Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
20 Aprel 12:07
Şərh Yoxdur
4644

Ayıb odur ki, bir dəfə geydiyin paltara külli miqdarda pul verirsən – Ayətullah Xameneinin ailə qurmaq barədə tövsiyələri

Ali  rəhbər ayətullah Seyid Əli Xamenei cənablarının ailə quran cavanlara bəzi tövsiyələri vardır ki, onlarla tanış olaq:

1. Xoşbəxtlik nədir? Xoşbəxtlik ibarətdir: aramlıq, səadət və əmin-amanlıq hissindən. İsraf və həddini aşmaq heç kəsi xoşbəxt etməmişdir. Mehriyyə və cehiz heç kəsi xoşbəxt etməmişdir. Dinə bağlı olmaqdır ki, insanı xoşbəxt edən.

2. Əsil mövzu – məhəbbətdir. Ailə quran zaman əsil mövzu – məhəbbət olmalıdır. Qızlar və oğlanlar bilsin ki, Allahın onların qəlblərinə saldığı məhəbbəti qorumalıdırlar. Əgər həyatda məhəbbət olarsa, evdən xaricdə olan çətinliklər asan olar. Gəlin və bəy gərək bir-birinə məhəbbət bəsləsinlər ki, bu məhəbbət qızıl məhəbbətdir. Qoymasınlar ki, bir-birindən ayrı düşsünlər. Məhəbbət olan yerdə vəfadarlıq da olar. (Tebyan/Deyerler)

3. Toy günündən başlayın. Həyatınızın hər bir sahəsində sadəliyə əməl edin. İlki isə toy günüdür. Əgər toy sadə təşkil edilərsə, sonrakı addımlar da sadə olacaqdır. Əks halda, əgər zənginlər kimi toy etsəniz, yoxsullar kimi bir evdə yaşamaq sizə asan olmayacaqdır. Çünki artıq xarab olmuşdur, əldən getmişdir. Ona görə də həyatınızın ilk addımına sadəliklə başlayın.

4. Bahalı mehriyyənin ziyanları. O kəslər ki, xanımları üçün bahalı mehriyyələr təyin edirlər, cəmiyyətə ziyan vururlar. Ona görə də qızların çoxu evdə qalır, oğlanlar evlənə bilmirlər. Çünki bu adət cəmiyyətdə yayılarsa, mehriyyə Peyğəmbərin (s) sünnəti yerinə, cahiliyyətin sünnətinə çevrilir. Cahil ab-havası alır.

5. Cehiz qız üçün izzət deyildir. Qızın izzəti – əxlaqında, rəftarında və şəxsiyyətindədir. Gəlinin ailəsi özlərinə əziyyət verirlər ki, qızlarına dəyərli cehiz verə bilsinlər. Məbada gedib borc alasınız və bununla cehiz hazırlayasınız. Məbada özünüzü zəhmətə salasınız. Məbada belə düşünəsiniz ki, qızınızın cehizi kifayət qədər olmasa, başı aşağı olacaqdır. Xeyr, belə deyildir.

6. Xoşbəxtlik təmtəraqda deyildir. Məgər o kəslər ki, təmtəraqlı toy məclisləri edirlər, onlar xoşbəxtdirlərmi? Kim bunu iddia edə bilər ki? Bəziləri bahalı toy paltarları alırlar. Nə lazımı var ki? Məgər onu kirayə götürmək olmazmı? Ayıblıqdır? Xeyr, ayıblıq deyildir. Ayıb odur ki, bir şeyi bir dəfə istifadə etmək üçün ona böyük miqdarda pul verəsən.

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi Əhli-Sünnənin böyük hədis alimi, fəqih və məzhəb imamı Əhməd ibn Hənbəl özünün “əl-Müsnəd” adlı... Davamı..

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu “Sanki dünya heç yox imiş və sanki axirət əzəldən var imiş” İmam Baqirdən (ə) rəvayət olunan... Davamı..

Aşura gününün əməlləri

İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinə əzadarlıq etmək. İmam Rza (ə) buyurur: “Allah-Taala, “Aşura” günü işlərini tərk edən şəxsin dünya və axirət... Davamı..

Tasua Gününün Əməlləri

1. Namazlar Gecənin sonunda 4 rükət namaz Hər rükətdə “Həmd” surəsindən sonra: Ayətül-kürsü – 10 dəfə “İxlas” surəsi – 10 dəfə “Fələq”... Davamı..

Məhərrəm ayının birinci gününün əməlləri

“Məhərrəm” – Əhli-beytin və şiələrinin matəm ayıdır. İmam Rzadan (ə) nəql olunur ki, Məhərrəm ayı daxil olanda, heç kim atam imam Kazimi... Davamı..

Qədir-Xum gününün əməlləri

Zil-hiccə ayının 18-i  “Qədir-Xum” gündür və İslamda ən böyük bayramlardan biridir. Bir rəvayətdə imam Sadiqdən (ə): “Müsəlmanların cümə günü, “Fitr” və “Qurban”... Davamı..

Qurban bayramının əməlləri

Zilhiccə ayının 10-cu günü  Qurban bayramıdır və çox şərəfli bir gündür. Həmin günün bir neçə əməli vardır. 1. Qüsl etmək; 2. Bayram... Davamı..

ƏRƏFƏ GÜNÜ – DUA GÜNÜ

Ərəfə” günü bütün rəmz və sirləri ilə birgə yenə gəlib çatmaqdadır. Mərifət günü, elə bir gün ki, qəlblərin baxışı səmaya dikəlib! “Ərəfat”... Davamı..