Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
11 İyun 12:39
Şərh Yoxdur
3454

Bədənin sağlamlığı ilə bağlı İmam Rzadan (ə) 10 tövsiyə

İnsanın qidalanmasının birbaşa bədəninə təsiri vardır. Bu günün tibb elmi sübut etmişdir ki, əgər insan sağlam qidalanarsa, sağlam dəriyə malik ola bilər.

İmam Rzanın (ə) bununla bağlı əlamətdar tövsiyələri vardır ki, onlara nəzər salaq:

 

1. Yumurtanın ağından istifadə edərək dərini massaj etmək – onun yumşaq və lətif olmasına səbəb olar. İmam Rza (ə) buyurur ki, ancaq hər gün yumurta yeməkdən çəkinin, çünki üzdə ləkələrin və çürüklərin əmələ gəlməsinə səbəb olar.

 

2. Təbii zeytun yağından istifadə etmək dəridə olan çürükləri aradan aparmağa yardım edər. İmam Rza (ə) hər fəslə aid tövsiyələr vermişdir və buyurmuşdur ki, misal üçün qış fəslində enerjili qidalar yemək lazımdır.

 

3. İmam Rza (ə) buyurur ki, əgər dərinizin sağlam qalmasını istəyirsinizsə, onu davamlı olaraq massaj edin. Həzrət (ə) buyurur: “Əgər hansısa şey bədənin gücünün artmasına səbəb olarsa – bu, bədəni massaj etmək, yumşaq paltar geyinmək, xoş ətir vurmaq və hamama getməkdir. Əgər ölünü massaj edərək diriltsələr, mən inkar etmərəm”.

 

4. Meyvə və tərəvəzlərdən istifadə etmək – bədəninin vitamin ehtiyacını təmin edər və insana gümrahlıq hissi verər. İmam Rza (ə) limondan çox istifadə etməyi tövsiyə etmişdir. Limondan hazırlanan maskaların tərkibində turşu olduğu üçün üzə təsiri daha tez olar. İmam (ə) buyurur ki, meyvəni həm yeyin və həm də onlardan maskalar hazırlayın.

 

5. Bir nəfər üzündə olan xoraya görə İmam Rzaya (ə) müraciət edir və İmam (ə) buyurur ki, təzə maşı yarpağı ilə dər və onu döy ki, suyu çıxsın. Həmin suyu hər səhər acqarına iç və həmin ləkələrin üzərinə sürt.

 

6. Üz sarılığını aradan aparmaqla bağlı İmam (ə) buyurur ki, xiyarın qabığını soyun və sonra qabığını su ilə qaynadın. Üç gün bu sudan acqarına için.

 

7. İmam Rza (ə) buyurur ki, soğanı çox yeməkdən çəkinin. Çünki soğan yeməkdə həddi aşmaq üzü qəmli göstərər.

 

8. İmama (ə) həzmsizlik ilə bağlı şikayət edirlər və İmam (ə) buyurur ki, yumurtanın sarısını yeyin. Bundan sonra həzm problemi həll olur.

 

9. İmam Rza (ə) buyurur ki, əncir saçların sağlam inkişaf etməsinə təsir göstərir. Həm saçın uzanmasına və həm də möhkəm olmasına yardım edir.

 

10. İmam Rzanın (ə) buyuruşlarında var ki, əgər hamilə xanım narı çox yeyərsə, övladı gözəl olar.

 

www.ahliman.info

Digər “Əhli-Beyt ” Xəbərləri

İmam Kazimin (ə) şəhadəti

 İmam Kazimin (ə) şəhadət günüdür.  İmam Kazimin (ə) şəhadəti münasibəti ilə əziz həmvətənlərimizə və oxucularımıza başsağlığı verir və o həzrətin həyatı ilə... Davamı..

Xanım Zeynəb (s.ə) – Müsibətlər anası

15 Rəcəb – Xanım Zeynəbin (s.ə) vəfat günüdür. Xanım Zeynəb (s.ə.) qəhrəman, şücaətli, müqavimətli və yorulmaz bir qadın olub. Dünyada şücaətli qəhrəmanlar... Davamı..

İmam Əlinin (ə) həyatına qısa bir baxış

İmam Əmirəlmöminin Əli (ə) “amul-fil”in (fil ili) 30-cu ilində, Peyğəmbərin (s) hicrətindən, təqribən, 24 il əvvəl, Rəcəb ayının 13-ü Kəbə evində dünyaya... Davamı..

İMAM CAVADIN (Ə) HƏYATINA QISA BİR BAXIŞ

“Cavadul-Əimmə” ləqəbi ilə tanınan doqquzuncu imamımız həzrət Muhəmmədtəqi (ə) 195-ci hicri-qəməri ilinin Rəcəb ayının 10-da Mədinə şəhərində dünyaya göz açmışdır. Atası imam... Davamı..

İmam Hadinin (ə) həyatı

İmam Əli ibn Mühəmməd (ə) şiələrin onuncu imamıdır və o həzrətin ləqəbi Hadidir. O həzrət 212-ci hicri-qəməri ilinin Zil-həccə ayının 15-də dünyaya... Davamı..

1 Rəcəb – İmam Muhəmməd Baqirin (ə) mövlud günüdür

Beşinci imam “Baqir” ləqəbilə tanınan Mühəmməd ibn Əli ibn Hüseyn (ə) 57-ci (və yaxud 58-ci) hicri-qəməri ilində dünyaya göz açmışdır. Yəqubi o... Davamı..

Cəmadius-sani ayının 20-ci günü – Xanım Fatimeyi- Zəhranın (s.ə) mövludu

Cəmadius-sani ayının 20-ci günü bir neçə əməlin yerinə yetirilməsi müstəhəbdir:   Cəmadius-sani ayının 20-i  İslam Peyğəmbərinin (s) sevimli qızı və İmam Əlinin... Davamı..