Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
5 Oktyabr 16:36
Şərh Yoxdur
3225

Behiştdə həyat yoldaşı necə seçilir?

Bəzi hədislərimizdə oxuyuruq ki, o mömin qadın və kişi ki, bu dünyada ailədə qurublar, axirətdə də bir-birindən ayırlmazdılar. Belə bir sual yaranır ki, bu, bir qanundurmu? (Tebyan/Deyerler)

Hər şeydən əvvəl demək olar ki, insanın axirətdəki yaşayışının xırdalıqları bizlərə aydın deyildir. Biz ancaq bəzi hədis və ayələrə görə bu haqda nəzər verə bilərik.

Başqa bir nöqtə isə budur ki, bir qadınla kişinin evliliyi ancaq bu dünyaya aid olan məsələdir O kişilərin ki, bu dünyada həyat yoldaşları vardır, axirətdə də o cür olması zəruri deyildir. Çünki qadınla kişi arasında oxunan əqd duası – bu dünyaya aid olan bir məsələdir. Axirətdə hər kəs öz əməlinin qonağıdır.

Bəzi hədislərimizdə oxuyuruq ki, Allah bəzi saleh qadınları hurul-eynə çevirər və behiştdə saleh həyat yoldaşları ilə yaşayarlar. Ancaq bu hədislərdən belə nəticə çıxartmaq olmaz ki, hər bir qadın və ya kişi axirətdə də həmin insanla yaşamağa məcburdur. Ancaq əgər özü istəyərsə, həmin həyat yoldaşı ilə axirətdə də bir yerdə yaşaya biləcəkdir.

Həmçinin “Təfsirül-bəyan”da oxuyuruq ki, behiştdə insana nəsib olan qadın – həmin o qadındır ki, dünyada onunla evli idi. Ancaq axirətdə hurul-eyn şəklində olar.

Belə bir sual meydana gəlir ki, bəs o qadınlar ki, dünyada ailə qurmayıblar və ya həyat yoldaşları cəhənnəm əhlidirlər, onların aqibəti necə olur? Asya kimi.

Demək olar ki, behiştdə, behişt əhli üçün hər şey hazır olar. Hər bir ləzzət onların ixtiyarına qoyular. Həmçinin bu qadınlar da behiştin saleh kişiləri ilə ailə qurar və bir yerdə yaşayarlar.

Məsələn Quranda oxuyuruq: “Orada ürəklərin istədiyi və gözlərin ləzzət aldığı (hər) şey hazırdır”. (“Zuxruf” 71).

Beləliklə deyə bilərik ki, behişt qadınları saleh həyat yoldaşları ilə bir yerdə behiştdə yaşayarlar. Behiştin hər bir üzvü üçün orada pak həyat yoldaşları olar. “İman gətirib yaxşı işlər görən şəxslərə müjdə ver ki, onlar üçün (evlərinin və ağaclarının) altından çaylar axan cənnətlər (və ya bağlar) vardır. Həmin bağlardan onlara ruzi olaraq bir meyvə verilən zaman deyərlər: «Bu, əvvəldən (dünyada) bizim ruzimiz olmuş şeydir». Və onların yanına bütün meyvələr (gözəllik və lətafət baxımından) bir-birinə oxşar gətirilər. Orada onlar üçün pak zövcələr vardır və onlar orada əbədi qalacaqlar”. (“Bəqərə” 25).

Behişt qadınları da behişt kişiləri kimi behiştin hər bir nemətindən bəhrələnə biləcəklər. Həmçinin ürəkləri istəyən həyat yoldaşları ilə ailə qura biləcəklər.

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi Əhli-Sünnənin böyük hədis alimi, fəqih və məzhəb imamı Əhməd ibn Hənbəl özünün “əl-Müsnəd” adlı... Davamı..

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu “Sanki dünya heç yox imiş və sanki axirət əzəldən var imiş” İmam Baqirdən (ə) rəvayət olunan... Davamı..

Aşura gününün əməlləri

İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinə əzadarlıq etmək. İmam Rza (ə) buyurur: “Allah-Taala, “Aşura” günü işlərini tərk edən şəxsin dünya və axirət... Davamı..

Tasua Gününün Əməlləri

1. Namazlar Gecənin sonunda 4 rükət namaz Hər rükətdə “Həmd” surəsindən sonra: Ayətül-kürsü – 10 dəfə “İxlas” surəsi – 10 dəfə “Fələq”... Davamı..

Məhərrəm ayının birinci gününün əməlləri

“Məhərrəm” – Əhli-beytin və şiələrinin matəm ayıdır. İmam Rzadan (ə) nəql olunur ki, Məhərrəm ayı daxil olanda, heç kim atam imam Kazimi... Davamı..

Qədir-Xum gününün əməlləri

Zil-hiccə ayının 18-i  “Qədir-Xum” gündür və İslamda ən böyük bayramlardan biridir. Bir rəvayətdə imam Sadiqdən (ə): “Müsəlmanların cümə günü, “Fitr” və “Qurban”... Davamı..

Qurban bayramının əməlləri

Zilhiccə ayının 10-cu günü  Qurban bayramıdır və çox şərəfli bir gündür. Həmin günün bir neçə əməli vardır. 1. Qüsl etmək; 2. Bayram... Davamı..

ƏRƏFƏ GÜNÜ – DUA GÜNÜ

Ərəfə” günü bütün rəmz və sirləri ilə birgə yenə gəlib çatmaqdadır. Mərifət günü, elə bir gün ki, qəlblərin baxışı səmaya dikəlib! “Ərəfat”... Davamı..