Qurani-Kərim behişti çox gözəl şəkildə təsvir etmişdir. Quranın bu təsvirləri behiştin həm maddi, həm mənəvi və həm də ruhani cəhətlərinə toxunmuşdur. Tövrat və İncildə də behişt təsvir edilmidir. Orada olan təsvirlər ən çox mənəvi cəhətdən behişti təsvir etməyə çalışmışdı. Bundan başqa mənbələri möhkəm deyildir. Çünki əlimizdə olan Tövrat və İncil əsl nüsxələr deyildir. Hal-hazırda kitabxanalarda olan Tövrat və İncil dəyişdirilmiş kitablardır ki, hər il üzərində işləyir və onu azaldıb çoxaldırlar. Ona görə də verdiyi məlumatlarının mənbəsi möhkəm sayılmır. Ona görə də əsas Quranın bizlərə verdiyi təsvirlərə diqqət edəcəyik. Tövrat və İncildki təsvirlərə də işarə edəcəyik.
Quran behişti belə təsvir edir:
1. “İman gətirib yaxşı işlər görən şəxslərə müjdə ver ki, onlar üçün (evlərinin və ağaclarının) altından çaylar axan cənnətlər(və ya bağlar) vardır. Həmin bağlardan onlara ruzi olaraq bir meyvə verilən zaman deyərlər: «Bu, əvvəldən (dünyada) bizim ruzimiz olmuş şeydir». Və onların yanına bütün meyvələr (gözəllik və lətafət baxımından) bir-birinə oxşar gətirilər. Orada onlar üçün pak zövcələr vardır və onlar orada əbədi qalacaqlar”. (“Bəqərə” 25).
2. “İman gətirib yaxşı işlər görən kəsləri tezliklə (qəsrlərinin və ağaclarının) altından çaylar axan cənnətlərə daxil edəcəyik. Onlar orada həmişəlik və əbədi qalarlar. Onlar üçün orada pak zövcələr vardır və onları geniş və sabit kölgə altına daxil edərik”. (“Nisa” 57).
3. “Allah mömin kişilərə və möminə qadınlara (ev və ağaclarının) altından çaylar axan, əbədi qalacaqları cənnətlər vəd etmişdir. Həmçinin əbədi cənnətlərdə pak məskənlər! Allah tərəfindən olan razılıq (isə bütün nemətlərdən) böyükdür”. (“Tövbə” 72).
4. “Təqvalılara vəd edilmiş cənnətin vəsfi belədir: Onun (evlərinin və ağaclarının) altından daim çaylar axır, onun bol meyvəsi, yeməkləri və ruzisi daimi, kölgəsi həmişəlikdir”. (“Rəd” 35).
5. “Və həqiqətən təqvalılar (o dünyada) bağlarda və bulaqlar(ın başın)da olacaqlar”.(“Hicr” 45).
6. “Və onların qəlblərində olan kin-küdurəti (batil düşüncələr və xarab xislətləri) elə çıxarıb atdıq ki, taxtlar üzərində qardaşcasına bir-birlərinin qarşısında əyləşərlər”. (“Hicr” 47).
7. “İman gətirən və saleh işlər görən kəsləri, şübhəsiz altından çaylar axan cənnət otaqlarında əbədi olaraq yerləşdirəcəyik”. (“Ənkəbut” 58).
8. “Təqvalılara vəd edilmiş cənnətin vəsfi (belədir): Orada dad və ətiri qaçmamış sudan çaylar, tamı dəyişməmiş süddən çaylar, içənlər üçün büsbütün ləzzət olan şərabdan çaylar və saflaşdırılmış baldan çaylar vardır”. (“Muhəmməd (s)” 15).
9. “Onlar üçün altından çaylar axan əbədi cənnətlər vardır. Onlar orada taxtların üzərində söykənmiş halda qızıl bilərziklərlə bəzədilər və yaşıl rəngli nazik və qalın ipək paltarlar geyinərlər”. (“Kəhf” 31).
10. “Onlar orada qızıl qolbağlar və mirvari (boyunbağılarla) bəzədilərlər və onların oradakı (adi) libasları – naxışlı ipəkdəndir”. (“Həcc” 23).
11. “Onların dövrəsində (Behiştdə axan bulaqdan götürülən) saf şərabla dolu kasalar dolandırılar, Ağappaq və içənlər üçün başdan-başa ləzzət olan bir şərab”. (“Saffat” 45-46).
12. “Astarları qalın ipəkdən olan yataqların üzərində (arxalıqlara) söykənərlər və hər iki bağın meyvələri yaxın və əlçatan olar!”. (“Rəhman” 54).
13. “O iki cənnətdə (hər növ) meyvə (ağacı), xurma və nar ağac(lar)ı vardır”. (“Rəhman” 68).
14. “Çadırlar içərisində pərdə arxasında oturmuş (və yadların gözlərindən uzaq) hurilər”.(“Rəhman” 72).
15. “Və onların ətrafında (yeməklə dolu) qızıl kasalar və (pak içki ilə dolu) kuzələr dolandırılacaqdır. Orada ürəklərin istədiyi və gözlərin ləzzət aldığı (hər) şey hazırdır. Siz orada əbədisiniz”. (“Zuxruf” 71).
16. “Onların dövrəsində (təravət və cavanlığı) həmişəlik olan və qolbağı taxmış oğlanlar dolanacaqlar”. (“Vaqiə” 17).
17. “(Çeşmədən) axan şərab kuzələri, bardaqları və piyalələri ilə! Ondan (o şərabdan) nə başları ağrıyar, nə də ağıllarını itirərlər. Və seçdikləri meyvələrlə. Və meyilləri çəkən quş əti ilə. Və (orada onlar üçün) ağ dərili, iri gözlü gözəl qadınlar (vardır)”. (“Vaiqə” 18-22).
18. “(Ağaclarının) kölgələri onların başları üstünə kölgə salacaq, yetişmiş meyvələri isə asanlıqla əyiləcək və onların ixtiyarına veriləcək”. (“İnsan” 14).
19. “Cövhəri gümüşdən olan elə büllur (qədəhlərdir) ki, (cənnətdəkilər, yaxud xidmətçiləri) onları istədikləri ölçüdə hazırlamışlar”. (“İnsan” 16).
20. “Və o şərabın qarışığı (yuxarıdan aşağıya axan) «təsnim» (çeşməsin)dəndir. O, elə bir çeşmədir ki, ondan (Allah) dərgahına yaxın olanlar içərlər”. (“Mutəffifin” 27-28).
Bərnaba İncilində deyilir: “Dənizin qumlarınını sayı qədər çoxluqdur. Götürdüyün bir dənə şey yenidən qayıdar. Behişt ənciri gözəldir və çoxdur. Burada yediyin əncir ilə oradakını müqayisə et”. İncilin başqa yerində oxuyuruq: “Lakin behiştdə cisim məhv olmaz. Hər bir bədbəxtlikdən uzaqdır və orada olan yeməklərdə heç bir eyb və xarab olmaq yoxdur”.
Tövratda oxuyuruq: “O behiştdə çaylar bayıra axar və Firdovsu sulayan üçün dörd hissəyə bölünər: Birinci hissəsi Fişundur ki, Nil olur. İkinci hissəsi Ceyhundur. Üçüncü hissəsi Dəcladır. Dördüncü hissəsi Fəratdır”.