Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
1 İyun 09:22
Şərh Yoxdur
6170

Bu gün həzrət Məsumənin (s.ə) mövlud günüdür

Həzrət Məsumə (s)  hicri qəməri tarixi ilə, 173-cü il (795-ci il miladi) zilqədə ayının əvvəli  Mədinə şəhərində dünyaya gəlmişdir. Məsumə xanımın atası yeddinci imam, İmam Musa ibn Cəfər (ə) anası isə Nəcmə xatun olmuşdur. Xanımın (s) qardaşı,  Məşhəd şəhərində dəfn olunmuş səkkizinci imam Əli ibn Musər-Rzadır (ə).

Xanımın (s.ə) adı Fatimə, məşhur ləqəbi isə “Məsumə”dir. Həzrət Məsumə (s.ə) və İmam Rza (ə) bir ata-anadan dünyaya gələn bacı və qardaşdırlar.  Uşaqlıqda Bağdad şəhərində Harunun zindanında həbs olunan atasının şəhid edilməsi hadisəsi ilə üzləşmiş və ondan sonra qardaşı həzrət İmam Rza (ə) onu öz himayəsi altına alaraq saxlamışdır.

Bundan əlavə, Xanım (s.ə) ravi və mühəddisə (hədis nəql edən) olmuş və bir çox mühüm hədislər onun vasitəsi ilə gəlib çatmışdır.

 

Həzrəti Məsumənin (ə) fəzilətləri çoxdur. Lakin biz onların bəzisinə işarə edirik.

“İmam Cəfər Sadiq (ə) buyurub: “Agah olun. Allahın bir hərəmi vardır və o Məkkədir. Peyğəmbərin bir hərəmi vardır və o Mədinədir. Əmir əl-mömininin bir hərəmi vardır və o Kufədir. Agah olun ki, mənim və mənim övladlarımın hərəmi Qumdur. Bilin ki, Qum kiçik Kufədir. Agah olun. Behiştin səkkiz qapısı var və onun üçü Quma açılır.” Sonra imam buyurdu:
“Qumda mənim övladlarımdan Fatimə Musa (ə) qızı adlı bir xanım dünyadan köçəcək və onun şəfaətinin bərəkətindən mənim şiələrim hamılıqla behiştə daxil olacaqlar.” [1]

Xanımın əzəməti barədə təkcə bu kifayətdir ki, imam Rza (ə) xanımı “Məsumə” adlandırmışdır:
Bundan əlavə imam Rza (ə) özü o xanımın ziyarətini Sədə öyrətmiş və ona xanımı ziyarət edərkən “Ey Fatimə, Allahın yanında mənə şəfaət elə” – cümləsini deməyi əmr etmişdir. Bu isə xanımın şəfaətçi olduğunu sübut edir. [2]

 

www.ahliman.info

[1] Məcalisül-möminin, c.1, səh.83.

[2] Biharul-ənvar, c.102, səh.265-266.

Digər “Əhli-Beyt ” Xəbərləri

İmam Mehdinin (ə) həyatı

İmam Mehdinin (ə) doğum günü münasibəti ilə əziz həmvətənlərimizi və oxucularımızı təbrik edir və o həzrətin həyatı ilə bağlı qısa məlumatı nəzərinizə... Davamı..

11 Şəban – İmam Hüseynin (ə) oğlu Həzrət Əli Əkbərin (ə) mövlud günüdür.

11 Şəban – İmam Hüseynin (ə) oğlu Həzrət Əli Əkbərin (ə) mövlud günüdür.   Bəzi tarixçilərin qeydlərinə əsasən, həzrət Əli Əkbər 33-cü... Davamı..

İMAM SƏCCADIN (Ə) HƏYATINA QISA BİR BAXIŞ

Şəhidlər sərvəri imam Hüseynin oğlu imam Səccad (ə) şiələrin dördüncü imamıdır. Adı Əli, anası Şəhrəbanu, ən məşhur ləqəbi Zeynəlabidin və Səccaddır. O... Davamı..

Həzrət Əbülfəzl-Abbasın (ə) həyatına qısa bir baxış

Şəban ayının 4-ü  Həzrət  Əbəlfəzl Abbasın (ə) doğum günüdür. Elə bu münasibətlə əziz oxucularımızı təbrik edir və o həzrətin təvəllüdü ilə bağlı... Davamı..

İMAM HÜSEYNİN (Ə) HƏYATI

Şəban ayının 3-ü İmam Hüseynin (ə) doğum günüdür. Elə bu münasibətlə əziz oxucularımızı təbrik edir və o həzrətin təvəllüdü ilə bağlı bəzi... Davamı..

İmam Kazimin (ə) şəhadəti

 İmam Kazimin (ə) şəhadət günüdür.  İmam Kazimin (ə) şəhadəti münasibəti ilə əziz həmvətənlərimizə və oxucularımıza başsağlığı verir və o həzrətin həyatı ilə... Davamı..