Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
1 Oktyabr 12:15
Şərh Yoxdur
1584

Bu cür hicablılar behiştin iyini uzaq fasilədən belə iyləyə bilməyəcək

Axırəz-zamanda olan hicabın başqa zamanlarda olan hicabdan fərqi olacaqdır. Hər bir müsəlman qadın hansı zamanda olursa-olsun, hicaba riayət etməyə vəzifələndirilmişdir. Ancaq zaman keçdikcə, bu mövzuda həddi aşmaq və ya təfrit etmək mümkündür, ancaq hicabı tərk etməkdən söhbət belə ola bilməz. O kəslər ki, Allahın buyurduqlarına ən çox əməl edərlər – onlar mömin adlanarlar.

 

Müqəddəs Quran Qiyamətə qədər olan zaman üçün nazil olduğu üçün, axırəz-zamanda da qadınların hicaba riayət etməsi vacibdir. Çünki Qurani-Kərim hicabı vacib bilmiş və onu tərk edəni məzəmmət etmişdir.

“Möminə qadınlara de ki, (başqalarının ayıb yerləri və yad kişinin bədəni kimi baxılması haram olan şeylərlə qarşılaşanda) gözlərini yumsunlar və öz ayıb yerlərini (üz və əllərindən başqa bədənlərinin hər yerini yadların görməsindən) qorusunlar. Həmçinin öz zinət və bəzəklərini və onların yerlərini (boyun, sinə, saç, biləklər və sairəni, naçarlıqdan öz-özlüyündə) görünən (üst paltarları, əl və üz kimi şeylər) istisna olmaqla, üzə çıxarmasınlar. Gərək (boyun və sinələrinin örtülməsi üçün) baş örtüklərini (çəkib) yaxalarına salsınlar”. (“Nur” 31).

 

Həzrət Peyğəmbər (s) buyurur: “Cəhənnəm əhlinin iki dəstəsini görmüşəm ki, bu zamanda hələ zühur etməyiblər. O qadınlar ki, geyiniblər, ancaq eyni zamanda paltarsızdırlar. Başlarını dəvələrin hülgüc dağları kimi edərlər. Onlar behiştə getməyəcəklər və behiştin iyini uzaq fasilədən belə iyləyə bilməyəcəklər”.

 

Həzrət Rəsuli-Əkrəm (s) buyurur: “Axırəz-zamanda mənim ümmətimdən elə qadınlar olacaqdır ki, geyimləri vardır, ancaq paltarsızdırlar. Başlarında Xorasan dəvələrinin dağları kimi bir şey olar. Onları lənətləyin ki, məlundurlar”.

 

Həzrət  Peyğəmbərdən (s) gələn başqa hədisdə oxuyuruq: “Axırəz-zamanda mənim ümmətimdə elə kişilər peyda olacaqdır ki, onların qadınları paltar geyinməklərinə baxmayaraq, (sanki) paltarsız olacaqlar. Başlarında arıq dəvələrin dağları kimi bir şey olacaqdır. Onları lənətləyin ki, onlar Allah rəhmətindən uzaqdırlar”.

 

Bu hədislərdən belə nəticəyə gəlmək olur ki, axırəz-zamanda qadınların hicabı olsa da, əslində hicab olaraq sayılmayacaqdır. Yəni, paltarları o qədər nazik və dar olacaqdır ki, cisimlərini göstərəcəkdir. Başlarındakı hicabı isə o qədər qaldıracaqlar ki, dəvənin hürgücünə bənzəyəcəkdir.

İslam dini bu geyimi hicab kimi qəbul etmir. Ona görə də bu qadınları çox mənfi durumda olan hesab edir. (Həvzəh/Deyerler)

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

Qurban bayramının əməlləri

Zilhiccə ayının 10-cu günü  Qurban bayramıdır və çox şərəfli bir gündür. Həmin günün bir neçə əməli vardır. 1. Qüsl etmək; 2. Bayram... Davamı..

ƏRƏFƏ GÜNÜ – DUA GÜNÜ

Ərəfə” günü bütün rəmz və sirləri ilə birgə yenə gəlib çatmaqdadır. Mərifət günü, elə bir gün ki, qəlblərin baxışı səmaya dikəlib! “Ərəfat”... Davamı..

Ərəfə’ gününün əməlləri

Zilhiccə ayının 9-cu günü “Ərəfə” günüdür. “Ərəfə” günü bayram kimi tanınmasa da, böyük bayramlardan biridir. Allah-Taala həmin gün öz bəndələrini ibadət və... Davamı..

İMAM ƏLİ (Ə) İLƏ XANIM ZƏHRANIN (S) EVLƏNMƏSİ

Zilhəccə ayının 1-ci günü  imam Əmirəlmöminin Əli (ə) ilə xanım Fatimeyi-Zəhranın (s) evləndiyi gündür. Elə bu məqsədlə, onların evlənməsi ilə bağlı qısa... Davamı..

Zilhiccə ayının 1-ci gününün məxsus əməlləri

Zilhiccə ayının birinci günü çox mübarək gündür və həmin gün bir neçə əməlin yerinə yetirilməsi tövsiyə olunur: 1. Oruc tutmaq;birinci günün orucu səksən... Davamı..

İmam Rzanın (ə) İmam Cavada (ə) məktubu

Əhməd ibn Məhəmməd ibn Əbu Nəsr Bəzənti belə  nəql edir: قَرَأتُ كِتابَ أبِي الحَسَنِ الرِّضا إلى أبي جَعفَرٍ‘: ياأبا جَعفَرٍ، بَلَغَني أنَّ... Davamı..

Sevgi ilə qəzəbin və ya əzəmətlə gözəlliyin vəhdəti

Allah bəsit həqiqətdir, heç bir çoxluğa malik deyil. Bu səbəbdən də substansional atributları elə Onun substansiyasından ibarətdir. Deməli, Allahın gözəl adları tək... Davamı..

Namaz vaxtlarını qoruyun

Həzrət İmam Rza (ə): “Namaz vaxtlarını qoruyun – (namazlarınızı vaxtında qılın), çünki insan başına gələcək hadisələrdən amanda deyil. Hər kəs namazın əvvəl... Davamı..