Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
14 Yanvar 14:43
1 Şərh
4223

Bəzi ayələri Cəbrayil (ə) gətirməmişdir, Peyğəmbərimizə (s) vasitəsiz gəlmişdir

Heç bilirsinizmi ki, Həzrət Peyğəmbər (s) Quranın bəzi ayələrini vasitəsiz olaraq birbaşa Allahdan almışdır?

Quran elmini tədqiq edən alimlərin nəzərinə görə, Quran ayələrinin bəzisi Cəbrayl (ə) tərəfindən və bəzisi də birbaşa Allah tərəfindən Peyğəmbərə (s) nazil edilmişdir. (Tebyan/Deyerler)

Qurani-Kərim Allahın vəhy nazil etməsinin üç yolu olduğuna işarə edir və buyurur: “Heç bir insana Allahla danışmaq yaraşmaz və mümkün olmaz(mətləbin duyğuların rolu olmadan, ya yuxuda ya da oyaq vaxtı, birbaşa və ya mələk vasitəsi ilə gizli şəkildə sürətlə təlqin edilməsindən ibarət) vəhy, yaxud (qeyb) pərdə(si)arxasından (danışmaq) və ya (mələklərdən) bir elçi göndərərək Öz izni (və nəzarəti) ilə istədiyini (şəxsin görməsi və səsini eşitməsi ilə) vəhy etməsi istisnadır. Həqiqətən Allah uca məqamlı və hikmət sahibidir”. (“Şura” 51).

Bu ayənin buyurduğu kimi, vəhyi əldə etməyin yollarından biri birbaşa Allahdan nazil olmasıdır. Başqa bir ayə bunu təsdiq edir: “(Ya Peyğəmbər!) Həqiqətən, bu Qur’an hikmətli olan və (hər şeyi) bilən (Allah) tərəfindən sənə verilir”. (“Nəml” 6).

Bu, elə zamandır ki, Allah vasitəsiz olaraq Peyğəmbərinə (s) təcəlli edər.

Vəyhin başqa bir növü pərdə arxasından verilməsidir, ağac və ya hansısa səs kimi. Burada danışan Allahdır və ağac da onun danışıqlarının nişanəsidir.

Üçüncü növ isə hamının bildiyi kimi, mələk vasitəsilə nazil olur. “Çünki o, Qur’anı sənin qəlbinə Allahın əmri (və ya əzəli iradəsi)ilə ondan qabaq olan (səmavi kitab)ların təsdiq edicisi və möminlər üçün hidayət və müjdə olaraq nazil edib”. (“Bəqərə” 97).

Vəhyin ən çətin forması məhz birbaşa Allahdan alınan vəhydir. Yəni, Peyğəmbər (s) heç bir vasitə olmadan Allahla rabitə yaratmağa çalışır və vəyhi birbaşa Onun özündən alır. Bu məsələ biz insanların dərki üçün çətin olsa da, ancaq mümkün olan bir işdir. Peyğəmbərin (s) ruhu o qədər güclü idi ki, Allahla birbaşa rabitə qurmağa tutumu var idi. Aşiqin qarşısına çıxmaq üçün məşuqda bu qabiliyyət olmalıdır. Hər kəs bu qabiliyyətə malik ola bilməz.

Həzrət Peyğəmbər (s) vəhyi bu cür qəbul edən zaman özündə ağırlıq hiss edərdi və bütün bədəni isinər və qaynar olardı. Mübarək alnından tər axardı. Əgər miniyə minmiş olsaydı, heyvanın beli əyilərdi.

İmam Əli (ə) buyurur: “O zaman ki, “Maidə” surəsi Peyğəmbərə (s) nazil oldu, o, Şəhba adlı bir qatıra minmişdi və vəhy ona ağırlıq etdi. Belə ki, heyvan dayandı və qarnı aşağı düşdü. Gördüm ki, az qalır göbəyi yerə dəysin. Bu zaman Peyğəmbər (s) özündən getdi və başını səhabələrdən birinin başına söykədi”.

