Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
5 İyul 16:24
1 Şərh
11311

Adambaşına nə qədər fitrə pulu düşür?

Adambaşına nə qədər fitrə pulu düşür?

Hacı Əhliman Rüstəmov: “Hər bir oruc tutan şəxs ay göründükdən sonra gecikmədən fitrə çıxarmalıdır. Lakin ay görünmədən, bayramın daxil olmağı bilinmədən fitrə vermək düzgün hesab edilmir”

 

Dünya müsəlmanları artıq mübarək Ramazan ayının 29-cu gününü qeyd edirlər. Bu müqəddəs ayın bir çox vacib əməllərini yerinə yetirməyə çalışırlar. Ramazan bayramına sayılı gün qaldığından hər bir müsəlmanın boynuna düşən vacib əməllərdən biri də fitrə zəkatı çıxarmaqdır. Fitrə çıxarmaq imkanı olan və oruc tutan hər bir müsəlmana vacib buyurulub. İmam Sadiq(ə) buyurub: “Həqiqətən, oruc zəkat verməklə tamamlanır. Kim qəsdən zəkat verməyi tərk edərsə, oruc tutmayan şəxs kimidir”.

 

Bəs görəsən oruc tutan müsəlman nə vaxt fitrə çıxarmalıdır və bu əməlin hansı savabları var?. Ümumiyyətlə fitrə çıxarmaq kimlərə vacib sayılmır?

 

“İslaminSesi”nin ünvanladığı sualları ilahiyyatçı alim hacı Əhliman Rüstəmov cavablandırıb. İlahiyyatçı bildirib ki, Ramazan ayının 29-cu günü qürub vaxtı ay görünərsə, o zaman 30-cu gün bayram olacaq. Əgər ay görünməsə Ramazanın 30-cu günü (iyulun 6-sı) oruc tutulacaq. İyul ayının 7-si isə bayram qeyd ediləcək.
Hacı Əhliman Rüstəmov bildirib ki, hər bir oruc tutan müsəlman ən çox istifadə etdiyi qida məhsulunun 3 kq çəkisi dəyərində fitrə çıxarmalıdır: “Biz ən çox çörək yeyirik. Ona görə də, un, buğda, düyü və bu kimi ərzaq məhsullarının 3 kq misli dəyərində fitrə verilməlidir. Ümumilikdə hər adam minimum 3 manat civarında fitrə çıxarmalıdır. Əgər bir insanın gündəlik tələbatını ödəmək imkanı varsa mütləq fitrə çıxarmalıdır. Dolanışığında çətinlik olan, gündəlik qida tələbatını ödəyə bilməyən müsəlmana isə fitrə vermək vacib buyurulmur.”
İlahiyyatçının sözlərinə görə, fitrə verməyin savabları haqda çoxlu hədislər mövcuddur: “Hətta fitrə çıxarmayan şəxsin orucunun qəbul olunmayacağı da hədislərdə öz əksini tapıb. Bununla yanaşı dinimizdə kasıba əl tutmaq, acları doyurmaq xeyir əməl kimi göstərilib. Ona görə də, bütün bunlar fitrə verməyin savabı kimi dəyərləndirilir. Hər bir oruc tutan şəxs ay göründükdən sonra gecikmədən fitrə çıxarmalıdır. Lakin ay görünmədən, bayramın daxil olmağı bilinmədən fitrə vermək düzgün hesab edilmir”.

 

www.ahliman.info

Digər “Müsahibələr ” Xəbərləri

Bu il adambaşına nə qədər fitrə pulu verilməlidir?

İmam Sadiq (ə) buyurub: “Həqiqətən, oruc zəkat verməklə tamamlanır. Kim qəsdən zəkat verməyi tərk edərsə, oruc tutmayan şəxs kimidir”.   İlahiyyatçı alim hacı... Davamı..

Allah istəyən kimi orucluğu başa vurmaq lazımdır – ilahiyyatçı (Arxivdən)

Artıq Ramazan ayının böyük bir hissəsi geridə qalıb. İnsanlarımız çalışmalıdırlar ki, mümkün qədər bu ayın fəzilətindən istifadə etsinlər. Allah yanında təqva və... Davamı..

Hacı Əhliman FİTRƏ zəkatının məbləğini açıqladı

İmam Sadiq (ə) buyurub: “Həqiqətən, oruc zəkat verməklə tamamlanır. Kim qəsdən zəkat verməyi tərk edərsə, oruc tutmayan şəxs kimidir”. İlahiyyatçı alim hacı Əhliman... Davamı..

Hacı Əhliman FİTRƏ zəkatının məbləğini elan etdi

İlahiyyatçı alim hacı Əhliman Rüstəmov bildirib ki, ölkəmizdə 2020-ci ilin fitrə zəkatının məbləği adambaşına unun qiymətinə görə 1.80 manat, düyünün qiymətinə görə... Davamı..

Hacı Əhliman bu il üçün Ramazan fitrəsinin məbləğini açıqlayıb

Fitrə çıxarmaq imkanı olan və oruc tutan hər bir müsəlmana vacib buyurulub. İmam Sadiq (ə) buyurub: “Həqiqətən, oruc zəkat verməklə tamamlanır. Kim qəsdən... Davamı..

“Əzadarlıq saxlamaq əslində islama ehtiramdır”(Arxivdən)

  Hacı Əhliman Rüstəmov: “Kiminsə atası ölsə, o heç vaxt həmin ərəfədə toy eləməz. Məhərrəm ayında da İmamımız şəhid olub” Hər il... Davamı..

Hacı Əhliman Rüstəmov bu il üçün Ramazan fitrəsinin məbləğini açıqlayıb

Fitrə çıxarmaq imkanı olan və oruc tutan hər bir müsəlmana vacib buyurulub. İmam Sadiq (ə) buyurub: “Həqiqətən, oruc zəkat verməklə tamamlanır. Kim qəsdən... Davamı..