Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
11 İyun 08:01
Şərh Yoxdur
7852

Bu gün İmam Rzanın (ə) mövlud günüdür

148-ci ilin Zilqədə ayının 11-də Mədinə şəhərində başqa bir ab-hava var idi. Nəinki yer əhli, hətta səma əhli belə təbriklərini dilə gətirirdilər. Vilayət bağçasında yeni bir gül açmışdı və bu gülün adı Əli idi.

İmam Rza (ə) atasının şəhadətindən sonra 35 yaşında imamət kürsüsünə əyləşir və 20 il vilayət yükünü öhdəsinə götürür. Onun 10 ilini Harun ər-Rəşidin xəlifə olduğu zamanlarda, 5 ilini Muhəmməd Əminin zamanında, 5 ilini də Məmunun zamanında vəzifələnir. Məmunun xəlifə olduğu zamandan Mədinə şəhərini tərk edib, Xorasana gəlməyə məcbur olur.

O zaman ki, İmamın (ə) fəzilətləri yada düşür, dil onu söyləməyə acizlik çəkir. Onun fəzilət qalası o qədər yüksəkdir ki, ancaq ariflər onu dərk edib, başa düşə bilirlər.

İbrahim ibni Abbas nəql edir: “Məmun İmamı (ə) hansı sualla imtahana çəksə də, İmam (ə) cavab verərdi və İmamın (ə) cavabları, sözləri, bəyan etdiyi misallar Qurandan götürülmüşdü. O, hər üç gündən bir Quranı xətm edərdi və buyurardı: “Əgər istəsəm Quranı üç gündən az müddətdə də xətm edərəm. Ancaq elə ayə yoxdur ki, onu oxuyum və təfəkkür etməyim. Bu (ayə) nə haqdadır və nə zaman nazil olmuşdur. Bu səbəbə görə də Quranı üç gündə xətm edirəm””.

Əba Sələt nəql edir: “İmam Rzanın (ə) həbs olunduğu evə getdim və gözətçidən izn istədim ki, İmamın (ə) yanına gedəm. Ancaq o, dedi: “Onun yanına gedə bilməzsən”. Soruşdum ki, niyə? Dedi: “Çünki İmam (ə) gündüz və gecə min rükət namaz qılır, gündüzün ancaq əvvəlində bir saat, zöhrdən əvvəl bir saat və gün batmazdan əvvəl bir saat namaz qılır və o, bu vaxtlarda səcdəgahında əyləşib Allahı ilə münacat edir”.

Gözətçidən xahiş etdim ki, namaz qılmayan zamanda mənim üçün icazə istəsin və o, da mənim üçün icazə aldı. Mən İmamın (ə) yanına gedəndə o, təfəkkür halında idi”.

Saytımızın kollektivi bütün Əhli-beyt (ə) sevərləri təbrik edir.

 

www.ahliman.info

Digər “Əhli-Beyt ” Xəbərləri

İmam Hüseyn (ə): Məni tanıyın!

İmam Hüseyn (ə) Aşura günü qılıncını qınından çıxarıb şəhadət meydanına doğru addımladığı halda, özünü tanıtdırmağa başladı və höccəti tamamladı ki, sabah (Qiyamətdə)... Davamı..

İMAM SƏCCADIN (Ə) HƏYATINA QISA BİR BAXIŞ

Şəhidlər sərvəri imam Hüseynin oğlu imam Səccad (ə) şiələrin dördüncü imamıdır. Adı Əli, anası Şəhrəbanu, ən məşhur ləqəbi Zeynəlabidin və Səccaddır. O... Davamı..

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi

Əhli-Sünnənin böyük hədis alimi, fəqih və məzhəb imamı Əhməd ibn Hənbəl özünün “əl-Müsnəd” adlı hədis məcmuəsində (c.2, s.446, hədis: 648) belə yazır:... Davamı..

ÜMMÜL-FƏZLİN YUXUSU VƏ ONUN TƏBİRİ

ÜMMÜL-FƏZLİN YUXUSU VƏ ONUN TƏBİRİ   İbn Səd «Təbəqat» kitabında Abdulla ibn Bəkr ibn Həbib Səhmidən, o isə Hatəm ibn Sənədən belə... Davamı..

İMAM KAZİMİN (Ə) HƏYATI

İmam Kazimin (ə) mövludu və dünyaya gəlişi münasibəti ilə əziz həmvətənlərimizi və oxucularımızı təbrik edir və o həzrətin həyatı ilə bağlı qısa... Davamı..

 İmam Əliyyən Nəqinin (ə) mövlud günüdür

 İmam Əliyyən Nəqinin (ə) mövlud günüdür   İmam Əli ibn Mühəmməd (ə) şiələrin onuncu imamıdır və o həzrətin ləqəbi Hadidir. O həzrət... Davamı..

İmam Məhəmməd Baqirin (ə) şəhadət günüdür

7 zil-hiccə – İmam Məhəmməd Baqirin (ə) şəhadət günüdür   Beşinci imam “Baqir” ləqəbilə tanınan Muhəmməd ibn Əli ibn Hüseyn (ə) 57-ci... Davamı..

İMAM ƏLİ (Ə) İLƏ XANIM ZƏHRANIN (S) EVLƏNMƏSİ

Zilhəccə ayının 1-ci günü  imam Əmirəlmöminin Əli (ə) ilə xanım Fatimeyi-Zəhranın (s) evləndiyi gündür. Elə bu məqsədlə, onların evlənməsi ilə bağlı qısa... Davamı..