Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
3 Sentyabr 14:49
Şərh Yoxdur
3944

Böyük müctehid Mirzə Cavad Təbrizinin “qara dəsmalı” barəsində vəsiyyəti nə idi?

Şiə aləminin tanınmış müctehidlərindən olan mərhum Mirzə Cavad Təbrizi vəsiyyətində də qeyd etdiyi kimi hər zaman qəbrdəki tənhalığın nə qədər dəhşətli olmasından danışırdı. Böyük alim öz vəsiyyətnaməsində yazmışdı ki, hər zaman yanında olan və Əhli-Beytin (ə) əza məclislərində göz yaşlarını sildiyi qara rəngli dəsmalı o dünyadan köçdükdən sonra onunla birlikdə dəfn edilsin.
Ayətullah Təbrizi məhərrəm ayı kimi əza günlərində və cümə axşamları öz evində Əhli-Beyt üçün mərasim hazırlayardı. O hər zaman bildirirdi ki, xanım Fatimeyi Zəhranın başına gətirilmiş müsibətlər üçün hər nə qədər göz yaşı axıtsaq azdır.
Alim dünyadan köçdükdən sonra onun vəsiyyətini oxuyan ailəsi alimin qara rəngli dəsmallarını hər nə qədər axtarıbsa da tapa bilməyib. Sonda onun özü üçün hazırladığı kəfənini götürəndə dəsmalların hər iksinin kəfənin içində olduğunu görüblər. Məlum olub ki, alim son dəfə xəstəxanaya müalicə üçün yola düşəndə qarşıda onu məbudu ilə görüşün gözlədiyini anlayaraq dəsmalları kəfəninin içinə qoyaraq evdən çıxıb.
Qeyd edək ki, alimin Əhli-Beyt üçün axıtdığı göz yaşlarını sildiyi dəsmallardan biri dəfn olunarkən onun sağ əlinin içinə, digəri isə sinəsinin üzərinə qoyulub. //Sizinyol.com

Teb2Teb1

 

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi Əhli-Sünnənin böyük hədis alimi, fəqih və məzhəb imamı Əhməd ibn Hənbəl özünün “əl-Müsnəd” adlı... Davamı..

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu “Sanki dünya heç yox imiş və sanki axirət əzəldən var imiş” İmam Baqirdən (ə) rəvayət olunan... Davamı..

Aşura gününün əməlləri

İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinə əzadarlıq etmək. İmam Rza (ə) buyurur: “Allah-Taala, “Aşura” günü işlərini tərk edən şəxsin dünya və axirət... Davamı..

Tasua Gününün Əməlləri

1. Namazlar Gecənin sonunda 4 rükət namaz Hər rükətdə “Həmd” surəsindən sonra: Ayətül-kürsü – 10 dəfə “İxlas” surəsi – 10 dəfə “Fələq”... Davamı..

Məhərrəm ayının birinci gününün əməlləri

“Məhərrəm” – Əhli-beytin və şiələrinin matəm ayıdır. İmam Rzadan (ə) nəql olunur ki, Məhərrəm ayı daxil olanda, heç kim atam imam Kazimi... Davamı..

Qədir-Xum gününün əməlləri

Zil-hiccə ayının 18-i  “Qədir-Xum” gündür və İslamda ən böyük bayramlardan biridir. Bir rəvayətdə imam Sadiqdən (ə): “Müsəlmanların cümə günü, “Fitr” və “Qurban”... Davamı..

Qurban bayramının əməlləri

Zilhiccə ayının 10-cu günü  Qurban bayramıdır və çox şərəfli bir gündür. Həmin günün bir neçə əməli vardır. 1. Qüsl etmək; 2. Bayram... Davamı..

ƏRƏFƏ GÜNÜ – DUA GÜNÜ

Ərəfə” günü bütün rəmz və sirləri ilə birgə yenə gəlib çatmaqdadır. Mərifət günü, elə bir gün ki, qəlblərin baxışı səmaya dikəlib! “Ərəfat”... Davamı..