Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
25 Avqust 16:18
Şərh Yoxdur
19024

Borcu alıb, qaytarmaq niyyəti olmayan oğru hökmündədir

Nəql edilir ki, Peyğəmbərin (s) zamanında bir kişi dünyasını dəyişir ki, iki dinar borcu var idi. Peyğəmbərə (s) xəbər göndərirlər ki, gəlib meyit namazı qılsın. Ancaq Həzrət (s) namaz qılmaqdan imtina edir, çünki həmin şəxs borclu halda vəfat etmişdi.

Əbu Səmamə nəql edir ki, İmam Cavada (ə) belə bir sual verdim: “Həccə getmək istəyirəm, ancaq bir nəfərə borcum vardır. Nə buyurursunuz?”.

Həzrət (ə) buyurdu: “Get borcunu əda et. Ehtiyatlı ol ki, Allahla boynunda borc olan halda görüşməyəsən. Həqiqətən, mömin xəyanət etməz”.

İbni Vəhəb nəql edir: “İmam Sadiqə (ə) dedim: “Bizə xəbər gəlib çatmışdır ki, ənsardan olan bir nəfər ölmüşdür, o halda ki, borcu var idi. Peyğəmbər (s) də ona namaz qılmamışdı və buyurmuşdu: “Siz insanlar da ona namaz qılmayın o zamana qədər ki, borcunu ödəsinlər””. İmam (ə) buyurdu: “Doğrudur”. (Tebyan/Deyerler)

İmam Sadiq (ə) buyurur: “Borcunuzu yüngülləşdirin ki, borcun yüngül olmasında ömrün uzun olması vardır”.

İmam Sadiq (ə) buyurur: “Oğrular üç nəfərdirlər: o kəs ki, zəkat verməkdən çəkinər, o kəs ki, qadınların mehriyyəsini yeməyi halal bilər və onu əda etməkdən çəkinər, o kəs ki, pulu borc alar və onu əda etmək niyyətində olmaz”.

İmam Sadiq (ə) buyurur: “Ey Yunus! Hər kim möminin haqqını həbs edər, Allah Qiyamətdə onu 500 il ayaq üstünə saxlayar ki, tərindən bulaqlar axar. Allah tərəfindən olan bir carçı car çəkər: “Bu, həmin o zalımdır ki, möminin haqqını həbs etmişdir”. 40 il onu cəzalandırarlar, sonra fəryad çəkərlər ki, onu atəşə tərəf aparsınlar”.

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi Əhli-Sünnənin böyük hədis alimi, fəqih və məzhəb imamı Əhməd ibn Hənbəl özünün “əl-Müsnəd” adlı... Davamı..

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu “Sanki dünya heç yox imiş və sanki axirət əzəldən var imiş” İmam Baqirdən (ə) rəvayət olunan... Davamı..

Aşura gününün əməlləri

İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinə əzadarlıq etmək. İmam Rza (ə) buyurur: “Allah-Taala, “Aşura” günü işlərini tərk edən şəxsin dünya və axirət... Davamı..

Tasua Gününün Əməlləri

1. Namazlar Gecənin sonunda 4 rükət namaz Hər rükətdə “Həmd” surəsindən sonra: Ayətül-kürsü – 10 dəfə “İxlas” surəsi – 10 dəfə “Fələq”... Davamı..

Məhərrəm ayının birinci gününün əməlləri

“Məhərrəm” – Əhli-beytin və şiələrinin matəm ayıdır. İmam Rzadan (ə) nəql olunur ki, Məhərrəm ayı daxil olanda, heç kim atam imam Kazimi... Davamı..

Qədir-Xum gününün əməlləri

Zil-hiccə ayının 18-i  “Qədir-Xum” gündür və İslamda ən böyük bayramlardan biridir. Bir rəvayətdə imam Sadiqdən (ə): “Müsəlmanların cümə günü, “Fitr” və “Qurban”... Davamı..

Qurban bayramının əməlləri

Zilhiccə ayının 10-cu günü  Qurban bayramıdır və çox şərəfli bir gündür. Həmin günün bir neçə əməli vardır. 1. Qüsl etmək; 2. Bayram... Davamı..

ƏRƏFƏ GÜNÜ – DUA GÜNÜ

Ərəfə” günü bütün rəmz və sirləri ilə birgə yenə gəlib çatmaqdadır. Mərifət günü, elə bir gün ki, qəlblərin baxışı səmaya dikəlib! “Ərəfat”... Davamı..