Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
14 Fevral 16:45
Şərh Yoxdur
7742

Sabah təqvalıların imamı əmirəl-möminin həzrət Əlinin (ə) mövlud günüdür

Hicri-qəməri tarixi ilə sabah, rəcəb ayının 13-ü möminlərin əmiri, təqvalıların imamı Həzrət İmam Əli ibn Əbu-Talibin (ə) mövlud günüdür.

Həzrət Əli (ə) “Fil” ilindən 30 il sonra, miladi təqvimlə təxminən 600-cü ildə dünyanın ən müqəddəs məkanı hesab edilən Kəbədə dünyaya gəlib.

 

Həzrət İmam Əli ibn Əbu-Talib (ə) Kəbədə dünyaya gəlmiş, tərbiyəsini və təlimini Peyğəmbərdən (s) almış, Peyğəmbərin (s) yerində yatmağı qəbul edərək onun həyatını xilas etmiş, barəsində çoxsaylı ayələrin nazil olduğu, Əhli-beytin üzvü, imamlar atası, Bədr döyüşündə bütpərəstlərin məğlubiyyətə uğramasına əsas səbəb, Xəndək döyüşündə bütpərəstlərin sərkərdəsi Əmr ibn Əbdəvüddü məğlub edən, Xeybər döyüşünün qəhrəmanı, Peyğəmbərin (s) müsəlmanlara təyin etdiyi xəlifə və digər yüzlərlə fəzilətlərə malik olan yeganə şəxsdir.

 

Atası Əbu Talib, anası isə Fatimə binti Əsəddir. İslam peyğəmbəri Həzrət Məhəmmədə (s) ilahi vəhy ilk dəfə nazil olan zaman Həzrət Əli (ə) İslamı qəbul edən ilk kişi olmuş və həyatını bu dinə həsr etmişdir.

İmam Əli (ə) İslam peyğəmbərindən (s) qısa müddət sonra Məkkədəki təzyiqlər səbəbilə Mədinə şəhərinə köçmüş və burada Peyğəmbərin (s) qızı Həzrət Fatimeyi-Zəhra (ə) ilə ailə həyatı qurmuşdur. Mədinədə Həzrət Məhəmməd (s) peyğəmbərlə keçirdiyi 10 illik müddət ərzində müharibələrdə sərkərdə kimi iştirak etmiş, İslam peyğəmbərinə nazil olmuş ilahi bildiriş və əmrləri çatdırmış və demək olar ki, bütün döyüşlərdə iştirak edərək İslam dinin müdafiəsində və güclənməsində fəal rol oynamışdır.

İmam Əlinin (ə) Həzrət Fatimədən (ə) 4 övladı olub, bir övladı isə hələ dünyaya gəlməmiş Həzrət Fatimənin (ə) bətnində həyatını itirmişdir.

 

İmam Əli (ə) miladi 656-cı ildə Xəlifə Osman ibn Əffanın öldürülməsindən sonra Mədinə məscidində xalq tərəfindən xəlifə seçilmişdir. Beş ilə yaxın müsəlmanlara xəlifəlik edən Həzrət Əli (ə) 661-ci ilin Ramazan ayında Kufə məscidində sui-qəsd nəticəsində şəhid edilmişdir.

İmam Əlinin (ə) fəzilətləri barədə həm Qurani-kərimdə çoxlu ayələr nazil olmuş, həm də Həzrət Məhəmməd (s) peyğəmbərdən çoxlu mənbələrdə xeyli sayda hədislər nəql olunmuşdur. Həmçinin məzhəbindən, dinindən, təfəkkür tərzindən asılı olmayaraq, müxtəlif yazıçı və mütəfəkkirlər tərəfindən İmam Əli (ə) barədə qələmə alınmış çoxlu əsərlər mövcuddur.

 

Bu mübarək gün münasibəti ilə bütün həzrət Əli (ə) tərəfdarlarını təbrik edirik. Uca Allah sizləri dünya və axirət həzrət Əlidən (ə) ayırmasın.

 

www.ahliman.info

Digər “Əhli-Beyt ” Xəbərləri

“Biz səni aləmlərə yalnız rəhmət olaraq göndərdik”

“Biz səni aləmlərə yalnız rəhmət olaraq göndərdik” Qurani-Kərim Hz. Məhəmmədin (s) peyğəmbərliyini yalnız bir qövmə və ya müəyyən bir dövrə aid etmir.... Davamı..

Quranda Hz. Məhəmmədin (s) Adı — Allahın Seçilmiş Elçisi

Hz. Məhəmməd (s) Allah-Taalanın bəşəriyyətə göndərdiyi sonuncu peyğəmbər və ilahi risalətin tamamlayıcısıdır. Qurani-Kərimdə onun mübarək adı “Məhəmməd” olaraq dörd dəfə, “Əhməd” olaraq isə bir dəfə açıq... Davamı..

Peyğəmbəri-Əkrəmin (s) xanım Xədicə (s.ə) ilə izdivacı

Rəbiül-əvvəl ayının 10-u İslam Peyğəmbəri (s) ilə xanım Xədiceyi-Kübranın (s.ə.) izdivacına təsadüf etdiyindən, bu barədə qısa məlumatı əziz oxucularımızın nəzərinə çatdırırıq:  ... Davamı..

İMAM MEHDİ (Ə) ƏHLİ-SÜNNƏ MƏZHƏBİNDƏ

– bəzi əhli-sünnə alimləri imam Mehdiyə (ə) etiqadı müdafiə etmiş…   İmam Mehdinin (ə.c) dünyamiqyaslı qıyamı və inqilabı şiə mənbələri ilə yanaşı,... Davamı..

İmam Zamanın (ə.c) imamətinin başlanğıcı

İmam Mehdinin (ə) həyatı üç dövrdən İbarətdir   Hicri-qəməri təqvimi ilə Rəbiül-əvvəl ayının 9-u bəşəriyyət aləminin xilaskarı, imam Zamanın (ə.c) imamət məqamına... Davamı..

imam Həsən Əskərinin (ə) şəhadəti

Rəbiül-əvvəl ayının 8-i on birinci imamımız imam Həsən Əskərinin (ə) şəhadət günüdür. Elə bu münasibətlə əziz oxucularımıza başsağlığı verir və o həzrətin... Davamı..

Bu gün əziz İslam peyğəmbəri Həzrəti Məhəmmədin (s) vəfat günüdür

Bu gün Qəməri təqvimi ilə səfər ayının 28-i əziz İslam peyğəmbəri Həzrəti Məhəmmədin (s) vəfatı və imam Həsən ibni Əlinin (ə) şəhid... Davamı..

‘Mübahilə’ gününün əməlləri

Zil-hiccə ayının 24-ü  “Mübahilə” günüdür. (Mübahilə – iki nəfərin bir-birinə qarşı nifrin və qarğış etməsi.) Peyğəmbəri-Əkrəmin (s) həzrət İsanın (ə) allahlıq məqamında... Davamı..