Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
29 Noyabr 15:45
Şərh Yoxdur
2410

Bu gün həzrət Peyğəmbərimizin (s) həzrət Xədicə (s.ə) ilə ailə qurması günüdür

Həzrət Peyğəmbərin (s) dünya və axirət sirdaşı olan Həzrət Xədicə (s.ə) Qureyşin tanınmış şəxsiyyətlərindən idi. Bir gün xanım öz möhtəşəm sarayında yəhudi bir alimlə elmi mövzuda müzakirə edirdi. Bu zaman yəhudi alimin gözü küçədən keçən bir cavana sataşdı və xanıma dedi: “Bu cavan – peyğəmbərlərin sonuncusudur. Xoş olsun o xanımın halına ki, bu cavanla ailə quracaq. Çünki hər iki dünyada şərafət və izzətə çatacaqdır”.

 

Alimin sözləri Xədicənin (s.ə) ürəyində İlahi bir alov yandırdı və banu öz müdrik siyasəti ilə Peyğəmbərə (s) xəbər göndərdi. Bu xəbərdə yazmışdı: “Mənim ticarət karvanım Şama gedir. Sizdən xahiş edirəm ki, karvanımla bir yerdə olmağı qəbul edəsiniz”. Həzrət (s) də qəbul edir. Səfərdən sonra Həzrət Xədicənin (s.ə) nökəri Peyğəmbərin (s) əxlaqı və rəftarını o qədər xanıma tərifləyir ki, banu ona aşiq olur. Ona görə də Həzrət Peyğəmbərə (s) buyurur: “Qohumluq əlaqələrinə görə sizin şəxsiyyət, əmanətdarlıq və düzlüyünüzə muştaq olmuşam”. Banu Həzrətlə ailə qurmaq istəyini bildirir və Peyğəmbər (s) də bu mübarək təklifi qəbul edir.

Həzrət Xədicənin (s.ə) evində nikah bağlanır. Əbu Talib deyir: “Muhəmməd (s) – mənim qardaşım oğludur. Əgər məqamını Qureyşdən olan hər bir insanla ölçsək, ondan üstünü olmaz. O, Xədicə (s.ə) ilə evlənməyə muştaqdır, banu da razılıq vermişdir. Şəhadət verin ki, Xədicə (s.ə) Muhəmmədlə (s) nikah bağlamağı qəbul etmişdir. Mehriyyəsini öhdəsinə götürmüşdür”. Müşriklərdən biri tənə vurmaq üçün deyir: “İndiyə qədər belə şey görməmişik ki, qadın mehriyyəsini öz öhdəsinə götürsün”. Əbu Talib deyir: “Bəli, əgər kişilər sizin kimi olsa, ağır mehriyyədən başqası ilə sizinlə evlənməzlər”.

 

Həzrətin (s) bu gözəl banu ilə ailə həyatı beləcə başlayır. Banu bütün var-yoxunu Həzrətə (s) bağışlayır. Peyğəmbər (s) də onu İslam dini üçün vəqf edir. Xanım (s) o qədər fədakar və o qədər nəvazişli bir həyat yoldşı idi ki, Allah da bunun mükafatı olaraq onlara Həzrət Fatiməni (s.ə) hədiyyə etdi.

 

Həzrət Xədicə (s.ə) vəfat edəndən sonra Peyğəmbər (s) çox məyus və pərişan olmuşdu və Həzrət (s) üçün bu banunun yeri və məqamı tamamilə başqa idi. Peyğəmbərin (s) buyurduğu kimi, Həzrət Xədicə (s.ə) Həzrət Peyğəmbərin (s) həm bu dünyada və həm də axirətdə tək həmdəmi və yavəridir.

 

www.ahliman.info

Digər “Əhli-Beyt ” Xəbərləri

11 Şəban – İmam Hüseynin (ə) oğlu Həzrət Əli Əkbərin (ə) mövlud günüdür.

11 Şəban – İmam Hüseynin (ə) oğlu Həzrət Əli Əkbərin (ə) mövlud günüdür.   Bəzi tarixçilərin qeydlərinə əsasən, həzrət Əli Əkbər 33-cü... Davamı..

İMAM SƏCCADIN (Ə) HƏYATINA QISA BİR BAXIŞ

Şəhidlər sərvəri imam Hüseynin oğlu imam Səccad (ə) şiələrin dördüncü imamıdır. Adı Əli, anası Şəhrəbanu, ən məşhur ləqəbi Zeynəlabidin və Səccaddır. O... Davamı..

Həzrət Əbülfəzl-Abbasın (ə) həyatına qısa bir baxış

Şəban ayının 4-ü  Həzrət  Əbəlfəzl Abbasın (ə) doğum günüdür. Elə bu münasibətlə əziz oxucularımızı təbrik edir və o həzrətin təvəllüdü ilə bağlı... Davamı..

İMAM HÜSEYNİN (Ə) HƏYATI

Şəban ayının 3-ü İmam Hüseynin (ə) doğum günüdür. Elə bu münasibətlə əziz oxucularımızı təbrik edir və o həzrətin təvəllüdü ilə bağlı bəzi... Davamı..

İmam Kazimin (ə) şəhadəti

 İmam Kazimin (ə) şəhadət günüdür.  İmam Kazimin (ə) şəhadəti münasibəti ilə əziz həmvətənlərimizə və oxucularımıza başsağlığı verir və o həzrətin həyatı ilə... Davamı..

Xanım Zeynəb (s.ə) – Müsibətlər anası

15 Rəcəb – Xanım Zeynəbin (s.ə) vəfat günüdür. Xanım Zeynəb (s.ə.) qəhrəman, şücaətli, müqavimətli və yorulmaz bir qadın olub. Dünyada şücaətli qəhrəmanlar... Davamı..