə getsin. İnsanları İslam dininə dəvət etsin. Muxtarın atası bu döyüşdə ilk könüllülərdən olmuşdur. Xəlifə bu orduya layiqli birini rəhbər qoymaq istəyirdi. Öz tərəfdaşları ilə məsləhətləşən zaman onlar deyirlər ki, mühacirlərin və ya ənsarların arasından seçsin. Xəlifə onlara deyir: “Heç bir zaman. Düzdür ki, mühacirlərin və ənsarların Allaha iman bəsləməkdə imtiyazları vardır, ancaq mən bu ordunun başına ilk könüllü olan kəsi təyin edəcəyəm”.

O, Əbu Ubeydi çağırır və onu rəhbər təyin edir. Ona tövsiyə edir ki, yanında olan Peyğəmbər (s) səhabələri ilə daima məşvərət etsin. Onların sözünü qəbul etsin və onları özü ilə aparsın.

Muxtarın atası Fars diyarında şücaətlə vuruşur və bu döyüşdə müsəlmanlardan 4 min nəfər şəhid olur. Nəhayət o, da Dəclə üzərindən asılan körpüdə şəhid edilir. Ona görə də bu döyüşün adını “Yəvmul-Cəsr” adlandırırlar.

 

Ayətullah Behcətin Muxtar Səqəfi barədə suala cavabı.

– Sizin cənab Muxtar Səqəfi barəsində fikriniz nədir?

Ayətullah Behcət suala cavab olaraq bildirmişdir: “Muxtar – namaz əhli və Allah övliyalarından idi. Namazı qəribə halla qılırdı. Muxtarı tanımaq üçün onun Əhli-beytin (ə) qatillərindən qisas almasına diqqət yetirməyimiz kifayətdir. Sonuncu qatili öldürdüyü zaman “indi rahatlaşdım” deyib. Sonuncu qatil ya Şimr (lən) ya da Məhəmməd Əşəsi idi. Onu öldürdüyü zaman “indi ölsəm də qorxum yoxdur” deyib”.

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

Qədir-Xum gününün əməlləri

Zil-hiccə ayının 18-i  “Qədir-Xum” gündür və İslamda ən böyük bayramlardan biridir. Bir rəvayətdə imam Sadiqdən (ə): “Müsəlmanların cümə günü, “Fitr” və “Qurban”... Davamı..

Qurban bayramının əməlləri

Zilhiccə ayının 10-cu günü  Qurban bayramıdır və çox şərəfli bir gündür. Həmin günün bir neçə əməli vardır. 1. Qüsl etmək; 2. Bayram... Davamı..

ƏRƏFƏ GÜNÜ – DUA GÜNÜ

Ərəfə” günü bütün rəmz və sirləri ilə birgə yenə gəlib çatmaqdadır. Mərifət günü, elə bir gün ki, qəlblərin baxışı səmaya dikəlib! “Ərəfat”... Davamı..

Ərəfə’ gününün əməlləri

Zilhiccə ayının 9-cu günü “Ərəfə” günüdür. “Ərəfə” günü bayram kimi tanınmasa da, böyük bayramlardan biridir. Allah-Taala həmin gün öz bəndələrini ibadət və... Davamı..

İMAM ƏLİ (Ə) İLƏ XANIM ZƏHRANIN (S) EVLƏNMƏSİ

Zilhəccə ayının 1-ci günü  imam Əmirəlmöminin Əli (ə) ilə xanım Fatimeyi-Zəhranın (s) evləndiyi gündür. Elə bu məqsədlə, onların evlənməsi ilə bağlı qısa... Davamı..

Zilhiccə ayının 1-ci gününün məxsus əməlləri

Zilhiccə ayının birinci günü çox mübarək gündür və həmin gün bir neçə əməlin yerinə yetirilməsi tövsiyə olunur: 1. Oruc tutmaq;birinci günün orucu səksən... Davamı..

İmam Rzanın (ə) İmam Cavada (ə) məktubu

Əhməd ibn Məhəmməd ibn Əbu Nəsr Bəzənti belə  nəql edir: قَرَأتُ كِتابَ أبِي الحَسَنِ الرِّضا إلى أبي جَعفَرٍ‘: ياأبا جَعفَرٍ، بَلَغَني أنَّ... Davamı..

Sevgi ilə qəzəbin və ya əzəmətlə gözəlliyin vəhdəti

Allah bəsit həqiqətdir, heç bir çoxluğa malik deyil. Bu səbəbdən də substansional atributları elə Onun substansiyasından ibarətdir. Deməli, Allahın gözəl adları tək... Davamı..