Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
26 Yanvar 11:45
Şərh Yoxdur
26754

Bu gecə “arzular gecəsi”dir. Bu gecənin namazı var

Rəcab ayının ilk cüməsinin gecəsi (yəni Rəcəbin ilk cümə axşamından ilk cüməsinə keçən gecə) “leylətul-rəğaib” yəni “arzular gecəsi” adlanır. Bu gecəni ibadət və dualarla keçirmək tövsiyə olunub.

Həzrət Rəsuləllah (s) buyurub: “Rəcəb ayının ilk cümə gecəsindən qafil olmayın, mələklər həmin gecəyə “arzular gecəsi” deyərlər”

 

Bu gecənin namazı var. Namazın qaydası belədir:

Namazın niyyəti Rəğaib gecəsinin namazını (ya bu gecənin namazını) qılıram qürbətən ilallah.

Bu günün savabını qazanmaq üçün həftənin dördüncü günü oruc tutulur, cümə gecəsi Şam və İşa namazları arasında on iki rükət (altı dəfə iki rükətli namaz) namaz qılnır. Hər rükətdə “Fatihə” surəsindən sonra üç dəfə “Qədr” və on iki dəfə “İxlas” surəsini oxunmalıdır.

Namazdan sonra bu zikr yetmiş dəfə deyilir: “Əllahummə səlli əla Muhəmmədin nəbiyyil ummiyyi və alih”.

اللّهُمَ صَلِ عَلى مُحَمَّد النَّبىِّ وَ عَلى آلِهِ

Tərcümə: İlahi, Muhəmməd Peyğəmbərə və Onun ailəsinə Öz rəhmətini göndər.

Sonra səcdə etməli və səcdədə yetmiş dəfə bu zikr deyilir: “Subbuhun Quddus, rəbbul məlaikəti vər-ruh”

سُبُوحٌ قُدُوسٌ رَبُّ الْمَلائِکَةِ وَالرُّوحِ

Tərcümə: İlahi, Sən çox paksan, çox müqəddəssən, mələklər və ruhun rəbbisən.

Sonra başını səcdədən qaldırıb, yetmiş dəfə bu zikr deyilir: “Rəbbi iğfir vərhəm və təcavəz əmma tə`ləmu, innəkə əntəl əliyyul ə’zəm”

رَبِّ اغْفِرْ وَ ارْحَمْ وَ تَجاوَزْ عَمّا تَعْلَمُ، إِنَّکَ أنْتَ العَلىُّ الْأعْظَمُ

Tərcümə: Rəbbim, məni bağışla, mənə rəhm et. Bildiyin bütün günahlarımı əhv et. Həqiqətən sən uca və əzəmətlisən.

Daha sonra səcdə etməli və səcdədə yenidən yetmiş dəfə bu zikr deyilir: “Subbuhun Quddus, rəbbul məlaikəti vər-ruh”

سُبُوحٌ قُدُوسٌ رَبُّ الْمَلائِکَةِ وَالرُّوحِ

 

Bütün bunlardan sonra hacətlərinizi Allahdan istəyin və bizi də dua etməyi unutmayın.

 

www.ahliman.info

 

Digər “Mənəviyyat ” Xəbərləri

Bəşir ibn Əmr əl-Həzrəmi Bəşir Yəmənin Həzrəmut vilayətindəndir

Bəşir ibn Əmr əl-Həzrəmi Bəşir Yəmənin Həzrəmut vilayətindəndir. Kərbəlada şəhid oldu. Adı Kərbəla şəhidlərinə məxsus Rəcəbiyyə ziyarətində də keçir. O, əshabdan ən... Davamı..

“Səlvətul-Həzin” Qəmliləri xoşhal edən

“Səlvətul-Həzin” Qəmliləri xoşhal edən İmam Zeynülabidin Əli ibn Hüseyn əs-Səccad (ə) buyurub: Aşura günü atam (ə) bədəninin yaralarından qan gəldiyi halda məni... Davamı..

“Allahın bəndəyə vacib etdiyi ilk iş namazdır

“Allahın bəndəyə vacib etdiyi ilk iş namazdır. Ölüncəyədək öz qüvvəsində qalan iş – (və ölüm zamanı insan üçün qalan son ümid də)... Davamı..

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi Əhli-Sünnənin böyük hədis alimi, fəqih və məzhəb imamı Əhməd ibn Hənbəl özünün “əl-Müsnəd” adlı... Davamı..

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu “Sanki dünya heç yox imiş və sanki axirət əzəldən var imiş” İmam Baqirdən (ə) rəvayət olunan... Davamı..

Aşura gününün əməlləri

İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinə əzadarlıq etmək. İmam Rza (ə) buyurur: “Allah-Taala, “Aşura” günü işlərini tərk edən şəxsin dünya və axirət... Davamı..

Tasua Gününün Əməlləri

1. Namazlar Gecənin sonunda 4 rükət namaz Hər rükətdə “Həmd” surəsindən sonra: Ayətül-kürsü – 10 dəfə “İxlas” surəsi – 10 dəfə “Fələq”... Davamı..

Məhərrəm ayının birinci gününün əməlləri

“Məhərrəm” – Əhli-beytin və şiələrinin matəm ayıdır. İmam Rzadan (ə) nəql olunur ki, Məhərrəm ayı daxil olanda, heç kim atam imam Kazimi... Davamı..