Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
29 İyul 09:02
Şərh Yoxdur
25356

Bu gün İslam dünyası Qədir-Xum bayramını qeyd edir

Hicri-qəməri tarixi ilə bu gün, Zilhiccə ayının 18-də İslam dünyasının əhəmiyyətli bayramlarından biri – Qədir-Xum bayramı qeyd edilir.

Hicrətin 10-cu ili (miladi 632-ci ilin mart ayı) Məhəmməd Peyğəmbər (s) Allahın buyruğuna müvafiq olaraq Həzrət Əlini (ə) canişini təyin edib. Həmin hadisə Zilhiccənin 18-ə təsadüf edib. Qədir-Xum hadisəsi Məkkə ilə Mədinə arasında yerləşən Qədir-Xum bölgəsində baş vermiş məşhur hadisənin adıdır.

Tarixi hədislərə əsasən, Peyğəmbər (s) 100 min nəfərdən çox səhabə ilə birlikdə son həccini yerinə yetirib, Zilhiccə ayının 14-də Məkkəni tərk edib və Mədinəyə sarı üz tutub. Məhz Məkkə ilə Mədinə arasında, Cühfə kəndi yaxınlığında Qədir-Xum hadisəsi baş verib.

Allah-Təala öz Peyğəmbərinə aşağıdakı ayəni vəhy edib: «Ya Peyğəmbər! Rəbbin tərəfindən sənə nazil ediləni (Quranı) təbliğ et. Əgər (bunu) etməsən, (Allahın) risalətini yerinə yetirmiş olmazsan. Allah səni insanlardan qoruyacaq. Həqiqətən, Allah kafir camaatı düz yola yönəltməz!» («Maidə», 67).

Bu ayə nazil olduqdan sonra Peyğəmbər (s) karvana köç salmaq əmrini verib. Həzrət Məhəmməd Peyğəmbər (s) camaatla zöhr namazını qılıb, sonra isə həzrət Əlini hündür bir yerdə öz xəlifə və canişini elan edir. Bundan sonra digər səhabələr həzrət Əliyə yaxınlaşaraq, onu təbrik ediblər.

Belə bir hadisənin baş verməsini heç bir islam alimi (məzhəbindən və təriqətindən asılı olmayaraq) inkar etməyib. Bir çox müsəlman alimləri bu günün əsrlər boyu müsəlmanlar arasında bayram kimi keçirildiyini qeyd ediblər.

 

Ahliman.info kollektivi olaraq bu mübarək Qədir-Xum bayramı münasibəti ilə bütün müsəlmanları təbrik edirik.

 

www.ahliman.info

Digər “Əhli-Beyt ” Xəbərləri

‘Mübahilə’ gününün əməlləri

Zil-hiccə ayının 24-ü  “Mübahilə” günüdür. (Mübahilə – iki nəfərin bir-birinə qarşı nifrin və qarğış etməsi.) Peyğəmbəri-Əkrəmin (s) həzrət İsanın (ə) allahlıq məqamında... Davamı..

İmam Kazimin (ə) həyatına qısa bir baxış

İmam Kazimin (ə) mövludu və dünyaya gəlişi münasibəti ilə əziz həmvətənlərimizi və oxucularımızı təbrik edir və o həzrətin həyatı ilə bağlı qısa... Davamı..

İMAM ƏLİYYƏN-NƏQİNİN (Ə) HƏYATINA QISA BİR BAXIŞ

Şiələrin onuncu imamının adı Əli, ən məşhur ləqəbləri Nəqi və Hadi, mübarək künyəsi “Əbülhəsən”dir. İmam Kazim (ə) və imam Rzanın (ə) künyəsi... Davamı..

Qədir-Xum hadisəsinin əhəmiyyəti

Qədir-Xum bayramını “Allahın böyük bayramı” adlandırmışlar; bu bayram İslam təqvimindəki bütün bayramlardan yüksəkdə duran bir bayramdır. Qədir-Xum bayramı daha dolğun bir mahiyyətə... Davamı..

İmam Baqir (ə) və zahidin nəsihəti

Yay fəslinin qızmar istisi bir qədər şiddətlənmişdi. Mədinə və ətraf əkin yerləri qızmar Günəş hərarətinə bürünmüşdü. Özünü zahid və abid hesab edən... Davamı..

İMAM CAVADIN (Ə) HƏYATI

İMAM CAVADIN (Ə) HƏYATI Doqquzuncu imamın adı Mühəmməd, künyəsi Əbu Cəfər, ləqəbi Təqi və Cavaddın. O həzrət 195-ci hicri-qəməri ilində Mədinə şəhərində... Davamı..

Həzrət Məsumənin (ə.s.) həyatı ilə bağlı 7 maraqlı məqam

Həzrət Məsumənin (ə.s.) həyatı ilə bağlı 7 maraqlı məqam Biz burada “Əhli-beyt kəriməsi” ləqəbi ilə tanınan Həzrət Məsumənin (ə.s.) vəfatı münasibətilə o... Davamı..

İMAM SADİQİN (Ə) HƏYATI

İMAM SADİQİN (Ə) HƏYATI İmam Sadiq (ə) 83-cü hicri-qəməri ilinin Rəbiül-əvvəl ayının on yeddisi Mədinə şəhərində dünyaya göz açmış və 148-ci hicri... Davamı..