Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
25 Sentyabr 16:27
Şərh Yoxdur
3389

“Bu beş müqəddəsin varlığı hamıdan daha əzəmətli və daha möhtərəmdir…” – Süleymandan (ə), Davuddan (ə), Nuhdan (ə) yetişən yazılı sənədlərdə Əhli-Beyt (ə) haqqında

Böyük Allah Əhli-beytin (ə) adını ilk insan olan Adəmə (ə) öyrətdiyi kimi, başqa peyğəmbərlərə (ə) də öyrətmişdir. İslamın mötəbər mənbələrinə görə bu insanlar peyğəmbərlər (ə) üçün həmişə həyat örnəkləri və kamil insan nümunələri olmuşdular. (Tebyan/Deyerler)

Əvvəlki peyğəmbərlərin (ə) kitabında Peyğəmbərin (s) və onun canişininin adı çəkilmişdir. Ancaq düşmənlər çalışmışdılar ki, bu həqiqətləri gizlətsinlər.

Müqəddəs kitab İncildə Həzrət Süleymanın (ə) dilindən açıq şəkildə bu həqiqəti oxumaq olur ki, buyurub: “O, mənim dostum və məhbubum Muhəmməddir (s)”. Ancaq 1800 miladidən sonrakı çaplarda bu cümlələr silinmişdir. Əvvəlki çapda Peyğəmbərin (s) canişini Həzrət Əlinin (ə) adı İlya ya İli ya da Aliya kimi yazılmışdır.

Həzrət Əli (ə) və Davud (ə) peyğəmbər.

İmam Əlinin (ə) Zəburda da adı çəkilmişdir və Həzrət Davud (ə) İmam Əlinin (ə) dünyaya gəlişindən açıq şəkildə bəhs etmişdir. Qədim Zəbur nüsxəsində yazılıb: “İli adlanan o böyük şəxsə itaət etmək vacibdir. Ona itaət etmək – bütün din və dünya işlərini islah edər. O aliməqamlı şəxsiyyəti həm də Hedar (Heydər) adlandırırlar. O, kimsəsizlərin yardımçısı və şirlərin şiridir. Güc və qüdrəti çoxdur və təvəllüdü Kabada (Kəbədə) olacaqdır. Hamıya vacibdir ki, o böyük insanın ətəyindən tutsunlar. Nökər kimi itaət etsinlər. Eşidə bilən hər kəs eşitsin və hər kimin ağılı var – dərk etsin. Hər kimin qəlbi və beyni vardır – düşünsün. Vaxt keçərsə, bir daha qayıtmaz”.

Həzrət Əli (ə) və Süleyman (ə) peyğəmbər.

Birinci dünya müharibəsində ingilis əsgərləri Beytul-müqəddəsin bir neçə kilometliyində hücuma hazırlaşan zaman bir gümüş lövhə tapırlar ki, ətrafı bahalı qaşlarla bəzədilmiş və ortasında qızıl hərflərlə söz yazılmışdı. Onu öz komandirlərinin yanına apardılar və o, nə qədər çalışsa da onu oxuya bilmədi. Başa düşdü ki, çox qədim dildə yazılmışdır. Onu Britaniya ordusunun qərargahına çatdırdı və onlar da bu lövhəni şərqşünaslara verdilər. Müharibə bitəndən sonra həmin yazını incələməyə başladılar. Bütün Avropa ölkələnini dilşünasları toplaşdı və bir neçə ay tədqiqdən sonra bu lövhənin Süleymana (ə) aid olduğunu müəyyən etdilər.

Həmin yazının tərcüməsi belədir:

“Allah

Əhməd İlya

Bahtul

Hasən Hasin

Ey Əhməd! Fəryada çat!

Ey İli! (Əli) Mənə yardım et!

Ey Bahtul! Rəhmət nəzəri sal!

Ey Hasən! Kərəm ver!

Ey Hasin! Xoşluq ver!

Bu Süleyman indi bu böyük insana istiğasə edir.

Və İli (Əli) Qüdrətallahdır”.

Bu xəbər İngiltərənin baş yepiskopuna bildirilən zaman həmin lövhəni gizlətmələrini əmr edir. Ancaq bu lövhəni oxuyan hər bir dilşünas İslam dininə meyl edir.

Həzrət Əli (ə) və Nuh (ə) peyğəmbər.