İbadə ibni Samət nəql edir: “Vəhy nazil olan zaman Peyğəmbərin (s) halı dəyişərdi və rəngi qaçardı. Bu zaman başını aşağı salardı və səhabələri də o cür edərdilər”.

Bəzən elə olurdu ki, Peyğəmbərin (s) mübarək ayağı yaxınlardan birinin ayağı üstündə olanda vəhy nazil olurdu və vəhyin ağırlığından Həzrətin (s) mübarək ayağının ağırlığına dözmək olmurdu.

Həzrət Peyğəmbər (s) meracda olan zaman da Allahın kəlamlarını vasitə olmadan birbaşa Özündən qəbul edirdi. Bu zaman nazil olan surələr: “Fatihə”, “Tövhid”, “Ali-İmran” surəsinin 18-19-cu ayələri, “Ayətül-kürsü”, “Həşr” surəsinin son ayələri olmuşdur.

 

www.ahliman.info

Digər “Əhli-Beyt ” Xəbərləri

İmam Həsənin (ə) həyatına qısa bir baxış

Səfər ayının 28-i  İslam Peyğəmbərinin (s) rehləti və imam Həsənin (ə) şəhadət günüdür. Elə bu münasibətlə əziz oxucularımıza başsağlığı verir və İslam... Davamı..

İSLAM PEYĞƏMBƏRİNİN (S) HƏYATI

Səfər ayının 28-i  İslam Peyğəmbərinin (s) rehləti və o həzrətin böyük nəvəsi imam Həsənin (ə) şəhadət günüdür. Bu münasibətlə əziz oxucularımıza başsağlığı verir və... Davamı..

Həzrət Rüqəyyənİn (ə) şəhadətİ

İmam Hüseynin (ə) kiçik qızı həzrət Rüqəyyənin (ə) anasının adı Ümmü-İshaqdır. O, 59-cu hicri-qəməri ilində Mədinə şəhərində dünyaya gəlmiş və 61-ci ilində... Davamı..

Əlidən (ə) itaət etmək Allah və Peyğəmbərindən (s) itaət etməkdir

Əlidən (ə) itaət etmək Allah və Peyğəmbərindən (s) itaət etməkdir Allah-Taala Qurani-Kərimin mübarək Nisa surəsinin 59-cu ayəsində buyurur: یَا أَیُّهَا الَّذِینَ آمَنُوا... Davamı..

İMAM ZEYNƏLABİDİN (Ə)-IN AĞLAR GÖZLƏRİ

İMAM ZEYNƏLABİDİN (Ə)-IN AĞLAR GÖZLƏRİ   Rəvayət olunur ki, İmam Zeynəlabidin (ə) yüksək helm və səbr məqamına malik olmasıyla yanaşı bu müsibətdə... Davamı..

MƏDİNƏ ŞƏHƏRİNİN SİMASI

Müəllif deyir: «Sonra İmam Zeynəlabidin (ə) əhli-beytlə Mədinəyə daxil oldu. Onlar öz qohum-əqrabasının evlərinə baxırdılar. Elə bil ki, evlər də şəhid olmuş... Davamı..

İMAM SƏCCAD (Ə)-IN MƏDİNƏ ƏHALİSİNƏ SÖYLƏDİYİ XÜTBƏ

İMAM SƏCCAD (Ə)-IN MƏDİNƏ ƏHALİSİNƏ SÖYLƏDİYİ XÜTBƏ   Bu vaxt İmam Zeynəlabidin (ə) əli iləişarə edib camaatı sakitləşdirdi və dedi:   فَقَالَ... Davamı..

Şəhidlər sərvəri imam Hüseynin oğlu imam Səccad (ə)həyatı haqqında qısa məlumat

Şəhidlər sərvəri imam Hüseynin oğlu imam Səccad (ə) şiələrin dördüncü imamıdır. Adı Əli, anası Şəhrəbanu, ən məşhur ləqəbi Zeynəlabidin və Səccaddır. O... Davamı..