Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
29 İyul 09:02
Şərh Yoxdur
25498

Bu gün İslam dünyası Qədir-Xum bayramını qeyd edir

Hicri-qəməri tarixi ilə bu gün, Zilhiccə ayının 18-də İslam dünyasının əhəmiyyətli bayramlarından biri – Qədir-Xum bayramı qeyd edilir.

Hicrətin 10-cu ili (miladi 632-ci ilin mart ayı) Məhəmməd Peyğəmbər (s) Allahın buyruğuna müvafiq olaraq Həzrət Əlini (ə) canişini təyin edib. Həmin hadisə Zilhiccənin 18-ə təsadüf edib. Qədir-Xum hadisəsi Məkkə ilə Mədinə arasında yerləşən Qədir-Xum bölgəsində baş vermiş məşhur hadisənin adıdır.

Tarixi hədislərə əsasən, Peyğəmbər (s) 100 min nəfərdən çox səhabə ilə birlikdə son həccini yerinə yetirib, Zilhiccə ayının 14-də Məkkəni tərk edib və Mədinəyə sarı üz tutub. Məhz Məkkə ilə Mədinə arasında, Cühfə kəndi yaxınlığında Qədir-Xum hadisəsi baş verib.

Allah-Təala öz Peyğəmbərinə aşağıdakı ayəni vəhy edib: «Ya Peyğəmbər! Rəbbin tərəfindən sənə nazil ediləni (Quranı) təbliğ et. Əgər (bunu) etməsən, (Allahın) risalətini yerinə yetirmiş olmazsan. Allah səni insanlardan qoruyacaq. Həqiqətən, Allah kafir camaatı düz yola yönəltməz!» («Maidə», 67).

Bu ayə nazil olduqdan sonra Peyğəmbər (s) karvana köç salmaq əmrini verib. Həzrət Məhəmməd Peyğəmbər (s) camaatla zöhr namazını qılıb, sonra isə həzrət Əlini hündür bir yerdə öz xəlifə və canişini elan edir. Bundan sonra digər səhabələr həzrət Əliyə yaxınlaşaraq, onu təbrik ediblər.

Belə bir hadisənin baş verməsini heç bir islam alimi (məzhəbindən və təriqətindən asılı olmayaraq) inkar etməyib. Bir çox müsəlman alimləri bu günün əsrlər boyu müsəlmanlar arasında bayram kimi keçirildiyini qeyd ediblər.

 

Ahliman.info kollektivi olaraq bu mübarək Qədir-Xum bayramı münasibəti ilə bütün müsəlmanları təbrik edirik.

 

www.ahliman.info

Digər “Əhli-Beyt ” Xəbərləri

“Biz səni aləmlərə yalnız rəhmət olaraq göndərdik”

“Biz səni aləmlərə yalnız rəhmət olaraq göndərdik” Qurani-Kərim Hz. Məhəmmədin (s) peyğəmbərliyini yalnız bir qövmə və ya müəyyən bir dövrə aid etmir.... Davamı..

Quranda Hz. Məhəmmədin (s) Adı — Allahın Seçilmiş Elçisi

Hz. Məhəmməd (s) Allah-Taalanın bəşəriyyətə göndərdiyi sonuncu peyğəmbər və ilahi risalətin tamamlayıcısıdır. Qurani-Kərimdə onun mübarək adı “Məhəmməd” olaraq dörd dəfə, “Əhməd” olaraq isə bir dəfə açıq... Davamı..

Peyğəmbəri-Əkrəmin (s) xanım Xədicə (s.ə) ilə izdivacı

Rəbiül-əvvəl ayının 10-u İslam Peyğəmbəri (s) ilə xanım Xədiceyi-Kübranın (s.ə.) izdivacına təsadüf etdiyindən, bu barədə qısa məlumatı əziz oxucularımızın nəzərinə çatdırırıq:  ... Davamı..

İMAM MEHDİ (Ə) ƏHLİ-SÜNNƏ MƏZHƏBİNDƏ

– bəzi əhli-sünnə alimləri imam Mehdiyə (ə) etiqadı müdafiə etmiş…   İmam Mehdinin (ə.c) dünyamiqyaslı qıyamı və inqilabı şiə mənbələri ilə yanaşı,... Davamı..

İmam Zamanın (ə.c) imamətinin başlanğıcı

İmam Mehdinin (ə) həyatı üç dövrdən İbarətdir   Hicri-qəməri təqvimi ilə Rəbiül-əvvəl ayının 9-u bəşəriyyət aləminin xilaskarı, imam Zamanın (ə.c) imamət məqamına... Davamı..

imam Həsən Əskərinin (ə) şəhadəti

Rəbiül-əvvəl ayının 8-i on birinci imamımız imam Həsən Əskərinin (ə) şəhadət günüdür. Elə bu münasibətlə əziz oxucularımıza başsağlığı verir və o həzrətin... Davamı..

Bu gün əziz İslam peyğəmbəri Həzrəti Məhəmmədin (s) vəfat günüdür

Bu gün Qəməri təqvimi ilə səfər ayının 28-i əziz İslam peyğəmbəri Həzrəti Məhəmmədin (s) vəfatı və imam Həsən ibni Əlinin (ə) şəhid... Davamı..

‘Mübahilə’ gününün əməlləri

Zil-hiccə ayının 24-ü  “Mübahilə” günüdür. (Mübahilə – iki nəfərin bir-birinə qarşı nifrin və qarğış etməsi.) Peyğəmbəri-Əkrəmin (s) həzrət İsanın (ə) allahlıq məqamında... Davamı..