Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
24 İyul 09:38
Şərh Yoxdur
3975

Bu gün Mübahilə günüdür – Günün əməlləri

Mübahilə elə bir gündür ki, Həzrət Peyğəmbər (s) mübarək əbasını İmam Əlinin (ə), Həzrət Fatimənin (s.ə), İmam Həsənin (ə) və imam Hüseynin (ə) üzərinə örtür və buyurur: “Allahım! Hər bir peyğəmbərin əhli-beyti olmuşdur ki, xüsusi insanlar idilər. Allahım, bunlar da mənim Əhli-beytimdir (ə). Ona görə də onlardan şəkk və günahı aradan qaldır və onları pak et”. Cəbrayil (ə) nazil olur və onların pak olmasına aid ayə gətirir. Həzrət Peyğəmbər (s) bu dörd nəfəri əbasınn altından çıxardır və xristianlar onları görən zaman Həzrətin (s) haqq olduğunu qəbul edir, mübahilə etmirlər. Bu günü İmam Əli (ə) üzüyünü yoxsula namaz halında sədəqə verir. O Həzrətin (ə) şənində ayə nazil olur. Bu gün şərəfli bir gündür və bir neçə əməli vardır.

1.   Qüsl.

2.   Oruc.

3.   Qədir-Xum bayramında qılınan iki rükətli namaz kimi namaz qılmaq. Eyni vaxtda və eyni keyfiyyətdədir. Zöhr namazına yarım saat qalmış iki rükətli namazı qılmaq ki, hər rükətində bir “Həmd”dən sonra on dəfə “İxlas”, on dəfə “Ayətül-kürsü”, on dəfə “Qədr” surəsini oxumaq. Namazdan sonra 70 dəfə istiğfar etmək.

4.   “Mübahilə” duasını oxumaq. Bu dua Ramazan ayının səhər duasına bənzəyir.

5.   İmam Əlini (ə) ziyarət etmək.

6.   “Cameə” ziyarətini oxumaq.

 

Mübahilə günündə digər bəyənilən əməllər:

– gözəl və təmiz paltar geyinmək,

– xoş ətir vurmaq,

– İmam Əli (ə) davamçılarını sevindirmək,

– Əhli-beyt (ə) davamçılarının təqsirlərindən keçmək,

– Əhli-beyt (ə) davamçılarının hacətlərini yerinə yetirmək,

– sileyi-rəhm etmək,

– möminlərə iftar yeməyi vermək,

– onların ziyarətinə getmək,

– təbəssüm etmək,

– möminlərə hədiyyə göndərmək,

– çoxlu salavat göndərmək – müstəhəb əməllərdəndir.

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi Əhli-Sünnənin böyük hədis alimi, fəqih və məzhəb imamı Əhməd ibn Hənbəl özünün “əl-Müsnəd” adlı... Davamı..

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu “Sanki dünya heç yox imiş və sanki axirət əzəldən var imiş” İmam Baqirdən (ə) rəvayət olunan... Davamı..

Aşura gününün əməlləri

İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinə əzadarlıq etmək. İmam Rza (ə) buyurur: “Allah-Taala, “Aşura” günü işlərini tərk edən şəxsin dünya və axirət... Davamı..

Tasua Gününün Əməlləri

1. Namazlar Gecənin sonunda 4 rükət namaz Hər rükətdə “Həmd” surəsindən sonra: Ayətül-kürsü – 10 dəfə “İxlas” surəsi – 10 dəfə “Fələq”... Davamı..

Məhərrəm ayının birinci gününün əməlləri

“Məhərrəm” – Əhli-beytin və şiələrinin matəm ayıdır. İmam Rzadan (ə) nəql olunur ki, Məhərrəm ayı daxil olanda, heç kim atam imam Kazimi... Davamı..

Qədir-Xum gününün əməlləri

Zil-hiccə ayının 18-i  “Qədir-Xum” gündür və İslamda ən böyük bayramlardan biridir. Bir rəvayətdə imam Sadiqdən (ə): “Müsəlmanların cümə günü, “Fitr” və “Qurban”... Davamı..

Qurban bayramının əməlləri

Zilhiccə ayının 10-cu günü  Qurban bayramıdır və çox şərəfli bir gündür. Həmin günün bir neçə əməli vardır. 1. Qüsl etmək; 2. Bayram... Davamı..

ƏRƏFƏ GÜNÜ – DUA GÜNÜ

Ərəfə” günü bütün rəmz və sirləri ilə birgə yenə gəlib çatmaqdadır. Mərifət günü, elə bir gün ki, qəlblərin baxışı səmaya dikəlib! “Ərəfat”... Davamı..