Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
27 Avqust 10:04
Şərh Yoxdur
17414

Behiştə getmək çox mühüm deyildir, behişti görmək mühümdür

Ayətullahul-üzma Cavadi Amuli əxlaq dərslərinin birində buyurmuşdur: “Behiştə çatmaq üçün iki yolumuz vardır. Bir yolu dərs və bəhs yolu ilədir ki, hövzə və institutlar bu məsuliyyəti daşıyırlar. Biri isə nəfsi islah etmək yoludur ki, oraya gecə namazı, məscid və hüseyniyyə daxil olur.

 

Əmirəl-möminin (ə) buyurur: “Behiştə getmək çox mühüm deyildir, behişti görmək mühümdür! Sizin səyiniz ancaq onun üçün olmasın ki, behiştə düşəsiniz. Çalışın behişti görün”.

 

İmam (ə) tövsiyə etdiyi bu yolda isə hər iki şey olmalıdır: həm elm və həm də nəfsin islahı.

 

Biz niyə dərsdən başqa bir yolların da olmasını düşünməyək ki? Çünki behiştə getmək üçün məscid də vardır, hüseyniyyə də vardır. Niyə hövzəni məscid kimi idarə etməyək ki? Niyə bu yolla yaşamayaq ki?

 

O zaman ki, insan bir kitabı oxuyar, oradakı səhnələri görər, filmləri görər, kiminsə sözünə qulaq asar. Əgər həmin kitab Allah və Peyğəmbər (s) haqqındadırsa, o zaman insan Allaha ibadət edər və Peyğəmbərə (s) itaət edər. Əgər başqa şeylərə aiddirsə, o zaman həmin kitabda adı çəkilən hava və suya və s. ibadət edər.

 

O zaman ki, Əbuzəri Rəbəzəyə sürgün edirlər, Əmirəl-möminin (ə) buyurur: “Əbazər, Rəbəzə elə yerdir ki, nə suyu vardır və nə də yaşamaq üçün havası. Ancaq bil ki, əgər yerin bütün səthi mis kimi olsa ki, yerdə heç bir şey bitməz, səmadan bir damcı belə yağış yağmaz – Allah yenə də bəndəsini idarə edə bilər.

Əbuzər deyir: “Mən bilirəm və əminəm”.

 

Ona görə də əzizlərim! Biz hər nə də qədər alim olarıqsa, yəni elmimiz hər nə qədər artarsa – ixlasımız çoxalar, sözlərimizin təsiri çox olar. Cəmiyyət bizim sözlərimiz ilə əməllərimizin arasındakı fərqi yaxşı bilir. Onlar heç bir zaman dinə qarşı bədgüman olmurlar. Çünki kimin pis əməl olduğunu yaxşı bilir və deyirlər ki, bunlar əməlsiz alimlərdirlər.

 

Ona görə də biz gərək çalışaq ki, məscidləri alimcəsinə sözlər və Quranla idarə edək. Bu zaman sözlərimizin təsiri çox olacaq və həm insanın özünə təsir qoyacaqdır, həm də cəmiyyətə”. (Tebyan/Deyerler)

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

Bəşir ibn Əmr əl-Həzrəmi Bəşir Yəmənin Həzrəmut vilayətindəndir

Bəşir ibn Əmr əl-Həzrəmi Bəşir Yəmənin Həzrəmut vilayətindəndir. Kərbəlada şəhid oldu. Adı Kərbəla şəhidlərinə məxsus Rəcəbiyyə ziyarətində də keçir. O, əshabdan ən... Davamı..

“Səlvətul-Həzin” Qəmliləri xoşhal edən

“Səlvətul-Həzin” Qəmliləri xoşhal edən İmam Zeynülabidin Əli ibn Hüseyn əs-Səccad (ə) buyurub: Aşura günü atam (ə) bədəninin yaralarından qan gəldiyi halda məni... Davamı..

“Allahın bəndəyə vacib etdiyi ilk iş namazdır

“Allahın bəndəyə vacib etdiyi ilk iş namazdır. Ölüncəyədək öz qüvvəsində qalan iş – (və ölüm zamanı insan üçün qalan son ümid də)... Davamı..

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi Əhli-Sünnənin böyük hədis alimi, fəqih və məzhəb imamı Əhməd ibn Hənbəl özünün “əl-Müsnəd” adlı... Davamı..

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu “Sanki dünya heç yox imiş və sanki axirət əzəldən var imiş” İmam Baqirdən (ə) rəvayət olunan... Davamı..

Aşura gününün əməlləri

İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinə əzadarlıq etmək. İmam Rza (ə) buyurur: “Allah-Taala, “Aşura” günü işlərini tərk edən şəxsin dünya və axirət... Davamı..

Tasua Gününün Əməlləri

1. Namazlar Gecənin sonunda 4 rükət namaz Hər rükətdə “Həmd” surəsindən sonra: Ayətül-kürsü – 10 dəfə “İxlas” surəsi – 10 dəfə “Fələq”... Davamı..

Məhərrəm ayının birinci gününün əməlləri

“Məhərrəm” – Əhli-beytin və şiələrinin matəm ayıdır. İmam Rzadan (ə) nəql olunur ki, Məhərrəm ayı daxil olanda, heç kim atam imam Kazimi... Davamı..