Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
24 Sentyabr 09:00
Şərh Yoxdur
9743

Bu gün İmam Həsən Әsgərinin (ə) şəhadət günüdür

O, on birinci İmam və Əhli-Beyt (ə) davamçılarının rəhbəri idi. Varlığının həyat çırağı 28 il tufanlı burulğanlardan sonra söndü. İmam Həsən Əsgərinin (ə) şəhadətinə yer və göy əzadarlıq etdi.

İmam Həsən Əsgərinin (ə) atası İmam Hadi (ə) Samirraya gətirilərək, Əsgəri adlı yerdə saxlanılıdı. Ona görə də İmam Həsənə (ə) Əsgəri ləqəbini vermişdilər. Künyəsi Əbu Muhəmməddir. Həzrətin (ə) başqa ləqəbi isə Zəkidir.

İmam Həsən Әsgəri (ə) hicrətin 232-ci ilində Mədinə şəhərində dünyaya gəlmişdir.

İmam Əsgəri (ə) 22 yaşında ikən, atası şəhid oldu.

O Həzrətin adı Həsən, künyəsi Әbu Muhəmməd, tanınmış ləqəbləri isə Zəki və Әsgəri olmuşdur.

Atasının şəhadətindən sonra imamlıq müddəti 6 il, mübarək ömrü isə 28 il çəkdi.

O Həzrət (ə) 260-cı hicri ilində Abbasi xəlifəsi Mötəmid tərəfindən şəhid olunaraq Samirra şəhərində dəfn olunub.

İmam Həsənin (ə) atası İmam Hadi (ə), anası isə pak banu Hədisədir. Bu xanım dövrünün ən mömin və dindar xanımlarından olmuşdur.

O zaman ki, İmam Həsənin (ə) şəhadət xəbəri Samirrada yayılır, şəhərə qəm hicabı örtülür. Əhli-təsənnün alimlərindən biri deyir: “O zaman ki, İmam Həsən Əsgərinin (ə) şəhadət xəbəri yayıldı, Samirra hərəkətə gəldi və nalə, fəğan etdilər. Bazarlar tətil etdi, mağazalar bağlandı”.

Dəfn mərasimində Bəni-Haşim, ordu komandirləri, şəhər qaziləri, şairlər və şəhərin başqa təbəqədən olan insanları iştirak edirdilər.

Həmin gün Samirra şəhəri Qiyaməti xatırladırdı.

İmamın (ə) şəhadətindən sonra Abbasi xəlifəsi elan edir ki, Həzrətin (ə) varisi olmadığına görə onun mal-dövləti anası və qardaşı Cəfər arasında bölünməlidir. O, bu yolla müsəlmanları imamətin sona çatması ilə ümidsiz etmək istəyirdi. Halbuki ondan qafil idi ki, Əhli-Beyt (ə) davamçıları İmam Zaman ağanın (ə.f) varlığından agah idilər.

İmam Həsənin (ə) mübarək cənazəsini evinin həyətində kəfənləyib, tabuta qoydular. Qardaşı Cəfər irəli getdi ki, cənazə namazını qılsın, o zaman ki, namazın təkbirini demək istəyirdi, qara saçları olan bir uşaq irəli gəldi. Cəfərin paltarından tutdu və onu kənara çəkdi və dedi: “Əmi, kənara çəkil! Mən gərək atam üçün namaz qılım”. Cəfərin halı dəyişdi və kənara çəkildi. Həmin uşaq cənazə namazını qıldı və sonra İmamı (ə) evinin həyətində atası İmam Hadinin (ə) qəbrinin yanında dəfn etdilər.

İmam Həsən Əsgərinin (ə) həyatı zamanı fəaliyyətlərindən biri insanları İmam Zaman ağanın (ə) qeybinə hazırlamaq olmuşdur. Baxmayaraq ki, insanlarla əlaqəsi az idi, lakin öz əmr və məktublarını nəvvabları tərəfindən insanlara çatdıra bilirdi.

Əhməd ibni Əshaq nəql edir ki, İmam Həsəndən (ə) soruşdim ki, sizdən sonrakı İmam (ə) kimdir? İmam (ə) ayağa qalxdı və evin daxilinə getdi. Sonra üç yaşlı bir uşaqla ki, üzü Ay kimi parlayırdı, bayıra çıxdı. Sonra mənə buyurdu: “Ey Əhməd ibni Əshaq! Əgər Allaha və hüccətinə əziz olmasaydın, bu övladımı sənə göstərməzdim”.

İmam (ə) bu yolla özündən sonrakı canişinini ən yaxın səhabələrinə nişan verir və onları qeybə hazırlayırdı.

