Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
19 Oktyabr 09:02
Şərh Yoxdur
8113

Belə şəxsləri görən zaman bil ki, onlar Cəfəri şiələridir

İmam Əli (ə) buyurub: “Allahın Peyğəmbərinə (s) insanların mənə paxıllıq etmələrindən şikayətləndim. O Həzrət (s) buyurdu: Ey Əli! Cənnətə daxil olacaq ilk dörd nəfər Mən, Sən, Həsən və Hüseyndir. Bizim  arxamızda övladlarımız Cənnətə daxil olacaqlar. Onların arxasında bizi sevənlər, sağ-solumuzda da bizim şiələrdir.[1]

İmam Baqir (ə) buyurub: “Peyğəmbərin (s) zövcəsi Ümmü Sələmədən Əli ibn Əbutalib (ə) barədə soruşduqda dedi: Allahın Rəsulundan (s) eşitdim ki, Əli və onun şiələri elə nicat tapanlardır.”[2]

 

 

İmam Əli (ə) (Nouf Bəkaliyə xitabən) buyurub: “Ey Nouf! Bilirsənmi mənim şiəm kimdir?” Ərz etdi:”Xeyr, Allaha and olsun, bilmirəm.” Buyurdu: “Mənim şiələrimin (oruc tutmağın təşnəliyindən) dodaqları qurumuş, (aclıqdan) qarınları bellərinə yapışmışdır. Təqva onların üzlərindən görünər, gecənin abidləri və gündüzün şirləridirlər.[3]

 

 

imam Həsən (ə) “Mən sizin şiələrdənəm” deyən kişinin cavabında dedi: “Ey Allahın bəndəsi! Əgər bizim əmr və qadağalarımıza itaət edirsənsə, doğru deyirsən. Yox, əgər belə deyilsənsə, əhli olmadığın ali məqam iddiası ilə öz günahlarını artırma. Demə ki, “mən sizin şiələrdənəm.” De ki, “mən sizi sevənlərdən və sizin düşmənlərinizin düşmənlərindənəm.” Belə olan halda, sən yaxşı insansan və yaxşıya tərəf istiqamət götürmüsən.”[4]

 

 

İmam Baqir (ə):buyurub: “Bizim şiələrimiz yalnız Allahdan qorxan və Onun əmrinə itaət edənlərdir. Onlar təvazökarlıq, sadəlik, əmanətə sadiqlik və Allahı çox yad etməkdən başqa bir şeylə tanınmazlar.”[5]

 

 

İmam Sadiq (ə) buyurub: “Əslində Əli şiəsi qarın və qasıq iffətinə malikdir, (ibadətdə və nəfslə mübarizədə) çalışqandır, Yaradanı üçün işləyən, Onun mükafatına ümidvar olan və Onun cəzasından qorxandır. Belə şəxsləri görən zaman bil ki, onlar Cəfəri şiələridir.”[6]

 

www.ahliman.info

[1] əl-İrşad, c.1, səh. 43

[2] əl-İrşad, c.1, səh. 41

[3] Biharul-Ənvar, c.78,səh. 28, hədis95

[4] Tənbihul-Xəvatir, c.2, səh.106

[5] Tuhəful-Uqul,səh. 295

[6] əl-Kafi, c.8,səh. 215, hədis9

Digər “Mənəviyyat ” Xəbərləri

Bəşir ibn Əmr əl-Həzrəmi Bəşir Yəmənin Həzrəmut vilayətindəndir

Bəşir ibn Əmr əl-Həzrəmi Bəşir Yəmənin Həzrəmut vilayətindəndir. Kərbəlada şəhid oldu. Adı Kərbəla şəhidlərinə məxsus Rəcəbiyyə ziyarətində də keçir. O, əshabdan ən... Davamı..

“Səlvətul-Həzin” Qəmliləri xoşhal edən

“Səlvətul-Həzin” Qəmliləri xoşhal edən İmam Zeynülabidin Əli ibn Hüseyn əs-Səccad (ə) buyurub: Aşura günü atam (ə) bədəninin yaralarından qan gəldiyi halda məni... Davamı..

“Allahın bəndəyə vacib etdiyi ilk iş namazdır

“Allahın bəndəyə vacib etdiyi ilk iş namazdır. Ölüncəyədək öz qüvvəsində qalan iş – (və ölüm zamanı insan üçün qalan son ümid də)... Davamı..

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi Əhli-Sünnənin böyük hədis alimi, fəqih və məzhəb imamı Əhməd ibn Hənbəl özünün “əl-Müsnəd” adlı... Davamı..

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu “Sanki dünya heç yox imiş və sanki axirət əzəldən var imiş” İmam Baqirdən (ə) rəvayət olunan... Davamı..

Aşura gününün əməlləri

İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinə əzadarlıq etmək. İmam Rza (ə) buyurur: “Allah-Taala, “Aşura” günü işlərini tərk edən şəxsin dünya və axirət... Davamı..

Tasua Gününün Əməlləri

1. Namazlar Gecənin sonunda 4 rükət namaz Hər rükətdə “Həmd” surəsindən sonra: Ayətül-kürsü – 10 dəfə “İxlas” surəsi – 10 dəfə “Fələq”... Davamı..

Məhərrəm ayının birinci gününün əməlləri

“Məhərrəm” – Əhli-beytin və şiələrinin matəm ayıdır. İmam Rzadan (ə) nəql olunur ki, Məhərrəm ayı daxil olanda, heç kim atam imam Kazimi... Davamı..