Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
29 Yanvar 18:06
1 Şərh
3796

Bəsirət nədir? Bəsirətə mane olan amillər hansıdır?

Qurani-Kərimdə və “Nəhcul-bəlağə”də mühüm əhəmiyyətə malik olan mövzulardan biri də bəsirət mövzusudur. Bəsirətin mənası – qəlb əqidəsi, tanıma, yəqinlik, zirəklik və ibrətdir. İnsan bu qəlb əqidəsinin yardımı ilə həqiqətləri dərk edər – necə ki, insan zahiri gözü ilə ətrafını görər.

Quranda və “Nəhcul-bəlağə”də o kəslər ki, dünya haqqında səthi bilikləri vardır və hadisələrdən heç bir dərin nəticələr çıxartmırlar – bəsirətsiz insan adlandırmışdılar. Başqa bir tərəfdən isə o kəslər ki, maddi dünyaya olan elmlərindən savayı, qeyb həqiqətlərini də dərk edirlər – bəsirətə malik insanlar adlandırılmışdır. (Erfan/Deyerler)

İmam Əli (ə) bəsirətli insan haqqında buyurur: “O kəs ki, görəndir – baxışı dünyadan keçər və onun arxasında axirət evinə nəzər salar. Görən insan – dünyadan azuqə götürər, kor – dünyası üçün azuqə hazırlayar”.

Quranda buyurulur: “Bizim (elmi, cismani və maddi) qüvvətlər və (maddi və mənəvi məsələlərdə) bəsirətlər sahibi olan bəndələrimiz İbrahim, İshaq və Yəqubu yada sal”. (“Sad” 45).

Bəsirətə və təhlil qüdrətinə malik olmaq, hadisələri əvvəlcədən görməyi bacarmaq – həm fərdi və həm də ictimai zərurətlərdəndir. Hər kim bu tövfiqə malik olmazsa, onu çox ağrılı hadisələr gözləyər. Çünki haqla batili bir-birindən ayıra bilməz. Ona görə də özünü batil meydanında görər. Haqdan və bərəkətdən məhrum olar. Allah Təala bu insanlar haqqında buyurur: “Onların bəzisi sənə (sənin peyğəmbərlik dəlillərinə) baxır (amma dərk etmək və ibrət götürməkdə kordur)lar”. (“Yunus” 43).

İmam Əli (ə) buyurur: “Hər kim qarşısında olan şeyi görməkdən kor olar, şəkk toxumlarını iki böyrü arasında (sinəsində)əkər”.

Bəsirətli insan haqqında isə buyurur: “Görən o kəsdir ki, eşitsin və düşünsün, baxsın və görsün, ibrətlərdən bəhrə aparsın”.

 

Bəsirətə mane olan amilləri tanıyaq:

1. Nəhsi istəklərin ardınca getmək. Əgər insan ağıl qüvvəsinin yerinə, özünü nəfsinin və şeytanın əsiri edərsə, heç bir zaman haqq və batili bir-birindən ayıra bilməz. “Nəfsi istəyini öz məbudu etmiş və Allahın (onun batini küfrü və niyyətinin xəbisliyi barəsində olan) Öz elminə və onun məlumatına əsasən özbaşına buraxdığı, qulağını və qəlbini (bədbəxtlik möhürü ilə) möhürlədiyi və gözünə pərdə çəkdiyi kəsi gördünmü? Belə olan halda onu Allahdan başqa kim hidayət edə (bilə)r? Məgər ibrət götürmürsünüz?”. (“Casiyə” 23).

 

2. İfrat maddi sevgi. Əşyalara olan ifrat sevgi insanın ürəyini kor və kar edər.

 

3. Sağlam düşüncədən istifadə etməmək. O kəslər ki, həyatlarında sağlam düşüncədən istifadə etmirlər, bəsirətsizlik tələsinə düşürlər.

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

Peyğəmbəri-Əkrəmin (s) uzaqdan ziyarəti (oxunuşu və tərcüməsi)

Əllamə Məclisi “Zadul-məad” kitabında yazır ki, Şeyx Müfid, Şeyx Şəhid və Seyid ibn Tavusun qeydlərinə əsasən, Peyğəmbəri-Əkrəmi (s) Mədinədən başqa yerlərdən (uzaqdan)... Davamı..

MƏRİFƏTİN YEGANƏ YOLU-TƏCRÜBƏ

MƏRİFƏTİN YEGANƏ YOLU-TƏCRÜBƏ Ümumi bir anlayış olan təcrübi düşüncə elmi-tədqiqat sahəsində bir vasitə kimi ortaya çıxanda, mütəfəkkirlər təkcə bu düşüncə ilə təbiətin... Davamı..

ALLAHA İMAN 1

ALLAHA İMAN Qədim zamanlardan bəri, insanlar tam fəlsəfi-mücərrəd təfəkkür, yaxud dəlil-sübut metodu ilə əldə olunan düşüncə mərhələsinə yetişməmişdən əvvəl Allaha inanıb, iman... Davamı..

Ayət namazı necə qılınır? – QAYDA

2026-cı ilin ikinci və sonuncu Günəş tutulması bu gün – avqustun 12-də baş verəcək.  Bakı vaxtı ilə Günəş tutulması saat 19:34-də başlayacaq... Davamı..

Ərbəin’ gününün əməlləri

İmam Hüseynin (ə) ərbəinində o həzrəti yaxından ziyarət etmək müstəhəbdir və o həzrəti həmin gün ziyarət edən birinci şəxs Cabir ibn Abdullah... Davamı..

Bəşir ibn Əmr əl-Həzrəmi Bəşir Yəmənin Həzrəmut vilayətindəndir

Bəşir ibn Əmr əl-Həzrəmi Bəşir Yəmənin Həzrəmut vilayətindəndir. Kərbəlada şəhid oldu. Adı Kərbəla şəhidlərinə məxsus Rəcəbiyyə ziyarətində də keçir. O, əshabdan ən... Davamı..

“Səlvətul-Həzin” Qəmliləri xoşhal edən

“Səlvətul-Həzin” Qəmliləri xoşhal edən İmam Zeynülabidin Əli ibn Hüseyn əs-Səccad (ə) buyurub: Aşura günü atam (ə) bədəninin yaralarından qan gəldiyi halda məni... Davamı..

“Allahın bəndəyə vacib etdiyi ilk iş namazdır

“Allahın bəndəyə vacib etdiyi ilk iş namazdır. Ölüncəyədək öz qüvvəsində qalan iş – (və ölüm zamanı insan üçün qalan son ümid də)... Davamı..