Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
13 Sentyabr 09:00
Şərh Yoxdur
7701

Bu gecə islam peyğəmbəri Həzrət Məhəmmədin (s) vəfatı, İmam Həsənin (ə) şəhadət günü daxil olur

 Hicri-qəməri tarixi ilə sabah Səfər ayının 28-i, İslam peyğəmbəri həzrət Məhəmmədin (s) vəfatının ildönümü və O həzrətin əziz nəvəsi İmam Həsənin (ə) şəhadət günüdür.

Həzrət Məhəmməd (s) Miladi tarixi ilə 571-ci il Rəbiul-əvvəl ayının 17-də dünyaya gəlib. O həzrət islam dinini kamil şəkildə insanlara çatdıraraq ona tapşırılan missiyanı layiqincə yerinə yetirib, bu yolda əziyyətlər çəkib.

Həzrət Məhəmməd (s) həyatının son günlərinə kimi müsəlmanlarla rabitəni kəsmir, çətinliklə olsa da məscidə gedib camaatla görüşürdü. Bir gün qızdırmalı halda, başına nəm dəsmal bağlamış vəziyyətdə, Əli ibn Əbu Talib və Fəzl ibn Abbasın çiyninə söykənib ayaqlarını yerlə sürüdərək özünü məscidə çatdırır, minbərə qalxıb səhabələrlə vidalaşır və daha sonra O həzrət tarixi çıxışını edərək buyurur:

Həqiqətən mən (Allah tərəfindən) dəvət olunmuşam və yaxın vaxtlarda o dəvəti qəbul edib dünyadan köçəcəyəm.Bu halda sizin aranızda iki ağır və qiymətli əmanət qoyuram. Onlardan biri Allah-taalanın kitabı olan Quran, digəri isə mənim itrətimdir. Allahın kitabı göydən yerə endirilən ipi xatırladır və itrətim isə mənim Әhli-beytimdir (ə). Mehriban olan Allah mənə xəbər vermişdir ki, bu iki şey Cənnət hovuzunda mənə qovuşana qədər bir-birlərindən ayrılmayacaqlar. Diqqətli olun və görün məndən sonra bu iki şeylə necə rəftar edəcəksiniz.”

Ömrünün son saatlarında Peyğəmbər öz qızı Fatiməni görmək istədi. Fatimeyi-Zəhra ilə atasının son söhbəti təklikdə oldu. Kənardan baxanlar gördülər ki, Fatimə qulağını Peyğəmbərin dodaqlarına yaxınlaşdırdı, eşitdiyi sözlərdən əvvəlcə kədərləndi və qəhər Onu boğdu. Amma daha sonra atasının dilindən nə eşitdisə, razı halda gülümsədi. Sonralar bu barədə Fatimədən soruşdular. O belə dedi: “Atam əvvəlcə mənə xəbər verdi ki, çox tezliklə bizdən ayrılıb vəfat edəcək. Bu xəbər məni kədərləndirdi. Amma ardınca buyurdu ki, tezliklə mən də dünyamı dəyişib, axirət aləmində Onunla görüşəcəyəm. Ona görə sevindim”.

Həzrət Məhəmməd (s)  hicrətin 11-ci ilində səfər ayının 28-də, bazar ertəsi günorta vaxtı dünyasını dəyişdi.

Bu gün eyni zamanda həzrət Məhəmmədin (s) əziz nəvəsi İmam Həsənin (ə)şəhid edildiyi gündür.

O həzrət Hicri-qəməri tarixi ilə 50-ci ildə zəhərlənərək şəhid edilib.

İmam Həsən (ə) hicrətin 3-cü ili, Ramazan ayının 15-də Mədinə şəhərində dünyaya gəlib. O təxminən yeddi yaşında ikən Peyğəmbər (s) dünyadan köçdü. Peyğəmbərdən (s) sonra təxminən otuz il atası imam Əli (ə) ilə birgə oldu. Atasının şəhadətindən sonra (hicrətin 40-cı ilindən) on il müddətinə qədər müsəlmanlara imamlıq edib və nəhayət, hicrətin 50-ci ilində Müaviyənin hiyləsi ilə qırx səkkiz yaşında zəhərlənərək şəhadətə nail olub. Müqəddəs məzarı Mədinə şəhərinin “Bəqi” qəbiristanlığındadır.

 

www.ahliman.info

Digər “Əhli-Beyt ” Xəbərləri

İmam Əli (ə) Xanım Fatimeyi-Zəhranı (s.ə.) dəfn edərkən…

İmam Hüseyn (ə) buyurur: لَمّا قُبِضَت فاطِمَةُ (س) دَفَنَها أميرُ المُؤمِنينَ سِرًّا وعَفا عَلى مَوضِعِ قَبرِها، ثُمَّ قامَ فَحَوَّلَ وَجهَهُ إلى قَبرِ... Davamı..

Peyğəmbəri-Əkrəm (s) Xanım Zəhra (ə.s.) və onun başına gətiriləcək müsibətlərdən danışır!

Peyğəmbəri-Əkrəmin (s) öz sevimli qızı xanım Fatimeyi-Zəhraya (ə.s.) məhəbbət və ehtiramı yalnız atalıq hisslərindən qaynaqlanmırdı. O həzrət qızına böyük gözlə baxır, böyük... Davamı..

XANIM FATİMEYİ-ZƏHRANIN (S.Ə.) ŞƏHADƏTİ

Şiə və sünni tariхçiləri Əbu Rafеnin həyat yoldaşı Səlmaya istinadən bеlə nəql еdirlər: “Mən həzrət Fatimədən (s.ə.) ömrünün aхırlarında bəzi məsələlər haqda... Davamı..

XANIM FATİMEYİ-ZƏHRANIN (S.Ə.) MƏQAMI

1. Xanım Fatimeyi-Zəhra (s.ə.) – qadınların ən üstünü: Məşhur əhli-sünnə mənbələrində nəql olunan bir çox rəvayətlərdə aşkar şəkildə göstərilir ki, xanım Fatimeyi-Zəhra... Davamı..

HƏZRƏT ZEYNƏBİN (S.Ə.) HƏYATINA QISA BİR BAXIŞ

Cəmadiul-əvvəl ayının 5-i  iffət və müqavimət nümunəsi xanım Zeynəbin (s.ə.) doğum günüdür. Bu münasibətlə əziz həmvətənlərimizi və oxucularımızı təbrik edir, o xanımın... Davamı..

10 Rəbius-sani Xanım Fatimeyi-Məsumənin (s) vəfat günüdür.

Biz burada “Əhli-beyt kəriməsi” ləqəbi ilə tanınan Həzrət Məsumənin (ə.s.) vəfatı münasibətilə o Xanımın bir sıra xüsusiyyətlərinə toxunacağıq ki, onun şəxsiyyəti və... Davamı..

 İmam Həsən Əskərinin (ə) mövlud günüdür.

 İmam Həsən Əskərinin (ə) mövlud günüdür.   İmamət və vilayət səmasının 11-ci ulduzu imam Həsən Əskərinin (ə) mövludu münasibəti ilə əziz həmvətənlərimizi... Davamı..

İmam Həsən Əskərinin (ə) şiələrə vəsiyyəti

İmam Həsən Əskərinin (ə) şiələrə vəsiyyəti ✅1). Sizlərə tövsiyə edirəm ki, təqvalı olun və Allahdan qorxun; Quran baxımından insanların bir-birindən təkcə üstün... Davamı..