Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
20 Aprel 09:31
Şərh Yoxdur
3581

Bu gün İmam Hüseynin (ə) doğum günüdür

Bu gün Peyğəmbərimizin sevimli nəvəsi, İmam Əlinin (ə) və Peyğəmbərin qızı Fatimənin (ə) oğlu, müsəlmanların 3-cü imamı Həzrət Hüseynin (ə) mövlud günüdür.

İmam Hüseyn (ə) hicrətin 4-cü ilində Şaban ayının 3-də (miladi təqviminə görə bu il aprelin 20-ə təsadüf edir) Mədinə şəhərində dünyaya göz açıb.

İmam (ə) ömrünün altı ilini babası Peyğəmbər (s) ilə keçirib. Həzrət Peyğəmbərin (s) vəfatından sonra isə otuz il atası Həzrət İmam Әli (ə) ilə yaşayaraq onun bütün dərdlərinə, çətinliklərinə şərik olub və həmişə atasını müdafiə edib. Atasının şəhadətindən sonra qardaşı İmam Həsənə (ə) beyət edib, onu rəhbər və imam kimi qəbul edib.

İmam Həsən (ə) Müaviyə tərəfindən şəhid edildikdən sonra İmam Әlinin (ə) 46 yaşında olan ikinci oğlu İmam Hüseyn (ə) xəlifəlik və imamət məqamına yetişib. Lakin İmam Hüseyn (ə) ilə əshabı hicri 61-ci ilin Məhərrəm ayının 10-da Kərbəla adlanan yerdə Yezid qoşunu tərəfindən şəhid edilirlər.

İmam Hüseyndən (ə) söz düşdükdə, adətən, Peyğəmbər övladının 57 illik ömür yolunun sonuncu mərhələsinə diqqət yetirilir. Əlbəttə ki, Kərbəlada baş verən hadisə nəinki İslam ümmətinin, ümumilikdə bəşəriyyətin tarixində dönüş nöqtəsi olub, lakmus kağızı rolunu oynayıb. Hicrətin 61-ci ilində baş vermiş hadisədən sonra məhz bu faciəyə münasibətlə İmam Hüseynə (ə) dost və düşmənçiliklə yaxşını pisdən, xeyiri şərdən ayırmağa başlanılıb. Həzrət Peyğəmbərin (s) söylədiyi bu kəlamlar Adəm övladı üçün İmam Hüseynin (ə), ümumiyyətlə Əhli-beytin (ə) əhəmiyyətindən xəbər verir: “Hüseyn məndəndir, mən də Hüseyndənəm. Hər kim Həsən və Hüseyni sevsə, məni sevib. Hər kəs onlarla düşmənçilik etsə, mənimlə düşmənçilik etmişdir”.

Lakin artıq dillər əzbəri olmuş “Hüseyn məktəbi” ifadəsi yüksək amallar, Allah yolunda yalnız candan keçmək demək deyil. Bu, Allaha sevginin, sadiqliyin nümayişinin son, kulminasiya nöqtəsidir. İmam Hüseyn (ə) Kərbəlaya yetişmək üçün 57 illik bir yol qət etmişdi. Amma həyatının hər anında, hər mərhələsində yaxşılığa dəvət edib, pislikdən çəkindirmişdi. Vasitələr isə müxtəlif olmuşdu: məktublar, moizələr, nəsihətlər.

İmam Hüseynin (ə) həyatının bütün mərhələləri qəhrəmanlıq və şücaət məktəbidir. Əsrlər boyu formalaşan ənənəyə uyğun olaraq, Əhli-beytdən (ə) söz düşdükdə, hər imam fərqli simalarda təsvir edilir.

 

www.ahliman.info

Digər “Əhli-Beyt ” Xəbərləri

İmam Mehdinin (ə) həyatı

İmam Mehdinin (ə) doğum günü münasibəti ilə əziz həmvətənlərimizi və oxucularımızı təbrik edir və o həzrətin həyatı ilə bağlı qısa məlumatı nəzərinizə... Davamı..

11 Şəban – İmam Hüseynin (ə) oğlu Həzrət Əli Əkbərin (ə) mövlud günüdür.

11 Şəban – İmam Hüseynin (ə) oğlu Həzrət Əli Əkbərin (ə) mövlud günüdür.   Bəzi tarixçilərin qeydlərinə əsasən, həzrət Əli Əkbər 33-cü... Davamı..

İMAM SƏCCADIN (Ə) HƏYATINA QISA BİR BAXIŞ

Şəhidlər sərvəri imam Hüseynin oğlu imam Səccad (ə) şiələrin dördüncü imamıdır. Adı Əli, anası Şəhrəbanu, ən məşhur ləqəbi Zeynəlabidin və Səccaddır. O... Davamı..

Həzrət Əbülfəzl-Abbasın (ə) həyatına qısa bir baxış

Şəban ayının 4-ü  Həzrət  Əbəlfəzl Abbasın (ə) doğum günüdür. Elə bu münasibətlə əziz oxucularımızı təbrik edir və o həzrətin təvəllüdü ilə bağlı... Davamı..

İMAM HÜSEYNİN (Ə) HƏYATI

Şəban ayının 3-ü İmam Hüseynin (ə) doğum günüdür. Elə bu münasibətlə əziz oxucularımızı təbrik edir və o həzrətin təvəllüdü ilə bağlı bəzi... Davamı..

İmam Kazimin (ə) şəhadəti

 İmam Kazimin (ə) şəhadət günüdür.  İmam Kazimin (ə) şəhadəti münasibəti ilə əziz həmvətənlərimizə və oxucularımıza başsağlığı verir və o həzrətin həyatı ilə... Davamı..