Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
29 Mart 11:29
Şərh Yoxdur
2836

Bu ayda 1 gün oruc tutan, özündən atəşi 100 000 il uzaqlaşdırar

İlin elə ayları vardır ki, Allahın bəndələrinə olan rəhmət və bəxşişi ikiqat artır. İnsan İlahi məğfirətə qərq olur. Bu aylardan biri də Rəcəb ayıdır.

 

Varlıq aləmində elə sirlər gizlənmişdir ki, bizim üçün hələ də aydın deyildir. Bu sirlərdən biri də Rəcəb ayında Allahın bəndələrinə qarşı olan xüsusi inayətidir.

 

Bəs Rəcəb ayının xüsusi hədiyyələri hansılardır?

 

1. Cəhənnəmdən nicat tapıb behiştə daxil olmaq şansı. Hədislərimiz bizə tövsiyə edir ki, bu ayda bacardığımız qədər oruc tutaq və Allahdan bağışlanma istəyək. Yaxşı işlər görək və insanlara xidmət edək ki, bu əməllər məhz bu ayda ikiqat həsənəyə malikdir. Həzrət Peyğəmbər (s) buyurur: “Rəcəb ayı – Allahın aylar arasında seçdiyidir. O, Allahın ayıdır. Hər kim Rəcəb ayını böyük hesab edər – Allahın əmrini böyük tutmuş olar. Hər kim Allahın əmrini böyük tutar – (Allah) onu bol nemətli behiştə daxil edər və Özünün böyük razılığını onun üçün vacib edər”.

 

İmam Kazım (ə) buyurur: “Hər kim Rəcəb ayında bir gün oruc tutar – cəhənnəm atəşi ondan yüz min il uzaqlaşar. Hər kim üç gün oruc tutar – behişt onun üçün vacib olar”. (Tebyan/Deyerler)

 

2. Həsənələrin artması və günahların bağışlanması. Bu ayda bəndəlik və ibadət etməyin savabı başqa aylardan daha çoxdur. Hədislərimiz buyurur ki, insanın etdiyi yaxşı əməllərin savabı bir neçə qat artar.

Əgər tövbə etsən, Allah günahlarını məhv edər. İmam Kazım (ə) buyurur: “Rəcəb – əzəmətli aydır ki, Allah onda həsənələri bir neçə qat edər və günahlar onda məhv olar”.

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi Əhli-Sünnənin böyük hədis alimi, fəqih və məzhəb imamı Əhməd ibn Hənbəl özünün “əl-Müsnəd” adlı... Davamı..

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu “Sanki dünya heç yox imiş və sanki axirət əzəldən var imiş” İmam Baqirdən (ə) rəvayət olunan... Davamı..

Aşura gününün əməlləri

İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinə əzadarlıq etmək. İmam Rza (ə) buyurur: “Allah-Taala, “Aşura” günü işlərini tərk edən şəxsin dünya və axirət... Davamı..

Tasua Gününün Əməlləri

1. Namazlar Gecənin sonunda 4 rükət namaz Hər rükətdə “Həmd” surəsindən sonra: Ayətül-kürsü – 10 dəfə “İxlas” surəsi – 10 dəfə “Fələq”... Davamı..

Məhərrəm ayının birinci gününün əməlləri

“Məhərrəm” – Əhli-beytin və şiələrinin matəm ayıdır. İmam Rzadan (ə) nəql olunur ki, Məhərrəm ayı daxil olanda, heç kim atam imam Kazimi... Davamı..

Qədir-Xum gününün əməlləri

Zil-hiccə ayının 18-i  “Qədir-Xum” gündür və İslamda ən böyük bayramlardan biridir. Bir rəvayətdə imam Sadiqdən (ə): “Müsəlmanların cümə günü, “Fitr” və “Qurban”... Davamı..

Qurban bayramının əməlləri

Zilhiccə ayının 10-cu günü  Qurban bayramıdır və çox şərəfli bir gündür. Həmin günün bir neçə əməli vardır. 1. Qüsl etmək; 2. Bayram... Davamı..

ƏRƏFƏ GÜNÜ – DUA GÜNÜ

Ərəfə” günü bütün rəmz və sirləri ilə birgə yenə gəlib çatmaqdadır. Mərifət günü, elə bir gün ki, qəlblərin baxışı səmaya dikəlib! “Ərəfat”... Davamı..