Rusiyanın mədən işçiləri qazıntı zamanı bir taxta parçası tapırlar. Onun əlamətlərindən başa düşdülər ki, qeyri-adi bir taxta parçasıdır.

1953-cü ilin fevral ayının 23-də bu taxta parçasını araşdırmaq üçün qədim dillər üzrə mütəxəssis komitəsinin ixtiyarına verirlər. Səkkiz ay bu taxta parçasını tədqiq edirlər və nəhayət onu tərcümə edə bilirlər. Məlum olur ki, bu taxta parçası Həzrət Nuhun (ə) gəmisinin bir hissəsidir. Orada yazılmışdı: “Ey mənim Allahım! Ey mənim yardımçım! Öz lütf və mərhəmətin ilə Muhəmməd (s), İliya (ə), Şəbərə (ə) və Şəbirə (ə), Fatiməyə (s.ə) görə əlimdən tut. Bu beş müqəddəsin varlığı hamıdan daha əzəmətli və daha möhtərəmdir. Bütün dünya onlar üçün bərpa olubdur. Pərvərdigara! Onların adlarının vasitəsilə mənə yardım et. Sən hamını düz yola hidayət edə bilirsən”.

 

www.ahliman.info

Digər “Əhli-Beyt ” Xəbərləri

Hz. Peyğəmbər (s) haqqında dünya şöhrətli alim və tarixçilər nə deyiblər?

Hz. Məhəmməd Peyğəmbər (s) yalnız müsəlmanların deyil, əsrlər boyu müxtəlif dinlərə və dünyagörüşlərinə mənsub tarixçi, filosof və alimlərin də diqqətini cəlb etmiş... Davamı..

“Biz səni aləmlərə yalnız rəhmət olaraq göndərdik”

“Biz səni aləmlərə yalnız rəhmət olaraq göndərdik” Qurani-Kərim Hz. Məhəmmədin (s) peyğəmbərliyini yalnız bir qövmə və ya müəyyən bir dövrə aid etmir.... Davamı..

Quranda Hz. Məhəmmədin (s) Adı — Allahın Seçilmiş Elçisi

Hz. Məhəmməd (s) Allah-Taalanın bəşəriyyətə göndərdiyi sonuncu peyğəmbər və ilahi risalətin tamamlayıcısıdır. Qurani-Kərimdə onun mübarək adı “Məhəmməd” olaraq dörd dəfə, “Əhməd” olaraq isə bir dəfə açıq... Davamı..

Peyğəmbəri-Əkrəmin (s) xanım Xədicə (s.ə) ilə izdivacı

Rəbiül-əvvəl ayının 10-u İslam Peyğəmbəri (s) ilə xanım Xədiceyi-Kübranın (s.ə.) izdivacına təsadüf etdiyindən, bu barədə qısa məlumatı əziz oxucularımızın nəzərinə çatdırırıq:  ... Davamı..

İMAM MEHDİ (Ə) ƏHLİ-SÜNNƏ MƏZHƏBİNDƏ

– bəzi əhli-sünnə alimləri imam Mehdiyə (ə) etiqadı müdafiə etmiş…   İmam Mehdinin (ə.c) dünyamiqyaslı qıyamı və inqilabı şiə mənbələri ilə yanaşı,... Davamı..

İmam Zamanın (ə.c) imamətinin başlanğıcı

İmam Mehdinin (ə) həyatı üç dövrdən İbarətdir   Hicri-qəməri təqvimi ilə Rəbiül-əvvəl ayının 9-u bəşəriyyət aləminin xilaskarı, imam Zamanın (ə.c) imamət məqamına... Davamı..

imam Həsən Əskərinin (ə) şəhadəti

Rəbiül-əvvəl ayının 8-i on birinci imamımız imam Həsən Əskərinin (ə) şəhadət günüdür. Elə bu münasibətlə əziz oxucularımıza başsağlığı verir və o həzrətin... Davamı..

Bu gün əziz İslam peyğəmbəri Həzrəti Məhəmmədin (s) vəfat günüdür

Bu gün Qəməri təqvimi ilə səfər ayının 28-i əziz İslam peyğəmbəri Həzrəti Məhəmmədin (s) vəfatı və imam Həsən ibni Əlinin (ə) şəhid... Davamı..