Hələbi adlı bir nəfər nəql edir: “Samirraya gəlmişdim və İmam Həsənin (ə) evindən çıxmasını gözləyirdim. Mənim yanımda bir cavan dayanmışdı. Ondan soruşdum ki, haradandır? Dedi: “Mədinədən”. Dedim: “Burada nə edirsən?”. Dedi: “Mən Əbuzərin nəvələrindənəm. Əbu Muhəmmədin (ə) imaməti barəsində nəzər ayrılığı vardır, gəlmişəm ki, onun nişanəsini görəm və qəlbim rahat olsun”.

Elə bu zaman İmam (ə) evindən çıxdı və bizə tərəf gələndə üzünü cavana çevirib buyurdu: “Sən Ğəffarisən?”.

Cavan dedi: “Bəli”.

İmam (ə) buyurdu: “Anan Həmdəviyyə nə edir?”.

Cavan dedi: “Yaxşıdır”.

İmam (ə) bu sözləri deyib uzaqlaşmağa başladı. Üzümü cavana çevirib dedim: “İmam (ə) səni əvvəllər görübdür?”.

Dedi: “Xeyr”.

Dedim: “Elə bu sənə kifayət etdi?”.

Dedi: “Bundan azı belə kifayətdir”.

İmam (ə) son nəfəsini verən zaman üzünü kiçik yaşlı oğluna çevirib, buyurdu: “Müjdə olsun sənə, ey oğlum ki, sən Sahibi Zamansan (ə.f). Sən Məhdi (ə) və yerin üzündə olan hüccətsən. Bu, atamdan və Peyğəmbərə (s) qədər olan atalarımdan bir əhddir”.

 

www.ahliman.info

Digər “Əhli-Beyt ” Xəbərləri

Bu gün həzrət Muhəmmədin (s) və İmam Sadiqin (ə) mövlud günüdür – Mövlud gününün əməlləri

Bu gün hicri qəməri təqvimi ilə rəbiul-əvvəl ayının 17-si əziz İslam Peyğəmbəri həzrət Muhəmməd (s) və altıncı İmam Cəfər Sadiqin (ə) mövlud... Davamı..

Ey Əbuzər, bil ki, Allaha ibadətin birinci mərhələsi Onu tanımaqdır

Həzrət (s) ibadətin mərhələlərini bəyan edərək buyurur: “Ey Əbuzər, bil ki, Allaha ibadətin birinci mərhələsi Onu tanımaqdır. O, hər şeydən əvvəldir. Ondan... Davamı..

Bu gün həzrət imam Rzanın (ə) şəhadət günüdür

İmam Rzanın (ə) şəhadət hadisəsi səfər ayının sonuna təsadüf edir. İmam (ə) 203-cü hicri ilinin səfər ayının son günündə dünyasını dəyişmişdir. Şəhid... Davamı..

Bu gecə islam peyğəmbəri Həzrət Məhəmmədin (s) vəfatı, İmam Həsənin (ə) şəhadət günü daxil olur

 Hicri-qəməri tarixi ilə sabah Səfər ayının 28-i, İslam peyğəmbəri həzrət Məhəmmədin (s) vəfatının ildönümü və O həzrətin əziz nəvəsi İmam Həsənin (ə) şəhadət... Davamı..

Həzrət Muhəmməd (s) buyurub: “Cənnətə yаlnız təmiz şəхs gеdəcəkdir”

Əhli-Beyt əleyhimussalamın “təmizlik və paklıq” haqqında buyurduqlarından:   İmаm Əli (ə) buyurub: “Bаşqаlаrını nаrаhаt еdən хоşаgəlməz iydən özünüzü su ilə təmizləyin. Özünüzə... Davamı..

Həzrət Peyğəmbər (s) kimləri əfv etmirdi?

Hədislərimiz buyurur ki, kərim insanın ən üstün sifətlərindən biri də başqalarını bağışlamaq bacarığıdır. Qurani-Kərimdə buyurulur ki, hər kim bağışlamağı bacarar, Biz də... Davamı..

Həzrət Muhəmməd (s) buyurub: “Çirkli аdаmlаr məhv оlаr”

Həzrət Muhəmməd (s) Peyğəmbərimizin “təmizlik və paklıq” haqqında buyurduqlarından: “Аllаh pаkdır və pаk şəхsi sеvir, təmizdir və təmizliyi sеvir.” “Bu bədənləri təmizləyin,... Davamı..

Əhli-Beytin (ə) işini dirçəltmək üçün müsəlman nə etməlidir?

İmam Rza (ə) buyurur: “Allahın rəhməti o kəslərə olsun ki, bizim işimizi dirçəldərlər”. Sual verirlər ki, bəs bunu necə etmək olar? Həzrət... Davamı..